Ən faydalı 5 meyvə qurusu: həzmi asanlaşdırır, xərçəngdən qoruyur...

Ən faydalı 5 meyvə qurusu: həzmi asanlaşdırır, xərçəngdən qoruyur...Ananasdan kiviyə, almadan əriyə kimi qurudulmuş meyvələr həmin meyvələrin özünü əvəz edir. Üstəlik, həm çox faydalı, həm də daha doyurucudur. Bəs hansı quru meyvə nəyə yaxşı təsir edir, gündə nə qədər yemək olar və evdə necə hazırlamaq mümkündür?

Xanim.az lent.az-a istinadən xəbər verir ki, Miladdan əvvəl 4-cü əsrdə Mesopotamiya dövründən başlayaraq həyatımızda olan quru meyvələr hazırda az qala təzələrindən daha çox yayılıb. Gün boyu aclığı aradan qaldıracaq quru meyvələri ləzzətli ara pay kimi də çantanıza qoya bilərsiniz. Quru meyvələr enerjinizi artırar, sizi gümrah hiss etdirər, yorğunluğunuzu və stressinizi azaldar. Üstəlik, qida dəyəri baxımından da zəngindir, balanslı yedikdə bədəniniz üçün lazım olan mineral və vitaminləri təmin edər.

Təzə meyvələrdə olan 90 faiz su, həmin meyvələr qurudulduqda 10-20 faiz aşağı düşür. Lifi çox olan meyvələr qurudulduqda tərkibindəki lif çoxalır. Bu da toxluq hissi yaradır. Quru meyvələr həzm problemlərinə yaxşı təsir edir və qüvvətli bir antioksidantdır. Tərkibindəki kalsium sümükləri gücləndirir, minerallar qan təzyiqini nizamlayır, yüksək təzyiq və ürək narahatlıqlarına qarşı insanı qoruyur.

Quru meyvə alarkən

- Şəkər əlavəsi olanlardan uzaq durun.
- Müəyyən miqdarda yeyin. Çünki meyvə qurudulduqda şəkər miqdarı artır. Bu da quru meyvənin kalorisini yüksəldir.

Evdə hazırlayarkən

Alma, portağal, armud, ananas və ya sevdiyiniz hər hansı bir meyvənin üzərinə bir az darçın əlavə edərək, aşağı istilikdə sobaya qoyun.

Hansı quru meyvə nəyə faydalıdır?

Gavalı

Xərçəng və yaşlanmaya qarşı qoruyucudur. B1, B2, B3, B6, A, C və E vitaminləri baxımından zəngindir. Tərkibindəki kalium və maqnezium ürək, böyrək, təzyiq, qaraciyər xəstəliklərinə qarşı ideal vasitədir.

Ərik

A vitamini və kalium qaynağıdır. Dəriyə, həzm problemlərinə, stress və qansızlığa yaxşı təsir edir. Lif nisbəti yüksək olduğu üçün xərçəngə qarşı faydalı qidalar arasındadır.

Alma

Yüksək lif tərkibi sayəsində tox tutur. Gözləri qüvvətləndirən təsiri var.

Əncir

Boğaz ağrısı və bronxitə qarşı təsirlidir. Hüceyrə inkişafını dəstəkləyir. Yağ, natrium, xolesterol ehtiva etmir. 100 qram quru əncirlə bədənin gündəlik ehtiyaclarından olan kalsiumun 17 faizi, dəmir və maqneziumun 30 faizi, fosforun 20, B1 vitamininin 5 və B2 vitamininin 4 faizi qarşılanır. Həzmi asanlaşdırır, bakteriyalara qarşı qoruyucu təsiri var. Tərkibindəki kalsium və fosfor sümük və dişlər üçün faydalıdır.
Üzüm

A, B1, B2, C vitaminləri, dəmir, sink, kalium, maqnezium, fosfor baxımından zəngindir. Həzmi asanlaşdırır, gündəlik dəmir ehtiyacının təxminən 35 faizini qarşılayır. Unutqanlığa çarədir, böyrək və qaraciyər xəstəliklərinə də faydalıdır.

Sağlamlıq     Baxılıb: 2019   Tarix: 11 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

geyim necə seçməli toy gecesi sade makiyaj sekilleri dini geyimler qadin dunyasi net saç maskaları faydalı məsləhətlər kosmetika gozellik meseller dieta anabaci damla