Erkən qocaldan 6 SƏBƏB

Erkən qocaldan 6 SƏBƏB Alimlər bədənimizin təxminən yüz hormon istehsal etdiyini və onlardan 6-sının qadın sağlamlığı və gözəlliyi üçün vacib olduğunu izah edir. Bu 6 hormon dərinizin elastikliyini bərpa edir və əhval-ruhiyyəyə görə cavabdehlik daşıyır. Ancaq bəzi hallarda hormon səviyyəsi azalır və erkən yaşlanma başlayır. Bəs bu hormonları necə qoruya bilərik?
Erkən qocaldan 6 SƏBƏB Estrogen
Estrogen fibroblast hüceyrələrinin kollagen və elastin ifrazına səbəb olur. Bu hormonun səviyyəsi azaldıqda qırışlar görünür, üzün oval şəkli pozulur və döşlər sallanmağa başlayır. Estrogen səviyyəsinin aşağı olması ilə bədən sürətlə qocalmağa doğru gedir.
Estrogen necə artır?
Alimlər deyir ki, ət məhsulları estrogen ifrazını boğur. Odur ki, heyvan zülalları istifadəsini azaltmaq faydalıdır. Onların əvəzinə soya pendiri, soya südü, qəhvəyi düyü, kətan toxumu, təzə tərəvəz və meyvələr yeyin.
Biyan köklü serum və kremlər yaşlanma ilə mübarizə aparır, çünki tərkibində kollagenin ifrazını təmin edən antioksidantlar var.
Erkən qocaldan 6 SƏBƏB Böyümə hormonu (somatotropin)
Somatotropin səviyyəsi azaldıqda əzələlər zəifləyir və qırışlar yaranmağa başlayır. Bununla birlikdə əhvalda pozulmalar meydana gəlir və bədənin gücü azalır.
Böyümə hormonlarının səviyyəsi təbii olaraq necə artır?
Fiziki fəaliyyət
Məşq bu nöqtədə böyük əhəmiyyət daşıyır. Gəzmək və ya qantellə məşq etmək faydalıdır. Bununla yanaşı, saunaya getmək və duş almaq somatotropin səviyyələrini daha da artırır.
DHEA (dehidroepiandrosterone)
DHEA sakitləşdirici və qocalma əleyhinə hormondur. Bu hormonu bədən yalnız 30 yaşa qədər ifraz edir. DHEA düşməyə başlayanda, damarlar daha həssas olur və dəri elastikliyini itirir.
DHEA təbii olaraq necə yüksəlir?
Pəhrizə sağlam yağlar əlavə edin. Fındıq, kətan toxumu, yağlı balıq və avokado doymamış yağ turşularını ehtiva edir. Vücudumuz onlardan DHEA ifraz edir. Səhər yeməyində hər zaman zülal yeyin.
Səhər yeməyində zülal ifrazı əhval dəyişikliklərinə qarşı mübarizə aparır və sinir sisteminizi balanslaşdırır.
Erkən qocaldan 6 SƏBƏB Melatonin
Melatonin gündəlik ritmləri tənzimləyir və sizə istirahət etmək vaxtı olduğunu xatırladır. Bu proses yuxu zamanı baş verir və bütün hüceyrələr yenilənməyə başlayır. Əgər melatonin hormonu düşməyə başlayırsa, bədən də vaxtından əvvəl qocalmağa doğru gedir. Bundan əlavə, qırışların, saç tökülməsinin və piqment ləkələrinin meydana gəlməsinə gətirib çıxarır.
Melatonin səviyyəsi necə artır?
Banan, pomidor, düyü və qarğıdalı yeyin. Alkoqoldan, siqaretdən və çoxlu kofein ehtiva edən məhsullardan çəkinin. Onların istifadəsi melatonin hormonunu azaldır və ifrazını dayandırır.
Kortizol
Stress hormonu kortizol erkən yaşlanmaya səbəb olur. Dəri qurumağa və qabıq verməyə başlayır. Dəridə qırışlar, yağlılıq və sızanaq kimi hallar meydana gələ bilər.
Kortizol səviyyəsini necə azaltmaq olar?
Hər gün kifayət qədər su için.
Alimlər musiqi terapiyasının stress səviyyəsini azaltdığını deyir.
Meditasiya da bədəninizin kortizol səviyyəsini dərmansız azaltmağa kömək edir.
İnsulin
İnsülin qandakı qlükoza səviyyəsini artırır. Onun pozulması erkən yaşlanma əlamətlərini ortaya çıxarır. Şəkər miqdarının yüksəlməsi qırışların yaranmasına gətirib çıxarır.
Dərini həddindən artıq şəkərdən necə qoruya bilərsiniz?
A vitamini olan kremlər və serumlar dərinizdə kollagen ifrazını artırır. Tərkibində C, E vitaminləri olan məhsullardan və yaşıl çaydan istifadə etməyə diqqət yetirin.
Qışda belə günəş kremi istifadə edin. Günəş şüaları elastin liflərini məhv edərək yaşlanma prosesini sürətləndirir.
Aytən Məftun

Gözəllik və Moda     Baxılıb: 2631   Tarix: 25 mart 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

XIX əsrdə qadınların gözəllik üçün istifadə etdiyi təhlükəli üsullar

XIX əsrdə qadınlar gözəl görünmək üçün müxtəlif üsullardan istifadə edirdilər, lakin həmin dövrdə kosmetikanın tərkibi bu günlə müqayisədə xeyli təhlükəli idi. Elmi biliklərin kifayət qədər inkişaf etməməsi səbəbindən bi

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

turlar.az

gözəllik məhsulları geyim seçimi qaşların formalari azadqadin reyhan kampotu ət yeməkləri keyks kosmetika dolca vidyolar oglaq balıq hakistalar