Ən sağlamı nə buğda, nə də kəpək çörəyidir - Görün hansı imiş
Arıqlamaq istəyənlər üçün ilk tövsiyə çörək yeməyi tamamilə tərk etmək olsa da, bu tövsiyəni yerinə yetirmək bir çox insan üçün asan olmur. Çörək yemədən dayana bilməyənlər sağlam çörək növlərinə üstünlük verməyə çalışırlar. Mütəxəssislərə görə isə ən sağlam çörək növü nə buğda, nə də kəpək çörəyidir.
Milli.Az xəbər verir ki, araşdırmalara əsasən çovdar çörəyi dünyanın ən sağlam çörəyi seçilib. Tərkibində yüksək miqdarda həllolunan pəhriz lifi olan çovdar, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xolesterolu aşağı salır və toxluq hissi yaradır. Bu xüsusiyyəti sayəsində çovdar çörəyi kökəlmə riskini azaldır, diabet riskini də aşağı salmağa kömək edir.
Eyni zamanda, çovdar çörəyi ən aşağı qlisemik indeksə malik olduğu üçün qan şəkərini sabit saxlamağa kömək edir və digər qidalarla müqayisədə uzunmüddətli doyma hissi yaradır. Sağlam həyat tərzini mənimsəmək istəyənlər üçün çovdar çörəyi ideal seçim ola bilər.
İsmayıl
Milli.Az









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir