Əsəbləri sakitləşdirən "İbn Sina MÖCÜZƏSİ"
Depressiya, təşviş pozuntusu, əsəb gərginliyi keçirən, həyatdan zövq almayan insanlarda beyində serotonin hormonunun miqdarını artırmaq, yəni bir növ insanı süni yollarla xoşbəxt hisslər keçirməyə sövq edən antidepressantlar adlı preparat yazılır.
Publika.az xəbər verir ki, əgər siz də bu həddə çatmısızsa, antidepressant qəbuluna keçməzdən öncə bu bitkinin dəmləməsi və məhlulunu içməyi sınayasız.
Adi dazı otu (zveroboy) adlı bu dərman bitkisi hələ İbn Sina, Hippokrat tərəfindən nevralgiyaların müalicəsində istifadə olunurdu.
Antidepressant təsiri ilk dəfə 1652- ci ildə Nikols tərəfindən icad edilib və bu ot tərkibli vasitələr antidepressant kimi tətbiq olunub.
Bitkinin aktiv maddəsi hiperisindir, serotonini aktivləşdirir. Qanda serotonin artdıqda, əhval qalxır, qəm-qüssə dağılır, insan yaşamaq eşqi ilə alışır, yuxusu normallaşır. Elə hazırda da bir çox damcı və dərmanların tərkibində dazıotu var.
10 qr quru bitkinin üzərinə 1 stəkan qaynar su əlavə edib, 40 dəqiqə dəmə qoyursuz. Süzüb, alınan məhlulu gündə 6 dəfə olmaqla yeməkdən sonra 1 xörək qaşığı olmaqla içib bitirirsiz.
10 yaşından yuxarı uşaqlara vermək olar.
Hamilələr ehtiyatlı olsun.
Dazıotu təkcə əsəblər üçün yox, mədə-bağırsaq, böyrəklər, ginekoloji orqanların iltihabı üçün də əvəzsizdir









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir