Ətirli bitki çayları

Ətirli bitki çaylarıBitki mənşəli, çiçək və giləmeyvə çayları – onları nə vaxt içmək lazımdır və onların nəyə faydası var?
Qışda istinmək üçün gözəl və ətirli çaylar içmək məsləhətdir. Belə çaylara cökə çayı, nanə, itburnu, qızılgül, zəncirotu və başqa bitkilərdən olan çaylar aiddir. Çayların faydasını öyrənək.

Kəklikotu.

Kəklikotundan dəmlənmiş çay –qrip zamanı, mədə spazmalarında, böyrəklərin xəstəliyində, sidikqovucu kimi, qan azlığında, yuxusuzluqda, miqrendə, revmatik ağrılarda məsləhət görülür.

Çobanyastığı

Ürək çayı. Tromb əleyhinə və mikrob əleyhinə olan xüsusiyyətləri ilə xarakterizə olunur (qripdə, soyuqdəymədə, iltihab əleyhinə istifadə olunur )

İtburnu.
İmmun sistemini gücləndirir, antioksidantlar, flavonoidlər, vitaminlər (C, K) və minerallarla zəngindir. İshala qarşı istifadə olunur.

Yonca
Öskürəyə qarşı (balla qarışdırıldıqda), qaraciyər, qadın ağrılarında içilir. Şəkərli diabet xəstələrinə adi çayın əvəzinə məsləhət görülür (şirinləşdirici olmadan).

Qızılgül
Əhval-ruhiyyəni yaxşılaşdırır; virus əleyhinədir, immuniteti gücləndirir. Dəmlənəndən sonra dadını tez itirir, qızılgül qönçələrindən dəmlənmiş soyuq çayı içmək olmaz.

Nanəli limon
Sakitləşdirici xüsusiyyəti var, əsəb sistemi ilə bağlı həzm problemini yaxşılaşdırır. Gərginliyi və yuxususzluğu aradan qaldırır, ağrını azaldır.

Şüyüd (Soğanları, toxumu)
Həzmi yaxşılaşdırır, südəmər uşaqlara da məsləhət görülür. Öskürək, soyuqdəymə və otitdə kömək edir.

Çiyələk yarpaqları
Qanı təmizləyir, qanyaradır, sakitləşdiricidir, ümumi möhkəmləndiricidir. Bu ətirli çaya qurudulmuş giləmeyvələr də əlavə etmək olar.

Boymadərən
1 çay qaşığı boymadərənə 1 stəkan isti su töküb, 5-10 dəqiqə qaynadır, və qastritlərdə içirlər.Mədə ağrılarında çobanyastığı ilə birlikdə dəmləyirlər.

Zəncirotu
Bu çay qaraciyərin işini asanlaşdırır, xüsusilə də alkoqol qəbul edən, siqaret çəkən və dərman qəbul edilən hallarda. Qəbizliyi yüngülləşdirir, qidaların həzm olunmasını asanlaşdırır.

Cökə
Rahatladıcı çaydır, narahatlığı götürür, təzyiqi aşağı salır. Miqrendə ağrıların yüngülləşməsi üçün məsləhət görülür. 2 fincan balla qarışdırılmış çay soyuqdəyməni aradan qaldırmağa kömək edir.
Hər gün qəbul etmək məsləhət deyil: Bu tərlədici çay-ürək üçün ciddi yükdür.

Lavanda
Əsəb sistemini möhkəmləndirir, yuxugətiricidir, miqrenə yaxşı təsir göstərir, şlakları təmizləyir.

Sağlamlıq     Baxılıb: 5320   Tarix: 02 mart 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

turlar.az

gözəllik məhsulları donlar 2026 reseptler qış geyimləri 2026 payiz qis kolleksiyasi etiraflar pirojnalar kosmetika masqalar novruz bayrami pomidor salatlar nagillar