Düzgün formada geyim və rəng seçmə qaydaları

Düzgün formada geyim və rəng seçmə qaydalarıDüzgün formada geyim və rəng seçmə qaydaları

Sizin ölçünüz özünüzü rahat hiss edə biləcəyiniz rənglər və paltarlar olmalıdır. "Özümü yaxşı hiss edirəm" deyib bunları da gözardı etməmək lazımdır:

Tünd qara rəng kostyumla bərabər ağ rəngdə corab geyinməyin. Eyni zamanda tünd göy rəngdə corab da olmaz. Ya qara rəngdə olmalı (əgər qalstukunuz qaradırsa), ya qalstukunuzla, ya da ayaqqabınızla eyni rəngdə olmalıdır.

Deyək ki, qara rəngdə kostyumla bərabər tünd göy corab geyindiniz... Amma tünd göy kostyumla birgə (ayaqqabınızın rəngi qara olsa) qara corab geyinməyin.

Modelyerlər xalqımıza illərlə yanlış ahəngdə pencək və şalvar geyindirdilər. Bizim xalqımıza uyğun model təqdim etmədilər. Almanların geyim tərzinə və bədəninə uyğun pltarlar tikib camaata zülm verdilər. Bir modelyerimiz dözə bilmədi və nəhayət, ürəyini boşaltdı, Fatih Terim haqqında (Fatih Terimin "vücud dili" bir kitab mövzusudur) bunları dedi: "Yazığın geyindiyi pencək qol və çiynində anormal hərəkətlər əmələ gətirdi". Neyləsin, almanların qəliblərinə uyğun hazırlanan pencəyi əynində saxlamaq üçün çox səy göstərirdi. Bu, italyanların gözündən qaçmadı, yazığı görən kimi haqqında elə şeylər yazdılar ki, deyiləsi deyil...

Həə, ində baş nazirimizin geyimləri haqqında bir şey deyək. O, özü tənqidi sevmir. İllərcə nazirlərimizi almanların, amerikalıların yanında qısaboylu gördüyümüz üçün indi Tayyib Ərdoğanın boyu əhvalımızı bir az yerinə gətirdi. Amma onu da bəzən yanlış geyindirirlər.

Heç İngiltərənin Baş Nazirinin geyimlərini görmürlərmi? Toni Bleyeri fransızlar geyindirirlər. Fransada insanların geyindiyi pencəklər çox şux görünür. Amma bizim Türkiyədə pencəklər gödəkçə kimi görünür. Sonradan fərqinə vardım, Fransada pencək qolları köynəyin qoluna görə daha qısa olur, pencəyin qollarından köynəyin qolu görünür. Yəni pencəyin qolu köynəyin qolundan daha qısadır və inanın ki, çox gözəl görünür.

Və şalvar aldıqdan balağını qatlayarkən nə üçün uzun saxlayırsınız, niyə bu qədər geniş edirsiniz. Bu gözəl xalqımı heç cür başa düşə bilmirəm. Akkardion kimidir...

Şalvarınızın balağını düzəltdirərkən mütləq ayaqqabı geyinirlər. Ayaqqabınızı çıxarın, yer ilə topuğunuz arasında üç santimetr qalmış qatladın. Əgər balaq dardırsa, məsafə 3,5-4 santimetrə qədər ola bilər.

Qalstukunuzun ucu ilə pencəyinizin yaxasının eni eyni olmalıdır.

Avropada maşınlar ayda bir dəfə yuyulmaqla təmiz qalır. Amma ölkəmizdə belə deyil, ayaqqabı təmizliyinə diqqət edin. Çantanızda kibrit qutusu böyüklüyündə bir süngər gəzdirin.

Qumaş şalvarın üstündən penye (incə qumaşdan tikilmiş üst geyimi) geyən, mavi cinslə birlikdə sərt, laklı ayaqqabı, başmaq geyənlər qarşıma çıxmasın, gülərəm onlara!

Qumaşdan danışılan yerdə kəmərdən bəhs etməmək olar? Bizim millətimiz üçün kəmər, ip vəzifəsini yerinə yetirir. Kəmər geyim aksessuarıdır, şalvarın belini sıxmaq üçün deyildir. Buna görə də kəməri ip yerinə istifadə etməyin və hər axşam çıxarıb uzunlamasına asın.

