Ən ziyanlı qidaların REYTİNQİ

Ən ziyanlı qidaların REYTİNQİİnsanın qidalanması onun sağlamlığına böyük təsir edir. Bəzi qida məhsulları xəstəliklərin riskini artırır, digərləri isə əksinə azaldır.
Belə ki, meyvə-tərəvəz, göyərti, yarmalar, süd məhsulları, yumurta, paxlalılar, balıq sağlamlıq üçün ən faydalı qidalardır.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, Amerika Kliniki Onkologiya Cəmiyyəti  (American Society of Clinical Oncology - ASCO) ən ziyanlı məhsulların "reytinqi"ni tərtib edib. Mütəxəssislər qeyd edirlər ki, onların sadaladığı məhsullar tək xərçəngin deyil, bir çox digər xəstəliklərin də (ürək-damar sistemi, maddələr mübadiləsi, qaraciyər, böyrək və s. xəstəlikləri) riskini artırır.
Beləliklə, sizə ən ziyanlı qidaların reytinqini təqdim edirik:
1. Hisə verilmiş kolbasa
Hisə verilmə zamanı tərkibində çoxlu sayda ziyanlı maddələr olan tüstü ifraz olunur. 50 qr hisə verilmiş kolbasanın tərkibində olan kanserogenlər 1 qutu siqaretdə olduğu qədərdir. Həmçinin hisə verilmiş kolbasa ürək-damar sisteminə, qaraciyərə çox mənfi təsir edir.
2. Sosis, kolbasa, vetçina
Bu məhsulların gündəlik istehlakı yoğun bağırsaq xərçənginin riskini 18% artırır.
3. Peçenye, vafli və s. şirniyyatlar
Onlar trans-yağlar (marqarin, palma yağı) və şəkərlə zəngindir. Trans-yağlar onkoloji və ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır.
Həmçinin bu məhsulların tərkibində olan bol şəkər damarlarda iltihab yaradaraq aterosklerozun inkişafına səbəb olur. Bildiyimiz kimi, ateroskleroz zamanı damarlarda artıq xolesterin (piyə oxşar maddə) yığılır. Lakin xolesterin sağlam damarlarda deyil, iltihablaşmış, xəstə damarlarda toplanır. Məhz şəkər damarların daxili divarlarında iltihab yaradaraq aterosklerozun inkişafına şərait yaradır.
4. Şirin qazlı içkilər
Burada da əsas risk şəkərin çoxlu olmasıdır. Həmçinin belə içkilər fosfatlarla da zəngindir. Fosfat turşusu sümük toxumasını dağıdır və böyrəklərə mənfi təsir edir. Şirin qazlı içkilərdən sui-istifadə hipertoniya, piylənmə, osteoporoz kimi xəstəliklərin riskini artırır.
5. Spirtli içkilər
Bu içkilərin tərkibində olan etanol ən güclü kanserogendir. Həmçinin etanol ürək, qaraciyər, böyrəklər və bir çox orqan və sistemlərə ciddi ziyan vurur.
6. Müxtəlif souslar (ketçup, mayonez, pendirli souslar və s.)
Tərkibində çoxlu yağ, duz və şəkər var.
7. Çipsi
Yağ, duz və müxtəlif kimyəvi qatqılarla "zəngindir". Həmçinin çipsi qızardılır.
8. Popkorn
Popkornun hazırlanması zamanı dəfələrlə eyni yağdan istifadə olunur. Bu zaman yağda kanserogen maddələrinin miqdarı kəskin artır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1052   Tarix: 25 oktyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gozel gorunmek qadın geyimi makiyaj instagram yuxuyozmalar metbex qlazok dirnaqlar ucun maska kosmetika veten haqqinda bayatilar pehriz vətən haqqında atalar sözləri maraqlı olumu