Ərəb dizaynerinin kübar dünyası

Ərəb dizaynerinin kübar dünyası"Ashi studio" nun geyimlərinə nəzər saldıqda hər şeydən əvvəl paltarların dizayneri haqqında düşünürlər. Doğurdan da, belə özünəməxsus, qeyri-adi, həm də heyranedici ideyaların hardan qaynaqlandığını təsəvvür etmək çətindir.

Dizayner Ashi

Onun 34 yaşı var, Səudiyyə Ərəbistanından olan dizayner hal-hazırda Beyrutda yaşayır. O müsahibələrinin birində qeyd edib ki, "Ashi studio" nu 2007-ci ildə yaradıblar.
Sonra məşhur moda evləri ilə əməkdaşlıq edərək bir qədər təcrübə də qazanıblar. Dizayn işlərini harda öyrənmisiniz sualına o: "Marketinq sahəsində dərəcə aldıqdan sonra nüfuzlu moda məktəbi olan Esmoda daxil olmuşam. Elə o vaxtdandan bəri bizim studiyamızda əsas xətti kübarlıq təşkil edir "- deyə cavab verir.
Dizayner bildirib ki, o, hələ moda məktəbində təhsil alanda Ashi Studio üçün öz siluetini və obrazını axtarmağa başlayıb. O, həmişə müasir siluetin yaradılması həvəsində olub, Charles Uorz kimi dizaynerlərdən ilham alıb. Dizayner qeyd edib ki, paltar tikilməsi və xırda detallarla bəzədilməsi işi həmişə onun xoşuna gəlib.
İlk dəfə öz kolleksiyalaranızı harda satmısınız sualına o, bunun üçün sosial şəbəkələrdən istifadə etdiyini bildirib. Müştərilərinə özünü tez bir zamanda tanıdan dizayner tezliklə Eva Longoria və Giuliana Rancic kimi tanınmış müştərilər qazandığını vurğulayıb. Bəs bu geyimləri hardan əldə etmək olar sualına dizayner: "Bizim baş atelyemiz Beyrutda yerləşir və biz orada müştərilərimizlə görüşürük. Bizim həmçinin Dubay və Küveytdə iri mağazalarımız var. Biz öz geyimlərimizi Londonda da satırıq" – deyə cavab verib.

Dizayner bildirib ki, Ashi Studio kiçik atelye kimi yaradılıb, 7 ildə beynəlxalq moda evinə çevrilib və 80-dən çox işçisi var.

Müştərilərinə gəldikdə isə, dizayner qeyd edib ki, onların müştəriləri kütlədən seçilməyi sevən savadlı qadınlardır. Onlar həqiqətən də yüksək modanın pərəstişkarlarıdır. Konkret olaraq nədən ruhlanırsınız sualını isə dizayner" İncəsənət, kino, memarlıq" deyə cavablandırıb. Uğuru nə vaxt qazandığınızı anladınız sualının cavabı isə daha maraqlı olub. O, "Kral ailəsindən və dünyadakı VİP müştərilərdən sifarişlər aldığımız zaman "-deyib.

Ən böyük nailiyyətini isə o, beynəlxalq aləmdə özünü bir daha sübut etmək və dünyanın hər yerində böyük mağazalar açmaqla əldə edəcəyini bildirib.
Ərəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıƏrəb dizaynerinin kübar dünyasıZümrüd Cavadova

Gözəllik və Moda     Baxılıb: 3045   Tarix: 08 aprel 2015
f Paylaş

Oxşar xəbərlər

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

turlar.az

həkim məsləhəti geyim dəbləri makiyaj instagram ancelina colinin sekilleri donlar yay ucun xinayaxdi haxista cinsi münasibətlər kosmetika novruz bayramina aid hakistalar veten haqqinda bayati burclər dostluq nizami gencevi