Ət xalı olanlar bu məlumatı MÜTLƏQ OXUYUN!

Ət xalı olanlar bu məlumatı MÜTLƏQ OXUYUN!Ət xallar haqda nə bilirik? Onları kəsdirmək doğrudanmı təhlükəlidir? Ailem.az çoxlarını maraqlandıran sualları bu yazıda cavablandırmağa çalışıb.

Xallar bədənin hər yerində rast gəlinən, daha çox qəhvəyi rəngdə olan, oval, ya da yumru şəkildə nöqtələrdir. Bu kiçik nöqtələr dərinin rəngini təmin edən melaninin yaradılmasına cavabdeh olan xüsusi növ hüceyrələrin – melanoçitlərin artması nəticəsində əmələ gəlir. Bir insanda olan xallar genetik olaraq müəyyənləşir, əmələ gəlir. Xalların bəziləri doğularkən olur, bəziləri isə sonradan yaranır. Xüsusilə gənclik dönəmində daha çox artır. Amma insanın bütün yaşadığı müddətcə xalların əmələ gəlməsi və yoxa çıxması normal haldır.

Bəs ət xal nədir?

Çox zaman ziyillərlə ət xallarını qarışıq salırlar. Ailem.az-a bildirir ki, ət xalları sıx rast gəlinən, dəridən çıxıntı əmələ gətirən, ziyansız, yumşaq dəri törəmələridir. Dəri rəngində olduqları kimi, tünd rəngli də ola bilirlər. Ölçüləri 1 mm-dən 5 sm-ə qədər dəyişə bilər. Ət xalları adətən boyun ətrafında, qoltuq altı və qasıq kimi büküş yerlərində əmələ gəlir, hətta getdikcə çoxala, sayı 50-60-a çata bilir. Əsasən də aşırı kilolu və 2-ci tip şəkəli diabet xəstələrində daha çox müşahidə olunur. Ət xallarının yaranma səbəbi məlum deyil. Bununla yanaşı, ət xalların yaranmasında aşağıdakı faktorlar rol oynayır:

- Dəridə sürtünmə

- Şəkər xəstəliyi

- İnsulin rezistensliyi

- Obez insan popiloma virusu

E. Sadıqov deyir ki, ət xalların kəsilməsinə dair insanlar arasında bir qorxu var: "Belə bir mif dolaşır ki, guya ət xalı kəsdikdə xərçəngə dönüşə bilir. "Bıçaq dəyərsə, xərçəng olar", - deyirlər. Bu, qətiyyən belə deyil. Ümumiyyətlə, ət xallarının insan səhhəti üçün heç bir qorxusu yoxdur. Onlar sadəcə qıcıqlanmaya qarşı dərinin verdiyi bir reaksiyadır. Ət xalı kəsdirmək qətiyyən təhlükəli deyil. Əksinə, bəzən estetik baxımdan xoş təsir bağışlamır, kompleks yaradır. Onu kəsdirməklə kompleksdən qurtulurlar. İstənilən xalı kəsdirmək olar. Sadəcə bəzi xallar vardır ki, onları sırf peşəkar cərrahlar kəsib götürməlidir, sıradan bir kosmetoloq və ya hansısa həkim yox".
Dermatoloqun sözlərinə görə, xal kəsilməzdən öncə müayinə şərtdir: "Tünd rəngli xalları dermatoskop vasitəsilə müayinə etmək şərtdir. Dermatoskop böyüdücü bir cihazdır. Onunla xalın daxilinə rahat şəkildə baxmaq olur".

Ümumiyyətlə, ət xallarından qurtulmaq üçün müasir tibdə xüsusi metodlardan istifadə olunur. Bura krioterapiya, cərrahi yolla koterizasiya (koaqulyator) və steril bir cərrahi sapla bağlama üsulları daxildir. Elçin Sadıqov bildirib ki, bu 3 üsuldan ən çox istifadə olunanı krioterapiyadır: "Krioterapiya daha rahat, qansız, ağrısız bir üsuldur. Maye azot qazndan istifadə olunur. Soyuq şəkildə olur, buz kimi. Bu qaz törəmənin üzərinə sıxılır və onu dondurur. Donan törəmə 2 həftə ərzində quruyub tökülür. Ağrısızdır, sadəcə cüzi göynəmə hissi olur, vəssalam. Odur ki, ət xalı olanlar onu kəsdirməkdən qorxmasınlar. Heç bir əks təsiri, narahatlığı yoxdur".

Maraqlı     Baxılıb: 5958   Tarix: 05 may 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Vətən haqqında bayatılar

Yağı gəldi yanıma,. Susamışdı qanıma,. Döndüm qürbət ellərdən,. Qüvvət gəldi canıma. Kəm baxtı sönən qərib,. Qürbət ölən qərib,. Bəxtəvər günə düşdü,. Vətənə dönən qərib. Söz qaldı el gələnə,. Çırmandı sel gələnə,. Gözə

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

turlar.az

sade makiyaj sekilleri gözəllik məhsulları kosmetik vasiteler kolbasa hazirlanmasi 3 kq hamileliyin ilk elameti qadinlarda cinsi isteksizlik kosmetika novruz bayramina aid sekisler geyim maya maskasi damla