Əllər üçün parafinterapiya
Nə qədər özünüzə qulluq etsəniz də, əllərinizə az diqqət ayırmağınız yaşınızı biruzə verəcək.
Əllər daha tez qocalır. Çünki əllər daha çox xarici aləmlə, o cümlədən günəş şüaları ilə, kimyəvi maddələrlə, su və küləklə təmasda olan orqandır. Bu faktorlar sağlam dəriyə təsir edir.
Əllərə düzgün qulluq edilməsi onların vaxtından əvvəl qocalmasının qarşısını alır.
Əlləri xilas etmək üçün ən yaxşı yol – parafinterapiyadır.
Parafinlə terpiyanın əsas məqsədi mini-sauna effektinin alınmasıdır. Belə ki, bu zaman məsamələr açılır, nəticədə tərləmə zamanı toksinlər çıxır. Parafin soyuduqda isə əks effet baş verir – su əllərin dərisinə hopur və əllərin səthində iri toksin molekulları yaranır. Nəticədə əllər ultra-nəmləndirmə əldə edir, bu da əllərin cavan qalmasını təmin edir.
Ev şəraitində bu proseduru etmək üçün sizə aşağıdakılar lazım olacaq:
• Parafin üçün qab- yaxşı olar ki, şüşə qab olsun
• Parafin (aptekərdən əldə edin)
• Sellofan paket
• Iki qat dəsmal
• Kiçik hissəli skrab- pillinq
• Nəmləndirici vasitə - məsələn, krem
Parafin mikrodalğalı sobada, aşağı dərəcədə qızdırılır. Onu istəsəniz, su hamamında da qızdıra bilərsiniz.
Parfin əriyənə kimi, əllərinizə skrab çəkin.Sonra əlləri yumadan, salfetlə silin. Çünki, su əlləri qurudur.
Parafini qızdırdığınız yerdən götürün.Bu zaman əllərə krem çəkin. Elə çəkin ki, əlin üzərində kremdən nazik qat yaransın.
Hazırlıq mərhələsi qurtardıqdan sonra əlləri parafinli qaba salmaq lazımdır. Hər əli təxminən 3 dəfə parafinin içərisinə salın.
Sonra əllərinizə selofan paket geyinib, isti qalması üçün dəsmalla bağlayın. Parafin quruyana qədər, təxminən 20 dəqiqə saxlayın.
Parafin soyudu? Dəsmalı açın, sonra paketi çıxarın. Əllərin üzərində qalan kremi dəriyə sürtün. Parlaq, sağlam, hamar əllərə sahib olduğunuzu özünüz görəcəksiniz.
Prosedur asandır, effekti isə gözlədiyiniz kimi olacaq. Əllərinizə parafinterapiya ilə qulluq edin!









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq