"Ərim məni məşuqəsi ilə bir evdə..." - Azərbaycanda DƏHŞƏT / VİDEO

"Ərim məni məşuqəsi ilə bir evdə..." - Azərbaycanda DƏHŞƏT / VİDEOSon zamanlar ölkəmizdə qadınlara qarşı zorakılıq halları hədindən artıq geniş vüsət alıb. qadınsaytı.az bildirir ki, a24.az İşgəncələrə və zorakılıqlara məruz qalan qadınların yeganə ümid yeri olan "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən qadın sığınacağına baş çəkib.

Buradakı qadınların yaşadıqlarını dinləmək insanda möhkəm iradə və səbr tələb edir.

Öz həyat hekayəsini bizimlə bölüşən sığınacaq sakini Lalə Məmmədova 29 yaşında nişanlandığını, daha sonra elə nişanlısına da qoşulub qaçdığını söylədi. Onun hekayəsi digər qadınlarınkindən fərqli olaraq çox xoşbəxt və mehriban başlayıb, həttə bir neçə il davam edib. Lakin bir müddət sonra həyat yoldaşı işləmək adı ilə ailəsini və uşaqlarını tərk edərək evdən gedib.

Lalə xanım ərinin evdən gedərkən onunla çox mehriban danışdığını və gözəl vədlər verdiyini bildirib.

Bir neçə il sonra ərinin evinə gəlmədiyini görən Lalə ata evinə qayıtmalı olub. 6 ildən sonra həyat yoldaşı geri qayıdaraq xahiş - minnətlə ailəsini də özü ilə bərabər Bakıya gətirib.

Bir müddət sonra arvadına maddi çətinliklərinin olduğunu söyləyən ər onları bir qadının evinə yerləşdirib. Həyat yaldaşına həmin qadının çox yaxşı adam olduğunu və onlara yardım etmək istədiyini bildirib.

"İlk günlər həmin qadın mənə çox yaxşı təsir bağışladı. Hətta üzümə gülürdü. Lakin bir müddət sonra bu işin içində bir oyun olduğunu gördüm. Uşaqlarım gəlib mənə deyirdilər ki, atamız o qadınla danışarakən ona "canım" deyir. Hər şeyi artıq başa düşmüşdüm. Onlar 6 il ərzində birlikdə yaşayıblar. Lakin qadının evli olması məndə tərəddüd yaradırdı. Məlum oldu ki, həmin qadın, qızı ailə qurduqdan sonra ərini evdən qovub. Mən hər şeyi onun ərinə danışmaq qərarına gəldim. Ona arvadının xəyanət etdiyi deyəndə mənə inanmadı. Buna görə də həyat yoldaşım məni parkın ortasında vəhşicəsinə döydü. Zərbələrdən az qala huşumu itirim. Məni hədələdi ki, "sənin başını kəsib buluda qoyaram". Yenədə çarəsiz qalıb həmin qadına yalvardım ki, məni bir neçə gün uşaqlarımla bərabər evində saxlasın".

Çarəsiz qalan qadın bundan sonra da yaşadığı işgəncələrə dözməyərək sözügedən sığınacağa gətirilib.

"Ərim məni məşuqəsi ilə bir evdə..." - Azərbaycanda DƏHŞƏT / VİDEO

Xəbərlər     Baxılıb: 2110   Tarix: 11 noyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər 4 nəfərdən biri öz psixoloji sağlamlığı üçün heçnə etmir - ARAŞDIRMA

Hər dörd nəfərdən biri psixoloji vəziyyətini yaxşılaşdırmaq üçün heç bir addım atmır. xəbər verir ki, "Independent" nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyada Mental Health Foundation təşkilatının sifariş

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

.

Brazilya qozunun faydaları nələrdir ?

Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içində

.

ÜST-dən hantavirusla bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus "MV Hondius" kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib. xəbər verir ki,o, Madriddə keçirilən mətbuat konfransınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

.

Zibilə atdığınızı sandığınız əslində bir möcüzə imiş

Paxlalı bitkilərin konservləşdirilməsi zamanı yaranan və adətən süzülərək atılan bu nişastalı maye mətbəxdə israf edilməməli olan dəyərli bir məhsuldur. Lobya suyunun faydaları və istifadə yolları aşağıdakılardır.  xəbə

.

İsti kran suyu ilə yemək hazırlamaq təhlükəsizdirmi?

Gündəlik mətbəxt işlərində vaxta qənaət etmək üçün isti kran suyundan istifadə etmək geniş yayılan bir vərdiş olsa da, mütəxəssislər bunun ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.  xəbər verir ki, ist

turlar.az

hamiləlik qaşların formalari geymler 2026 praktik məsləhətlər dini geyimler 2026 yay donlari sidik yolu infeksiyasi kosmetika tapmacalar atalar sozu sac duzumleri haqisda dovsan