"Əslində bu virus ortaya çıxandan sonra..."

"Əslində bu virus ortaya çıxandan sonra..."Son vaxtlar koronavirusun yeni, daha virulent forması ortaya çıxıb. Yeni ştamm əvvəlkindən 70 faiz daha çox sürətlə yayılır. Mutasiya virusun genetik quruluşunda baş verən geriyə dönməyən dəyişiklikdir. Mutasiya nəticədə virusun genlərə cavabdeh olan proteinlərində, yəni onun zülallarında və çox bildiyimiz spayk proteinində dəyişiklik ortaya çıxır. Əslində bu virus ortaya çıxandan sonra onun ən azı 4 minə yaxın mutasiyası baş verib. Bu mutasiyalar içərisində ən diqqətçəkəni onun yayılma dərəcəsinin daha da artmasıdır. Virusun genomundakı dəyişiklik onun üzərindəki tikan formasındakı spayk proteinlərin quruluşunda dəyişikliyə səbəb olur. Orada təxminən 1255-ə yaxın amin turşusu var. Gendə baş verən dəyişiklik aminositlərin də düzülüşündə fərqlilik yaradır. Belə hesab olunur ki, mutasiyaya uğramış virusun üzərindəki spayk proteini orqanizmə daxil olduqdan sonra tənəffüs sistemində olan endotel hüceyrələri ilə daha sıx bağlanır. Sıx bağlanma nəticəsində hüceyrələrin içərisinə asanlıqla daxil olur. Nəticədə daha çox - 70 faizə yaxın virus orqanizmə daxil ola bilir. Vücuda az virus daxil olsa belə onların orqanizmi yoluxdurma dərəcəsi daha yüksək olur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev məlumat verib.
Professor bildirib ki, yeni ştamm sürətlə bir neçə ölkədə yayılmağa başlayıb və böyük panikaya səbəb olub.
"Virusun yeni ştammında müəyyən dəyişikliklər ortaya çıxacaq. Yeni virus ştammı sayəsində xəstəliyin klinikası da fərqli gedə, immun sistemimiz bunlara fərqli cavab verə bilər. Bunların heç biri indi bəlli deyil, amma zaman bunları göstərəcək. İndi qorunma tədbirlərinə ikiqat artıq riayət etmək lazımdır. Virus daha sürətlə yayıldığı üçün sosial məsafə prinsiplərinə daha ciddi riayət etmək tövsiyə olunur. Məsələn, 1,5-2 metr deyil, imkan olduqca daha çox məsafə saxlamaq məsləhət görülür".
A.Allahverdiyevin sözlərinə görə, COVID-19-a yoluxub sağalan insanların bəzilərinin orqanizmlərində ona qarşı anticisimlər yaranır. Həmin anticisimlər koronavirusun mutasiyadan öncəki formasına qarşı daha təsirli olsa da, yeni ştammı əvvəlki qədər əngəlləməyə bilər.
Koronavirusa qarşı müxtəlif peyvəndlər hazırlanıb. Bu vaksinlərin virusun yeni ştammına qarşı nə dərəcədə effektiv olması onların hansı üsulla istehsal olunmasından asılıdır. Son vaxtlar molekulyar bioloji və biotexnoloji üsullar əsasında hazırlanan vaksinlərdə bu baxımdan narahatlıq ola bilər. Effektivliyi 95 faiz qiymətləndirilən vaksinlərin təsiretmə faizinin müəyyən qədər düşəcəyi gözlənilir. Tədqiqatlar nəticəsində köhnə, yəni mutasiyadan əvvəlki vaksinlərin əmələ gətirdiyi anticisimlərin yeni ştammı nə qədər əngəlləyə biləcəyini qısa müddət ərzində öyrənmək olar. Əgər peyvənddən yeni ştamma qarşı istənilən nəticə əldə olunmazsa, vaksinlə bağlı araşdırmalar yenidən başlaya bilər", - deyə A.Allahverdiyev bildirib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1520   Tarix: 28 dekabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi