Elm təsdiqlədi - BU HƏRƏKƏT sizi daha ağıllı edəcək

Elm təsdiqlədi - BU HƏRƏKƏT sizi daha ağıllı edəcəkİnsanların çox hissəsinin beyninin bütün potensialından istifadə edə bilməməsi müəyyən mənada qəbul edilmiş faktdır. Ancaq neyrobioloqlar iddia edir ki, insan beyninin bacarmadığı heç nə yoxdur. Onlar hesab edir ki, müəyyən məşqlər beynin inkişafını gücləndirməyə kömək edir. Üstəlik bu məşq çox sadədir.
Publika.az oxucuları beyni inkişaf etdirən məşq və onun təsiri ilə tanış edib.
Qaçış beyinə elə aydınlıq gətirir ki, onu hətta dünyanın ən tünd qəhvəsi də bacara bilməz.
Əgər hər hansı mövzuda məqalə, ya roman yazırsınızsa və hansısa epizodda ilişib qalmısınızsa, qaçmağa başlayın.
Bütün həyatınızı dəyişə biləcək bir qərar verməyə hazırlaşırsınız? Odur ki, bir-iki dövrə vurmağa dəyər.
Özünüzü kədərli, tənha və sıxılmış limon kimi hiss edirsiniz? Qaçış sizə kömək edəcək. Bir sözlə, hər hansı məsələdə ilişib qalmısınızsa, qaçın.
Bəs adi qaçışın magik gücü nədədir? Sehrli təsiri nə ilə izah olunur?
Yazıçı Coys Kerol Outs yazır ki, biz qaçanda addımların ritmində sadəcə ağlın və bədənin ritmini hiss edirik.
Ola bilsin ki, bu barədə ən yaxşı Monte Devis "Qaçış sevinci" kitabında yazıb: "Uzun müddət qaçmaq zehni gücləndirir".
İntensiv qaçış sizi tamamilə yeni insana çevirə bilər ... Və bu iddia elmi nöqteyi nəzərdən tamamilə sübut olunub. Əvvəllər beyində məhdud sayda neyron olduğuna və yetkinlik dövrü bitdikdə neyron sayının ömrün sonuna qədər dəyişməz qalacağına inanılırdı. Məlum olub ki, bu nəzəriyyə doğru deyil. Tədqiqatın nəticələri göstərir ki, insanın həyatı boyu beyində yeni neyronlar meydana gəlməkdə davam edir. Hipokampus - yeni bilik və yaddaşın mənimsənilməsi prosesi ilə əlaqəli beynin bir hissəsidir. Xüsusən də intensiv aerobika, neyronların meydana gəlməsinə kömək edir.
ABŞ-ın Neyropsixologiya Akademiyasının prezidenti Karen Postalın sözlərinə görə, təxminən 30-40 dəqiqə tərləyənə qədər fiziki məşqlər etsəniz, beyninizdə yeni yaddaşdan cavabdehlik daşıyan neyronlar meydana gəlməyə başlayacaq.
Uzun müddət qaçışdan sonra artan beyin fəaliyyəti beynin frontal loblarında da qeydə alınır. 30-40 dəqiqə (tərləməyiniz üçün kifayətdir) ərzində intensiv aerobika məşqləri (məsələn, qaçış) edərkən, oksigenlə zəngin qan, beynin bu bölgəsinə axır və "yüksək sürətdə" fəaliyyət göstərir. Nəticə etibarı ilə planlaşdırma, fikri cəmləşdirmək, qərarlar vermək, aydın məqsədlər qoymaq və s. kimi xüsusiyyətləri yaxşılaşdırır.
Elm təsdiqlədi - BU HƏRƏKƏT sizi daha ağıllı edəcəkHarvard Universitetinin psixoloqu Emili Bernşteynin tədqiqatları isə göstərib ki, qaçış eyni zamanda emosional tənzimləmə ilə çox yaxından bağlıdır. Professor müntəzəm olaraq qaçıb və hər qaçışdan sonra gördüyü müsbət dəyişikliyi öyrənməyə qərar verib:
"Dərhal sezdim ki, çox hərəkət edəndə özümü daha yaxşı hiss edirəm. Qaçışın müsbət təsirlərini aşkar edəndə bu bioloji fenomenin mexanizminin nədən ibarət olduğunu öyrənməyə qərar verdim!".
O, Harvard Universitetinin professoru Riçard MakNalli ilə birlikdə tədqiqat aparıb. Araşdırmada iştirak edən könüllülərə çox emosional video göstərilib - 1979-cu ildə çəkilən "Çempion" filminin son səhnəsi. Nümayişdən sonra iştirakçılardan özlərini necə hiss etdikləri barədə sorğu keçirilib. Növbəti mərhələdə 80 iştirakçının yarısına yarım saat qaçmaq, digər hissəsinə isə yüngül fiziki məşqləri yerinə yetirmək tapşırığı verilib. Məlum olub ki, yarım saat qaçan insan, emosional travmadan daha sürətlə xilas olur. Emosional planda onlar daha möhkəmdir və duyğularına daha yaxşı nəzarət edə bilirlər.
Beləliklə, qaçış, sadəcə beynimizə müsbət təsir göstərmir, həm də emosional vəziyyəti yaxşılaşdırır. Alimlər bunun konkret izahını hələ ki, tapa bilməyib: qaçarkən ağlımız buludlarda olur, hətta bizi tanımadığımız yerlərə aparıb çıxarır. Şüurlu olmaq, yaxud da burada və indi olmaq qabiliyyəti həyatımıza çox faydalı təsir göstərir, lakin heç olmasa zaman-zaman öz düşüncələrində itirmək imkanı da vacibdir.
"Psixologiyada Sərhədlər" jurnalında dərc olunan məqalədən bu hissəni nəzərdən keçirək:
"Ağlımız həm təsadüfən, həm də şüurlu şəkildə qarışıq fikirlər arasında dolaşmağı sevir, çünki bu proses çox vaxt əhəmiyyətli qərarların verilməsinə birbaşa müsbət təsir göstərir. Odur ki, diqqət pozğunluğundan əziyyət çəkirsinizsə, bu, sizə kiçik narahatlıq yaradacaq. Lakin bu dəyişiklik vacib bir şeyi yadda saxlamağa, ilhamlanmağa, imkan verirsə, yaxşıdır.
Auditoriyada hekayə danışan zaman bir dəqiqəliyinə donub qalsanız və boşluğa baxsanız, bununla barışmaq olar. Lakin bu fasilə sizə nəyisə xatırlamağa imkan verirsə, o zaman bu, hekayəni daha təsiredici və parlaq edəcək".
Öz düşüncələrində itməyin üstün cəhətləri çox vaxt dəqiq ölçülə bilməsə də, bu o demək deyil ki, onlar yoxdur. Haruki Murakami "Mən qaçış haqqında danışanda nədən danışıram" kitabında yazdığı kimi - "Sadəcə boşluqda qaçıram, yaxud da tamamilə əksinə: boşluğu tapmaq üçün qaçıram".
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1848   Tarix: 17 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 adlarin menasi elme aid atalar sozu kökəlmə sirləri qozlu toyuq salati daban agrisi kosmetika atalar sözləri faydalı bilgilər maskalar bayatılarımızda vətən həsrəti intim