Qalstuku unutdum. Pencəyin yaxası ilə qalstukun ucu eyni olsun, dedim. Hər dəfə çıxaranda düyününü açın. Hər səhər boynunuzda bağlayın. Elələri var, qalstuklarını uzun müddət açmırlar. Düyün hissəsi kirləndiyinə görə pis görünür. Qalstukunuzu solventlə (su istifadə etmədən təmizləyici) təmizləməyi unutmayın.

Uzun qollu köynək geyinənlər qolunu qatlamasın lütfən.

Ayaqqabı hər zaman tünd olmalıdır. İdman ayaqqabılarının normal geyimlərlə geyinilməsinə artıq camaat alışdı. İdman malları mağazalarında da rəsmi paltarlara uyğun, rahat ayaqqabılar da tapmaq mümkündür. Ayaqqabının vücud sağlığına, xüsusilə də, bel və baş ağrısına təsir edir. Cəlbedicilikdən daha çox sağlamlığınızı düşünüb rahat ayaqqabılara meyil etməlisiniz.

Xahiş edirəm, ayaqqabılarınızı iki gün dalbadal geyinməyin. Bir gün ayağınıza istirahət verin. Baş ağrısının əsas səbəblərindən biri də havalandırılmamış ayaqqabı geyinməkdir. Ayaqqabı içlikləri alıb istifadə etsəniz, ayaqqabını hər dəfə geyinəndə cavanlıq, təravət, gümrahlıq hiss edəcəksiniz.

Xanımlar sükan arxasına oturarkən dabansız ayaqqabı götürməyi unutmayın. İşləyirsinizsə, iş yerinizdə də saxlaya bilərsiniz. Axşama qədər hündür dabanlı ayaqqabı geyinmək məcburiyyətində olanlar ayaq məşqləri etməlidirlər, etməsələr, varis xəstəliyinə tutulma təhlükəsi var.

Avropaya gedən bir qrup iş adamlarımızla birlikdə Parisdə bir mağazaya girmişdik. Satıcılar müştərinin yaşını, bədən rəngini soruşduqda bizimkilərdən biri: "Bu, nə deyir? Son dəbdə olan hansıdırsa, versin, çıxıb gedək işimizin-gücümüzün arxasınca," – dedi. Mən də: "Paris müştərisinə əhəmiyyət verir. Onlar hər bir qonağı məmnun halda yola salmalıdırlar. Münasib mal vermək üçün edirlər," – dedim. Təbii ki, bunu deyərkən Menderes Dəmirçini xatırlamadan keçə bilməyəcəyəm. Tanıdığım ən dürüst, ağıllı, təvazökar bir insandır. "Hüdudsuz müştəri məmnuniyyəti" üçün danışdığı bir hadisəni sizinlə paylaşmaq istəyirəm.

Bir müştəri qalstuk almaq üçün mağazaya girir. Satıcı: "Hansı köynək üçün?" – deyə soruşur. "Hansı rəngdədir?" – deyir. "Mavi" cavabını aldıqda. Satıcı: "Mavi köynəklər üçün digət cərgəyə keçin," – deyir. Digər cərgədəki satıcılar da müştəriyə: "Bunu hansı kostyum üçün alırsınız? Bu şəkildə verə bilmərik," – deyib məsələni bir az qəlizləşdirirlər. Əlbəttə ki, bu qədər qəlizləşdirməmək lazımdır, amma fransızlar belə təfərrüatlarla da maraqlanırlar.

İşini çox yaxşı bilmək kifayət deyil. Mənə yaxınlaşıb sual verən adamı xatırlayın. Tər qoxuduğunu bilmir: "Nə üçün alver yoxdur?" – deyə heyrət edirdi. Özünə deyə bilmədim, boynunun arxası səliqəli təraş olunmamışdı, çox uzatmışdı. Yaxşı bərbərə gedə bilmirsən, dostunuza və ya həyat yoldaşınıza müraciət edin. Bunun üçün çox gözəl texnoloji alətlər də tapmaq mümkündür, həm də ucuz qiymətə.

Gözəllik və Moda     Baxılıb: 4988   Tarix: 14 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

turlar.az

aksessuarlar qis geyimləri 2026 yay kolleksiyasi hamiləlik təqvimi xalq mahnilari sozleri gelinlikler əbdürrəhim bəy haqverdiyev kosmetika vətənə aid klitor rus dilini oyrenek 2ci ders novruz bayramı haxışta bürcler