Əməkdar artist deputatın arvadına səsləndi: "Ay yazıq, sənin ərin tərbiyəsiz, səviyyəsiz..."

Əməkdar artist deputatın arvadına səsləndi: "Ay yazıq, sənin ərin tərbiyəsiz, səviyyəsiz..."Tanınmış müğənni, əməkdar artist Firuzə İbadova ilə qalmaqallı deputat, Rusiyadakı soydaşlarımıza "otxod" deməsi ilə gündəmə gəlmiş Astan Şahverdiyevin torpaq davası yenidən gündəmə gəlib.

Xanim.az xəbər verir ki, Firuzə İbadova bildirib ki, bu məsələdən əl çəkməyəcək, sona kimi haqqı uğrunda mübarizə aparacaq:

"Astan Şahverdiyev kimdir axı? Bilən yox idi ki, Astan adında deputat var, ya yox... Mənim üçün onun kimi deputatlar zibildirlər. Doğru, düzgün insan heç vaxt əyri yollara baş vurmaz. Düzgün adamlar əxlaqında, mədəniyyətində düz olur.
Astan Şahverdiyevin arvadının ünvanıma dediyi şər və böhtanlar mənə ağır gəldi. Deputatın arvadı dedi ki, Firuzə eşidib ki, Astan deputatdır, bizdən pul qoparmaq üçün başlayıb şantaja. Buradan onun arvadına səslənirəm, mənə sənin çirkli pulların lazım deyil. 47 ildir ki, məni Azərbaycan xalqı dolandırır. Sizin pulunuzu neynirəm, ay yazıqlar?! Mənim sizə yazığım gəlir. Gəlin, vaxtında halallıq alın, sonra pis olacaq. Mən səhnədə olanda Astan yox idi. Gəlsin, çıxaq küçəyə, görək xalq onu tanıyır, yoxsa məni? Çox səmimi deyirəm, parlamentdə belə insanlar oturduğu üçün çox üzüldüm. Halbuki, parlamentdə Astan Şahverdiyev kimi deputatlar oturmamalıdır. Orada xalqın pozulmuş hüququnun mübarizəsini aparan ziyalı insanlar oturmalıdır. Tərbiyəsiz, səviyyəsiz Astan Şahverdiyev kimi deputat heç kimə lazım deyil. Buradan firuzəsevərlərə səslənirəm, üzülməyin, heç nə olmayıb, sonda qələbə mənimlədir. Astan, sən səhv yoldasan, o bağı mənim əlimdən kimsə ala bilməz. Böyük səhv etdin! Əvvəl Allah, sonra prezident. Ölkənin böyüyü var. Mən də prezidentimdən kömək istəyirəm". (aznews.az)

Sonda qısa olaraq qeyd edək ki, əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpağının 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt əməkdar artist öyrənib ki o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş.

Xəbərlər     Baxılıb: 3385   Tarix: 16 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu

ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birg

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

turlar.az

aksessuarlar geyim şəkilləri toy makiyaji sekilleri cinsi problemlər firni hazirlanmasi süni mayalanma yay geyim 2026 kosmetika opusme qiz evi xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır ikizler vusale elizade