Ev işləri görmək ömrü uzadır - ARAŞDIRMA
Amerikalı səhiyyə mütəxəssisləri qab yumaq kimi ev işlərinin insan ömrünü uzatdığını bildirib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Journal of the American Geriatrics Societ" dərgisi bu barədə məqalə yayımlayıb.
Məqalədə amerikalı elm adamlarının 65-99 yaşlı 6000 qadın arasında gerçəkləşdirdiyi araşdırma yer alıb. Onlar bir həftə boyunca qadınların fiziki aktivliyini, 3 il boyunca isə sağlamlığını izləyib.
Əldə edilən nəticələrdə gündə ən az 30 dəqiqəsini fiziki aktivliyə ayıranlar arasındakı ölüm riski 12% olub. Gün ərizndə 1 saat fiziki aktivliyə vaxt ayırmaq isə ölüm riskini 39% azaldır.
Elm adamları təmizliklə məşğul olmaq, qab yumaq və təmiz havada gəzmək kimi işləri fiziki aktivlik kimi dəyərləndirib və onların ömrü uzatdığına böyük təsiri olduğunu bildirib.
Araşdırmanın başçısı Andera Lakroiks belə fiziki fəaliyyətlərin sağlam olmaq üçün yetərsiz saydıqlarını, lakin bu araşdırmadan sonra tam əksinin şahidi olduqlarını deyib.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi