Ev təmizliyi zamanı bu bilgilər köməyinizə gələcək

Ev təmizliyi zamanı bu bilgilər köməyinizə gələcəkBu bilgilər təmizlik zamanı köməyinizə gələcək.

Sirkə
Yeməklərdə və salatlarda istifadə olunan sirkə eyni zamanda çox yaxşı bir təmizlik məhsuludur.
Sirkə parlaqlığını itirən polad qazanlar üçün istifadə edilə bilər. Qazanlar isidilən sirkə ilə ovulur və yaxşıca sürtülür. Sonra bez ilə silinir və qazanlarda tərtəmiz bir görünüş əldə edilir.

Eyni şəkildə, dibi ərp tutmuş çaydanlar 15 dəqiqə boyunca sirkə ilə qaynadılır, bu zaman ərpdən əsər-əlamət qalmayacaq.

Ütülərin zamanla çirklənən altlığı paltarların də çirklənməsinə səbəb olur. Ütünün altını təmizləməyin ən effektiv üsullarından biri də sirkədir. Bunun üçün sirkə və duz qarışdırılır və bir bez köməyi ilə ütünün altı təmizlənir.

Sirkə evdəki qarışqaların uzaqlaşdırılmasında, rəngli geyimlərin və xalçaların canlılıqlarını qorumasında da olduqca təsirlidir.

Limon
Yağların təmizlənməsində limondan təsirli üsul yoxdur.

Şüşələr limon suyu ilə silindiyində üzərindəki su ləkələri və çirklər asanlıqla çıxa bilər. Bunun üçün 3 xörək qaşığı limon suyunun 2 litr su ilə qarışdırılması kifayətdir.

Mikrodalğalı sobalar da limon ilə təmizlənə bilər. Soba içərisində zamanla pis bir qoxu meydana gəlir. Bu qoxunu yox etmək üçün yarım limon hissəsi incə dilimlər şəklində doğranır və içində isti su olan mikrodalğalı sobaya yerləşdirilir. Sonra bu qarışıq 2 dəqiqə yüksək istilikdə saxlanılır. Mikrodalğalı soba soyuduqdan sonra təmiz bir bez ilə silinir və beləliklə təbii bir təmizlik əldə edilir.

Limon məkanlardakı pis qoxuların yox olmasında da olduqca təsirlidir. Bu meyvə eyni zamanda dəri kresloların parladılmasında da gözəl nəticələr verir.

Karbonat
Karbonatın ev təmizliyi üçün faydaları saymaqla bitməz.

Zibil qutusundan gələn pis qoxuların qarşısını almaq üçün qutunun içərisinə bir miqdar karbonat səpilir. Qaralan tualet üçün karbonat su ilə qarışdırılıb məcun halına gətirilir və səthlər silinir.

Yapışqan və çətin ləkələrin çıxarılmasında da çox təsirli olan karbonat soba tavaları, termoslar üçün də istifadə edilə bilər.

Dəsmallarda olan kif qoxusu və təmizlikdən sonra da iy verməyə davam edən soyuducular üçün də karbonat istifadə edilə bilər. Həmçinin çiçəklərin uzun müddət yaşamasında suyun içərisinə bir miqdar karbonat qoyulması son dərəcə təsirli olacaq.

Mətbəx     Baxılıb: 8568   Tarix: 09 fevral 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

turlar.az

makiyaj etmek qaydalari hamiləlik geymler 2026 xren yarpagi uz ucun maska resepti hobbi allergiya kosmetika baldiza aid haxisda dolca burcler vetene aid bayatilar qurd ve quzu