"Ət xalı" xərçəngə çevrilə bilər?
Xalq dilində "xal" dedikdə bəzən dəridən qabarıq, bəzən dəri səviyyəsində olan qara-qəhvə və dəri rəngindəki dəri törəmələri nəzərdə tutulur.
Fəqət elmi dildə desək, nevuslar histopatoloji xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. Nevuslar epitleden, birləşdirici toxumadan, damarladan və dərinin rəngini təyin edən melanosit hüceyrələrindən əmələ gələ bilər. Dəri xərçəngi olan melanoma məhz melanosit xallarından vəya melanositik nevuslardan əmələ gəlir.
Bəs "ət xalı" haqda nə bilirik? Onları müalicə etmək olurmu?
Sualımızı cavablandıran uzman dermatoveneroloq Mehdi İskəndərli "Şərq"ə açıqlamasında deyib ki, "ət xalı" dedikdə "ət rəngində" yəni dəri rəngində olan dəri törəmələri nəzərdə tutulur. Həkim qeyd edib ki, bunlardan heç bir zaman dəri xərçəngi törəyə bilməz:
"Bunlar əsasən boyunda, qoltuq altında, qasıqlarda və göz qapaqlarında ortaya çıxır. Polip olaraq adlandırılan ət xalları genetik, endokrin xəstəliklər və daxili orqanların bədxassəli şişləri fonunda da əmələ gələ bilər.
Bundan əlavə dəridə dəri rəngində olan başqa dəri törəmələri də vardir ki, ət xallarına bənzəyir.
Bu səbəbdən "ət xalları" diaqnozu mütəxəssis tərəfindən qoyulmalı və daxili xəstəliklərdən qaynaqlanmadığına əmin olmaq üçün verilən analizlərdən sonra müalicə edilməlidir. Ət xallarının müxtəlif müalicə üsulları vardır. Hər biri də ağrısız və təhlükəsiz şəraitdə aparılır.
Ən çox istifadə edilən metod isə maye azot və ya krioterapiya üsuludur. Lakin bəzi hallarda ət xalları qiqant ölçülərə gəlib çıxa bilir. Belə olan halda törəmənin cərrahi üsulla aradan qaldırılması mümkün ola bilər.
Ət xalı problemi kiçik ölçülərdə ikən müalicə edilsə həm maliyyə, həm də fəsadlar baxımından xəstələr üçün uğurlu olar".
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
Dəniz suyunun saçlara vurduğu zərər
Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
Bir stəkan çay müalicəni puç edə bilər
Tut yeməyin faydaları
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Foto
Biznes sahibi olan məşhurlar: Kim hansı sahəyə sərmayə yatırıb?
Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir
Anşlaq, alqış, sənət – Eyyub Yaqubovdan unudulmaz konsert