Ən paxıl və qısqanc bürclər

Ən paxıl və qısqanc bürclərBürclərin sevgidə qısqanclıq halları

Bürclərin sevgidə necə olduğunu və nəyi qısqandığını siz də öyrənin.

Qoç bürcü - həmişə ön planda olmağı sevən Qoçlar, arxa planda olduğu zaman öz mövqeyini artıqlaması isə göstərəcək. Özünə güvənən bir tip olduğu üçün ikinci planda qaldığı zaman qısqanclıq hissi onu rahat buraxmır. Qısqanclığı hiss olunduğu zaman qarşıdakı insanı istəmədən də incidə bilər. Münasibətlərdə qısqanc və hər zaman hücum mövqeyindədir. Özünə rəqib gördüyü zaman hirsli və əsəbi olur. Eyni zamanda qarşı tərəfin diqqətini həmişə öz üzərində hiss etmək istəyir. Qoçlar dürüst olduqları üçün hər şeyi həyat yoldaşları ilə paylaşmaqdan zövq alır.

Buğa bürcü - üçün qısqanmaq təbii duyğulardan biridir. Buğa əldə etmədiyi hər şeyə qarşı aqressivlik və qısqanclıq hiss edir. Bu duyğu onları daha yüksək işlərə motivasiya edə bilər. Lakin qısqanclıq hissinə hakim olmadıqları zaman insanları sıxa bilərlər. Rahatlığına düşkün olan Buğalar, qısqanclıqları ilə həm özlərini, həm də insanları narahat edirlər. Sevgidə isə qısqanclıq onlar üçün sevginin əsas göstəricisidir. İki Buğanın birlikdə sevgi yaşaması olduqca çətin olur.

Əkizlər bürcü - şəxsi həyatlarında Əkizlərin başqa bir insana o qədər də ehtiyac olmur. İlk baxışda qısqanclıq nəzərə çarpmır. Əkizlər çox pozitiv bürc olduğu üçün qısqanclıq və xoşagəlməz duyğuları açıq şəkildə göstərmək yerinə, gizlədir. Hər zaman şən və pozitivlikdən yana olduğundan qısqanclıq duyğuları hiss olunmur. Qəlbi qırılmadığı müddətdə qısqanclıq duyğularını qətiyyən göstərmir, əksinə, vecinə olmadığını nümayiş etdirir. Əkizləri sevindirmək çox çətin məsələdir. Əkizlərlə sevgi yaşamaq istəyənlər hər şeydən əvvəl səmimi, mehriban və dürüst olmalıdır.

Xərçəng bürcü - aşırı duyğusal olan Xərçəng bürcü qısqanclıq mövzusunda geri qalmır. Qısqanclıq hisslərinin əsiri olduğu zaman Xərçəng çevrəsindəki hər kəslə qəddar davranır. Gərgin və narahat halı ilə hər kəsdə qıcıq yaradır. Qısqanclığın ən yüksək həddi olanda isə ətrafındakı insanları incidə və təzyiq göstərə bilər. Yalan danışdığınızı o dəqiqə hiss edir. Güvəni sarsıldığı zaman onu bərpa etmək üçün uzun vaxt lazım olur.

Şir bürcü - ərköyün olduğu üçün diqqət gözləyir. Lider ruhlu olduqları üçün hər zaman irəli getməyə öyrəşirlər və sevgi ilə təmin olmaqlarını gözləyirlər. Başqasının yüksək pilləyə qalxmasını həzm edə bilmədikləri üçün qısqanclıq duyğuları açıq şəkildə hiss olunur. Bundan isə stressə düşürlər. Qısqanc olduqları zaman ətrafında olan hər kəsi günahlandıra və pis rəftar edə bilərlər. Onların inamını qazandığınız zaman sarsıtmaq asan deyil. Yəni, səhvlərinizi bağışlaya bilirlər.

Qız bürcü - sakit, soyuqqanlı və məntiqli davranır. Bu baxımdan Qız bürcü qısqanclıqdan uzaq durur. Lakin hər insanın olduğu kimi qızların da zəif nöqtələri var. Qısqanclığa qapıldığı zaman depressiyaya düşür və küsəyən olur. Ətrafındakı insanları sərt şəkildə tənqid edir. Qızlar qısqanclıq duyğusunu yaşamır və yaşatmazlar, lakin onları qısqanclığa sürükləyən davranışlardan uzaq durun. Çünki bu pis nəticələrə gətirib çıxara bilər.

