Əgər siz həddindən artıq yemisinizsə

Əgər siz həddindən artıq yemisinizsəBizim bayram süfrələrimiz adətən çox çeşidli, yağlı, qızarmış, şirin qidalarla olduqca zəngin olur.
Adi günlərlə müqayisədə bayram günlərində insanların əksəriyyəti daha çox yeyir, daha az hərəkət edirlər. Bütün bunlara görə bayram məclislərindən sonra bir çox insanlar mədədə köp və ağırlıq, ürəkbulanması, qəbizlik və s. bu kimi həzm sistemi pozulmalarından əziyyət çəkir. Yeni il bayramı yaxınlaşır və bu səbəbdən sadaladığımız problemlər hər birimizə toxuna bilər.
Bu vəziyyətdə həkimlər nə tövsiyə edir? İlk növbədə bayram süfrəsi üçün daha faydalı və sağlam yeməkləri seçin. Məsələn, "olivye", "mimoza" və s. bu kimi salatlar heç də faydalı deyil - onların tərkibinə olduqca çox inqredientlər daxildir (bu həzm sistemini yükləyir), salata ən ziyanlı souslardan biri olan mayonez əlavə olunur və s. Qəlyanaltı üçün bitki yağı əlavə olunmuş tərəvəzli salatlar, balıq kürüsü (qara, qırmızı, boz), pendir, bişmiş ət, balıq və s. ilə olan kiçik buterbrodlar (kanape) və s. daha yaxşı seçimdir. İsti xörəklərin arasında balığa üstünlük verin. Əti və ya toyuğu qızartmayın, buğda bişirin. Müxtəlif turşulardan da daha az istifadə edin. İçkilər arasında kompotlara üstünlük verin (qazlı içkilər ziyanlıdır). Qış mövsümündə quru meyvələrdən hazırlanmış kompotlar xüsusilə faydalıdır. İçkiləri soyuq şəkildə qəbul etməyin. Bu həzm proseslərinə mənfi təsir edir.
Spirtli içkilər iştahanı artırır və bu səbəbdən spirtli içkiləri qəbul edən insan lazım olandan daha çox yeyəcək. Bu isə, təbii ki, ziyanlıdır. Lakin ən əsası isə odur ki, bu kimi içkilər İslamda haram sayılır.
Bir çox ailələrdə bayram günlərində əsas qida qəbulu axşam saatlarına keçirilir. Bu heç də düzgün deyil. Gecə saatlarında orqanizmdə gedən proseslər (və o cümlədən həzm prosesi) ləngiyir. Bunun nəticəsində mədəyə düşən qida çətinliklə həzm olunur və bu müxtəlif pozulmalara (köp, ağırlıq və s.) səbəb olur.
Qida qəbulundan əvvəl 1 stəkan ilıq (soyuq yox) su qəbul edin. Bu sizə daha az qida qəbul etməyə kömək edəcək. Qidanın hər tikəsini yaxşı çeynəyin. Qida qəbulundan dərhal sonra çay süfrəsini açmayın, yarım saat -1 saat gözləyin. Fransızlarda çox gözəl adət var - qida qəbulundan dərhal sonra süfrəyə müxtəlif növ doğranmış pendir verilir. Fransızlar pendirin 1-2 tikəsini qəbul edirlər (çörəksiz!). Pendirin 1-2 tikəsi həzm proseslərini yaxşılaşdırır. Siz də bu gözəl adətdən faydalana bilərsiniz.
Bundan əlavə qida qəbulundan sonra 1-2 tikə ananas qəbul edin. Bu meyvə də həzm proseslərinə çox müsbət təsir edir.
Əgər heç nəyə baxmayaraq siz həddən artıq çox yemişsinizsə, çalışın oturmayın və uzanmayın - əksinə daha çox hərəkət edin (rəqs edin, havada bir qədər gəzin və s.). Bu həzm proseslərini sürətləndirir.
Yeməkdən sonra 5-10 dəqiqə ərzində (bundan artıq yox) nanəli saqqız çeynəyin. Bu mədə şirəsinin ifrazını artırır və həzmi yaxşılaşdırır.
Qida qəbulundan yarım saat sonra xırda qurtumlarla zəncəfilli-limonlu çay qəbul edin. Zəncəfil həzm proseslərini sürətləndirir, mədədə olan ağırlığı aradan qaldırır, köpün əmələ gəlməsinə mane olur, mübadilə proseslərini sürətləndirir.
Bu məqsədlə həmçinin yaşıl çaydan, nanə, zirə, cirə dəmləmələrindən istifadə etmək olar.
Əgər təbii vasitələr kömək etmirsə, Festal, Mezim, Pankreatin kimi dərman vasitələrindən istifadə edin. Bu preparatlar həzmi yaxşılaşdırır, xoşagəlməz simptomları aradan qaldırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1007   Tarix: 18 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari sac duzumleri veten haqqinda insa zeytun mürəbbəsi gozalti qaralar ucun maska aysel əlizadənin toyu kosmetika ekizler sevgi ziyafet geyimleri qiz evi novruz hakista