Duz sizi necə öldürür? - Duzlu yeyənləri gözləyən TƏHLÜKƏLƏR

Duz sizi necə öldürür? - Duzlu yeyənləri gözləyən TƏHLÜKƏLƏRHər gün duz – natriumun sutkalıq dozasının 1 qram belə artıq qəbulu və dozanın aşılması insanın bütün orqan və sistemlərinə zərbə vurur. Duz şəkərdən qat-qat qorxulu qatildir.
Publika.az duzun qara magiya kimi zərərləri barədə məlumatı təqdim edir.
Duzla bağlı el arasında da maraqlı inanclar var: duz dağıldısa, pis əlamətdir. Yeməyi bilmədən duzlu edibsə, deməli çox sevir. Duz insanı təmizləyir, duz orqanizmdə bir çox funksiyalar üçün vacibdir. Orqanizmdə bir qram da duz qalmasa insan ölə bilər.
Duzdan çox istifadə edən insan elə kənardan, xarici görünüşündən sezilir: onun bədəni şişmiş olur, gözlərinin altı torbalanır, kökəlir, ürək, böyrək xəstəliyi olur. Hətta artıq duz mədə xərçənginə də səbəb olur.
Mən yeməyə duz səpmirəm, şoraba yemirəm deyirsizsə, bilməlisiz ki, söhbət əlinizlə yeməyi duzlamaqdan getmir. Duz gündəlik, aylıq qəbul etdiyiniz qida məhsullarındadır və yavaş-yavaş toplanır: çörəkdə, kolbasada, ət məhsulunda, konservlərdə, fast fudda, souslarda, un məmulatlarında, yarımfabrikatlarda, pitsada – çox şeylərdə var.
Məsələn: kolbasa və pendirli buterbrodda artıq sutkalıq duz miqdarı var. Yeyib evə gəlib, bir də yeməyə duz qatıb qəbul edirsiz. Bir dilim pitsada 50% sutkalıq doza var. Bir çox souslarda 40% duz miqdarıdır.
Əgər qablaşdırılmış qida məhsullarının qutusunda qlutamat natrium, nitrit natriy, xlorid natrium sözləri varsa, bilin ki, bu əlavə olunmuş duzdur.
Qida məhsullarında duz bakteriyaların qarşısını almaq, müddətini uzatmaq və dadını yaxşılaşdırmaq üçün istifadə olunur.
Duz daha çox yeməyə məcbur edir:
İndi adi günəbaxan tumlarına da duz qatılır. Duzlu qida yedikdən sonra, insan bir daha o qidanı istəyir, doymur. Duz yağın dadını gizlədir, ona görə toxluq hissi yaranmır. Orqanizmə beyindən doyma siqnalı gəlmir, fast-food qidalarını, kartof frini yedikdən sonra hələ də ac olmağınız bununla bağlıdır. Bu səbəbdən insanın sutkalıq kalorisi artır, o kökəlir, yeməyə pulu çox çıxır, qarın, ayaqlar, bel piylənir, beyin sönür.
Duzun zərəri: Böyrəklərdə kristal və daşlar
Natriumun artıqlığı sümüklərdən kalsiumu yuyur, sidikdə daha çox oksalat və ya fosfat kalsium yığılır. Onlardan kristallar hasil olunur, kristallar sidik kisəsi və böyrəklərdə çökür və zamanla daşa çevrilir.
Bu tip daşlar 80% xəstələrdə rast gəlinir. Son zamanlar uşaqlar və gənclərdə böyrək daşlarının artması hazır duzlu qidaların çoxalması ilə bağlıdır.
Təzyiqi yüksəldir
Natrium orqanizmdə mayeni saxlayır, durğunluq yaradır, hüceyrəətrafı ödem artır, damarlar qalınlaşır, qan dövranı artır, arteriyaralara təzyiq düşür. Bu zaman təzyiq yüksəlir və nəticəsi infarkt və ya insult olur.
Bəs nə etməli?
- Gündəlik norma 2300 mq – bir çay qaşığı miqdarı duzdur. Kardoloqlar təzyiq və ürək xəstələrinə daha az – 1500 mq tövsiyyə edir. Bunu hesablaya bilib, duz qəbulunu tənzimləyə bilirsizsə, lap yaxşı, edə bilmirsizsə, nə yediyinizə diqqət edəcəksiz
- Qablaşdırılmış, etiketli qidalarda duz müxtəlif terminlərlə gizlədilərək yazılır. Miqdarına fikir verin.
- Hazır qidalar, konserv, kolbasa az alın, ümumiyyətlə yeməyin
- Təzə meyvə tərəvəz yeyin, onlarda da təbii duz var
- Kaliylə zəngin tərəvəzlər, meyvələr yeyin. Kaliy təzyiqi salır
- Duz əvəzinə salat və yeməklərə daha faydalı ədviyyatlar qatmağı təcrübə edin: reyhan, sarıkök, istiot, paprika və s.
- Salatlara zeytun yağı, limon suyu, balzamik sirkə əlavə etsəz, duza ehtiyac qalmayacaq
- Süfrəyə duz qoymayın ki, əliniz altında olub duzlamayasız
- Xörəyə minimum duz qatın, duzsuz alınmasına üzülməyin. / Medicina.az /publika.az

Sağlamlıq     Baxılıb: 2093   Tarix: 05 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari gozel gorunmek göyəm turşusu otaq dizaynları nişanlılıq badımcan yeməyi kosmetika burcler haqqinda bayatılarımızda vətən həsrəti naz mila suni mayalanma oxatan