Əhaliyə benzinin ucuzlaşacağı ilə bağlı mühüm xəbərdarlıq - 3 ay sonra...

"Azərbaycanda istehsal olunan "Ai-92" markalı benzin idxalının rüsumdan azad edilməsi uzunmüddətli deyil. Bu qərardan sonra "yerli istehsal olan benzinin qiymətində ucuzlaşma olacağını gözləmək olmaz"

Bu sözləri Sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev hökumətin "Ai-92" markalı benzin idxalını 90 günə rüsumdan azad etmə səbəbi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, "Ai-92" markalı benzin idxalının rüsumdan azad edilməsi müvəqqəti hal daşıyır. Bu proses SOCAR-a benzin satışında əlavə gəlir əldə etməyə imkan verəcək.

Bu baxımdan benzinin qiymətinin ucuzlaşacağına inanmıram. "Ai-92" markalı benzin 15 % idxal rüsumundan azad edilib. Lakin 3 aydan sonra yenidən rüsum tələb ediləcək.

Samir Əliyev ölkəmizdə istehsal olunan "Ai-92" markalı benzinin bahalaşmasının əhalinin sosial vəziyyətinə mənfi təsiri olacağını bildirib:

"Digər tərəfdən "Ai-92" markalı benzinin qiymətinin artması sosial vəziyyətin çətinləşəcəyinə və bütün sahələrdə bahalaşma olacağına gətirib çıxaracaq. Eyni zamanda ölkədə kommunal xidmətlərin qiyməti dövrü olaraq qaldırılacaq. Bu il olmasa da növbəti ildən kommunal xidmətlərin artımı ilə bağlı Tarif məsələsinə baxıla bilər. Yəni, gələcəkdə tariflərin artması davam edəcək".

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli və "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarlarına dəyişiklik edib.

Aksiz vergisi ilə bağlı dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarının əlavəsi olan 22 dekabr 2003-cü il tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə 92 oktanlı benzin üçün gömrük rüsumu 0% müəyyən edilib.
Əhaliyə benzinin ucuzlaşacağı ilə bağlı mühüm xəbərdarlıq - 3 ay sonra...Əhaliyə benzinin ucuzlaşacağı ilə bağlı mühüm xəbərdarlıq - 3 ay sonra...

Xəbərlər     Baxılıb: 1807   Tarix: 18 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

toy makiyajlari yemek reseptleri toy gecesi prezervativ toyuqlar haqqinda fitnes klubu kokteyl paltarlari kosmetika qz eviyçun hakışta novruz bayrami hakisda novruza aid haxisdalar kahfe fali