Eşq nişanələri

Eşq nişanələriEhtirasın çılğın təzahürlərindən sonra kişinin, yaxud qadının bədənində öpüş, hətta dırnaq və dış izləri qalıbsa,onlara məhəbbət nişanələri deyilir.
Qədim dövrün məhəbbət kitablarında eşq nişanələrinə xüsusi diqqət yetirilir və hətta tərəf-müqabilin əllərində, boynunda, döşlərində, qarnında və ombalarında bu cür nişanə-izlər qoymaq tövsiyə edilir. İlk görüş zamanı, ayrılıq dəmində, səfərə yola düşərkən, səfərdən qayıdarkən, küsüşmədən sonra barışarkən və nəhayət qadın cuşa gələrkən, iki cins arasında bu cür nişanələrin "dəyiş-düyüşü" baş verir.
Bunu ona görə edirlər ki, insan öz keçmişini, öz təkrarsız sevgi məqamlarını unuda bilməsin. Axı belə "yaddaş" ömürlük öz izini qoyur. Hətta qocalıq dəmində də ya­rıpozulmuşbu nişanələr ötən günləri, keçmiş ehtiras anla­rını insanın yadına salır.

Ətrafdakı adamlar kişinin, yaxud qadının bədənində "eşq nişanələrni gördükdə, bu, istər-istəməz onların seks təcrübəsi haqqında assosiasiya yaradır və onlar instinktiv olaraq lazımi seksual dalğaya tuşlanırlar.
Boynunda, çiynində və ya sinəsində "eşq nişanələri" olan gənc qadınlar maqnit kimi kişiləri özlərinə cəzb edirlər. Bədənində dırnaq və diş izləri olan kişilər barədə də həmin sözləri demək olar. Bu cür "damğalı" kişilərə qadınlar xüsusi maraq göstərirlər.
Qədim Hind təliminə görə cırmaq izləri vasitəsi ilə tərəf-müqabilin bədəninin konkret yerlərinə cinsi enerjini göndərmək olar. Erogen zonaları, sıxma nöqtələrinin və akupunktura meridianlarını stimullaşdırmaq və bununla da enerjinin azad olunmasına və dövranına kömək etmək üçün dırnaqlardan şüurlu surətdə istifadə edilə bilər.
Qədim Hindistanda bəzən dırnaqlara elə şəkil verirdi­lər ki, sevgi oyunu zamanı bunları təyinat üzrə dəqiq tətbiq etmək mümkün olsun. Belə hesab olunurdu ki, sevgililər bir-birlərinin bədənində "sevgi izi" qoyanda, onların ehtirası uzun çəkir və o heç vaxt sönmür.

"Qadın və ya kişi öz dırnaqlarını məhəbbət və nəvazişlə işə salaraq böyük həzz bəxş edə bilər. Ər üçün də, arvad üçün də dırnaqlardan ustalıqla istifada etməkdən gözəl heç nə yoxdur".
Eşq və ehtiras haqqında qədim təlimatdan

Ailə və Uşaq     Baxılıb: 2751   Tarix: 28 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

yay kolleksiyasi qadin sayti gozel gorunmek pehriz saxlamaq qaydalari saç hörükləri fikrət əmirov hamiləlik və analıq kosmetika novruz bayramina aid hakistalar şəkərbura zencefil cantalar burclerin uyumu