Epilyasiyanı evdə özünüz hazırlayın – Xanımların diqqətinə!

Epilyasiyanı evdə özünüz hazırlayın – Xanımların diqqətinə!Bu epilyasiya növü şərq ölkələrində çox geniş istifadə olunur. Qərbdə ona "şuqarinq" deyilir ("sugar" – ingilis dilində "şəkər").

Şəkər epilyasiyasının bir çox üstünlükləri var. Qadinsayti.az saglamolun.az-a istinadən onları təqdim edir:

əks-göstərişlərin olmaması,
aşağı qiymət,
asanlıq,
allergik reaksiyaların olmaması,
yalnız təbii vasitələrdən istifadə olunması,
epilyasiya pilinq effekti verir – dəri çox hamar, təravətli olur,
bədənin istənilən nahiyəsində istifadə oluna bilər (üz, ayaqlar, qollar və s.),
bu epilyasiya növündən daim istifadə edən qadınlar vaxt keçdikcə tüklərin daha gec çıxmasını və daha nazik olmasını qeyd edirlər.
Bu epilyasiyanı kosmetik salonlarda həyata keçirirlər. Lakin ev şəraitində də bunu etmək mümkündür.
Epilyasiya üçün lazım olan pastanı hazırlamaq üçün 4 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı limon duzu, 2 xörək qaşığı su lazımdır. (Əgər sizə daha çox pasta lazım olarsa, inqrediyentlərin miqdarını 2-3-4 və s. dəfə artırın)

Epilyasiya üçün lazım olan pastanın hazırlanması

Şəkərlə suyu qarışdırıb odun üzərinə qoyun.
Şəkər əridikdən sonra limon duzu əlavə edin və qarışdıra-qarışdıra vam odda bişirin.
Hazır pasta karamel rəngində olmalıdır.
Pastanın hazır olub-olmamasını yoxlamaq üçün pastanın 1 damcısını təmiz boşqabın qırağına tökün və barmaqlarınızda əzin – pasta barmaqlara yapışmırsa, deməli hazırdır. Digər üsul pastanın 1 damcısını 1 stəkan suya tökün, pasta suda yayılmırsa, yumru damcı şəklində qalırsa – pasta hazırdır.
Hazır pastanı təmiz qaba tökün və soyuyana kimi gözləyin.
Pasta soyuyana kimi dərinizi epilyasiya üçün hazırlayın. Epilyasiya olunan hissəni sabunla yuyun, yaxşı qurudun və üzərinə uşaq tozu ("prisipka") və ya un səpin. Bu, pastanın dəriyə yapışmasına imkan verməyəcək. Epilyasiyadan 1 gün əvvəl duş qəbul edin və bədən skrabından istifadə edin. Bu, epilyasiyanın daha yaxşı effekt verməsinə kömək edəcək.
Pasta soyuyanda (ilıq olmalıdır) onun bir tikəsini barmaqlarınızda 1-2 dəqiqə ərzində yaxşı əzin. Pastanın rəngi tədricən dəyişiləcək – ağaracaq, daha elastik olacaq və barmaqlara yapışmayacaq.
Bundan sonra pastanı dəriyə çəkin (tüklərin uzanmasının istiqamətinə qarşı) və daha sonra cəld hərəkətlərlə (tüklərin uzanmasının istiqamətinə) pastanı dəridən qopardın. Pastanı bir neçə dəfə istifadə etmək olar. Daha sonra təzə pastanı götürün. Pasta soyuyubsa, pasta ilə olan qabı isti su tökülmüş qazanda bir qədər qızdırın.
Epilyasiya qurtaranda artıq qalmış pastanı soyuducuda saxlayın. Epilyasiyadan sonra dərini ilıq su ilə yuyun.

Gözəllik və Moda     Baxılıb: 3132   Tarix: 24 sentyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

turlar.az

hamilelikde qidalanma geyim necə seçməli toy makiyajlari kişi xəyanət edərsə keks reseptləri qiymenin hazirlanmasi öskürəyin təbii müalicəsi kosmetika burclerin uyumu sanamalar baliq burcu maskalar bakire