Tərəzi bürcü - son dərəcə şən həyat sürən Tərəzilər üçün qısqanclıq duyğusu bəlli edilməyən duyğudur. Lakin hərdən diqqətləri üzərinə çəkə bilmədikləri üçün qısqanclığa qapıla bilərlər. Qısqanclıq səhnəsi göstərdikdən sonra kin saxlamırlar. Çox qürurlu olduqları üçün əsasən qısqanclıqları göstərməməyə çalışırlar.

Əqrəb bürcü - qısqanclıq Əqrəb bürcünün yaşam tərzidir. Digər bürclərin uzaq durduğu şeyləri də Əqrəblər qısqanırlar. Özünü kontrol etmə arzusuna nail ola bilmirlər. Hadisələrin gedişatı zamanı idarəni itirsələr, fırtına qopa və dəhşətli hadisələr baş verə bilər. İnsanlarla münasibətlərdə siyası davranışlar sərgiləsələr də, sevgidə qətiyyən belə deyillər. Qısqanc olsalar da, güzəştə getməyi bacarırlar. Qısqanc davranışlar göstərsələr də, xeyirxah və ürəyitəmiz olurlar.

Oxatan bürcü - adətən bu bürc qısqanc deyil. Dəyişkən xarakterə malik olduğu üçün qısqanclıq hissləri baş qaldırdığı zaman nə cür hərəkət edəcəklərini bilmirlər. Qısqanclıq hisslərini ciddi-cəhdlə gizlətməyə çalışsalar da, bacarmırlar. Qısqanc Oxatan bürcünü sakitləşdirməyin ən yaxşı yolu onu anlamaqdır.

Oğlaq bürcü - məntiqli düşünüb hər zaman yüksəlməyi düşünür və çevrəsindəki insanların onları geridə qoyduğunu gördüyü zaman qısqanc olurlar. İnsanlarla münasibətlərdə öz mənfəətlərini güdürlər. Qarşıdakı insandan heç bir mənfəət əldə etmədikdə isə qısqanclıqdan ağlagəlməz hərəkətlər edə bilər. Sədaqətinizə güvənməyən Oğlaq bürcü ilə birlikdə xoşbəxt olmaq çox çətindir.

Dolça bürcü - hər bir insan kimi Dolçalar da hərdən qısqanclıq hisslərinin əsiri olurlar. Lakin digər bürclərlə müqayisədə Dolçalar, demək olar ki, qısqanclıq hiss etmirlər. Onlar qısqanclıq səhnələrinə sərf edilən vaxtı başqa məşğuliyyətlərlə əvəz etməyin tərəfdarıdırlar. Özləri qısqanc olmadıqları üçün başqalarının qısqanclıq hisslərini başa düşmür və mənasız hesab edirlər. Onlara qarşı qısqanc olmadığınız müddətdə münasibətləriniz normal və qaydasında gedəcək.

Balıq bürcü - qısqanclıq Balıq bürcü üçün ən zərərli duyğulardan biridir. Qısqanclıq hiss etdiyi zaman ürəyinin yağını yeyib dərin kədərə bürünür. Sevdiyi insanlara hər zaman sahib çıxdıqları üçün qısqanclıq onları rahat buraxmır. Bir yandan da başqalarının onları qısqanmağından xoşları gəlmir, çünki azadlıqlarına düşkün insanlar olurlar. Özlərini güvəndə hiss etdikləri müddətdə qısqanclıq böhranına girmirlər.

Maraqlı     Baxılıb: 2799   Tarix: 08 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Qalaktikamızın qonşuluğundakı ulduz itdi - Axtarırlar

Kosmosda baş verən qəribə hadisə astronomları dalana dirəyib. Belə ki, qonşu qalaktikada 10 ildir izlənən "M31-2014-DS1" yoxa çıxıb. -a istinadən bildirir ki, bu barədə amerikalı astrofiziklər bəyan ediblər. Bildirili

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

turlar.az

makiyaj instagram yemek reseptleri qis geyimləri 2026 vetenperverlik ailə psixoloqiyası sizanaqlara qarsi maska razyana çayı kosmetika rus dilin nece orenek fitat veten arxadan olmaq hakistalar