Ən faydalı 5 meyvə qurusu: həzmi asanlaşdırır, xərçəngdən qoruyur...

Ən faydalı 5 meyvə qurusu: həzmi asanlaşdırır, xərçəngdən qoruyur...Ananasdan kiviyə, almadan əriyə kimi qurudulmuş meyvələr həmin meyvələrin özünü əvəz edir. Üstəlik, həm çox faydalı, həm də daha doyurucudur. Bəs hansı quru meyvə nəyə yaxşı təsir edir, gündə nə qədər yemək olar və evdə necə hazırlamaq mümkündür? Cavabları Ale.lent.az-ın bu yazısından biləcəksiniz.

Miladdan əvvəl 4-cü əsrdə Mesopotamiya dövründən başlayaraq həyatımızda olan quru meyvələr hazırda az qala təzələrindən daha çox yayılıb. Gün boyu aclığı aradan qaldıracaq quru meyvələri ləzzətli ara pay kimi də çantanıza qoya bilərsiniz. Quru meyvələr enerjinizi artırar, sizi gümrah hiss etdirər, yorğunluğunuzu və stressinizi azaldar. Üstəlik, qida dəyəri baxımından da zəngindir, balanslı yedikdə bədəniniz üçün lazım olan mineral və vitaminləri təmin edər.

Təzə meyvələrdə olan 90 faiz su, həmin meyvələr qurudulduqda 10-20 faiz aşağı düşür. Lifi çox olan meyvələr qurudulduqda tərkibindəki lif çoxalır. Bu da toxluq hissi yaradır. Quru meyvələr həzm problemlərinə yaxşı təsir edir və qüvvətli bir antioksidantdır. Tərkibindəki kalsium sümükləri gücləndirir, minerallar qan təzyiqini nizamlayır, yüksək təzyiq və ürək narahatlıqlarına qarşı insanı qoruyur.

Quru meyvə alarkən

- Şəkər əlavəsi olanlardan uzaq durun.
- Müəyyən miqdarda yeyin. Çünki meyvə qurudulduqda şəkər miqdarı artır. Bu da quru meyvənin kalorisini yüksəldir.

Evdə hazırlayarkən

Alma, portağal, armud, ananas və ya sevdiyiniz hər hansı bir meyvənin üzərinə bir az darçın əlavə edərək, aşağı istilikdə sobaya qoyun.

Hansı quru meyvə nəyə faydalıdır?

Gavalı

Xərçəng və yaşlanmaya qarşı qoruyucudur. B1, B2, B3, B6, A, C və E vitaminləri baxımından zəngindir. Tərkibindəki kalium və maqnezium ürək, böyrək, təzyiq, qaraciyər xəstəliklərinə qarşı ideal vasitədir.

Ərik

A vitamini və kalium qaynağıdır. Dəriyə, həzm problemlərinə, stress və qansızlığa yaxşı təsir edir. Lif nisbəti yüksək olduğu üçün xərçəngə qarşı faydalı qidalar arasındadır.

Alma

Yüksək lif tərkibi sayəsində tox tutur. Gözləri qüvvətləndirən təsiri var.

Əncir

Boğaz ağrısı və bronxitə qarşı təsirlidir. Hüceyrə inkişafını dəstəkləyir. Yağ, natrium, xolesterol ehtiva etmir. 100 qram quru əncirlə bədənin gündəlik ehtiyaclarından olan kalsiumun 17 faizi, dəmir və maqneziumun 30 faizi, fosforun 20, B1 vitamininin 5 və B2 vitamininin 4 faizi qarşılanır. Həzmi asanlaşdırır, bakteriyalara qarşı qoruyucu təsiri var. Tərkibindəki kalsium və fosfor sümük və dişlər üçün faydalıdır.

Üzüm

A, B1, B2, C vitaminləri, dəmir, sink, kalium, maqnezium, fosfor baxımından zəngindir. Həzmi asanlaşdırır, gündəlik dəmir ehtiyacının təxminən 35 faizini qarşılayır. Unutqanlığa çarədir, böyrək və qaraciyər xəstəliklərinə də faydalıdır.

Sağlamlıq     Baxılıb: 1805   Tarix: 03 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

toy makiyaji sekilleri makiyaj etmek qaydalari gozel gorunmek sengulum nagili toxunma geyimlər qara noqteler ucun uz maskalari xarici seks kosmetika vətən haqqında bayatı fitat haqisda olumu seksler