Ermənilərə işləyən azərbaycanlı satqınlardan birinin kimliyi bilindi - Meyitini...

Ermənilərə işləyən azərbaycanlı satqınlardan birinin kimliyi bilindi - Meyitini...Bir müddət öncə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı genişmiqyaslı təxribat fəaliyyətinin qarşısı alınıb.

Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər...

Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Hadisə ilə bağlı rəsmi açıqlama sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Bir qrup satqınların adlarının tezliklə açıqlanmasını tələb edərkən, digərləri hətta onlara görə ölüm hökmünün bərpasını istəyir.

Tərtər rayonu sakinlərinin Modern.az-a verdiyi məlumata görə, vətənə xəyanət etmiş şəxslərdən biri Mehman Telman oğlu Hüseynov olub. Onun bu günlərdə öldüyü və dəfn edildiyi bildirilir. Mehman Hüseynov Tərtər rayonunda yaşayırmış.

Tərtərin Dəmirçi kənd inzibati ərazisi üzrə nümayəndəsi Zəqəm Ağayev Modern.az-a bildirib ki, adı çəkilən şəxs Cəmilli kəndindəndir və həmin kəndin qəbiristanlığında dəfn olunub. Z.Ağayev deyib ki, M.Hüseynovun yaşayış yeri Cəmilli kəndi olub.

"Onun 34 yaşı var idi. Hazırda onun həyat yoldaşı iki az yaşlı oğlu ilə birlikdə Cəmilli kəndində yaşayır".

Məsələ ilə bağlı Cəmilli kənd inzibati ərazisi üzrə nümayəndə Manaf Məmmədov Modern.az-a bildirib ki, xəyanətkar Cəmillidə yaşasa da, əslən Ağkənd qeydiyyatında olub:

"Mehmanın anası Ağkənddə yaşayır. Atası 1980-cı illərdə vəfat edib. Həmin vaxt Mehman anası ilə birlikdə Ağkəndə gedib. Mehman Hüseynovun xanımı əslən Cəmillidəndir. Mehmanın atası Cəmilli qəbiristanlığında dəfn olunduğuna görə, yaxınları onu Cəmillidə dəfn etmək istədilər. Amma kənd sakinləri Mehmanın Cəmilli qəbiristanlığında dəfn olunmasına icazə vermirdilər. Ona görə də qəbiristanlığın çöl tərəfində, "setka"nın o biri üzündə basdırılıb".

Kənd rəsmisi sakinlərin Mehmanın qəbiristanlıqda dəfn olunmasına qarşı çıxmasını onun vətənə xəyanətilə əlaqələndirib:

"Bizim kəndin camaatı xəyanətkarın bu torpaqda dəfn olunmasına icazə vermirdi. Sakinlər dedilər ki, "bizim müqəddəs yerimizdə o cür satqının dəfn olunmasını istəmirik". Uzun çək-çevirdən sonra Mehmanı qəbiristanlığın çöl tərəfində basdırılmasına icazə verdilər".

M.Məmmədov digər xəyanətkarlar barədə əlavə məlumat vermək istəməyib.

Xəbərlər     Baxılıb: 3178   Tarix: 17 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

turlar.az

gozel gorunmek reseptler kosmetoloq bizim məşhurlar cox yasa sepkilere qarsi maska cins 2026 kosmetika itburnu hakisda gözəllik bayatı aysel