Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər?

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər?Koronavirus xəstələrinin sayı günbəgün artdıqca, evdə müalicə alan xəstələrin də sayı çoxalır. Bu xəstəlik hər insanda özünü bir cür göstərir, belə ki, bəzilərində yüngül, simptomsuz, bəzilərində orta və ya ağır keçir. Ona görə də, xəstəliyi yüngül keçirən insanların çoxuna evdə təcrid olunaraq müalicə almaq tövsiyə olunur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq, Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi Tamilla Əliyeva bildirib.
"Evdə müalicə alan koronavirus xəstələri hansı qaydalara riayət etməlidirlər ki, vəziyyətləri kəskinləşməsin" sualına cavab olaraq həkim bildirib ki, ilk növbədə, koronavirus testi müsbət çıxmış şəxs həkim müayinəsindən sonra evdə müalicə olunacaqsa, həkimin göstərişi ilə təyin edilən dərmanları qəbul etməlidir: "Ev şəraitində müalicə alan xəstələr sahə həkiminin tövsiyələrinə dəqiq əməl etməlidirlər. COVİD-19 xəstəsi digər ailə üzvlərindən təcrid olunur. Xəstənin hər gün qızdırması ölçülür, vəziyyəti haqqında qeydlər sahə həkiminə çatdırılır.
Bəzi hallarda evdə müalicə alan xəstələr lazım oldu-olmadı, müxtəlif dərmanlardan, o cümlədən antibiotiklərdən istifadə edirlər. Onlar düşünürlər ki, evdə müalicə zamanı özünümüalicə ilə məşğul olmalıdırlar. Həkim təyin etmədən hər hansı dərmanın qəbul edilməsi yolverilməzdir. Bəzən bu yanlış müalicə ağır fəsadlara səbəb olur. Ona görə də, mütləq həkim nəzarətində müalicə almaq vacib şərtlərdən biridir".
Evdə müalicə olunan xəstələrə qidalanma barədə də tövsiyələr verən mütəxəssis bildirib ki, qızardılmış, duzlu yeməklərdən uzaq olmaq, çoxlu maye, mürəbbəli, limonlu çaylar, duru xörəklər qəbul etmək və tərkibində çoxlu vitaminlər olan meyvə və tərəvəzlərdən istifadə etmək lazımdır: "Otağın havasını tez-tez dəyişin, təmiz hava ilə nəfəs alın. Nəfəs darlığı hiss etdikdə mütləq sahə həkiminizə deyin. Ən başlıcası isə evdən çıxmayın ki, ətrafda olan daha çox insanı yoluxdurmayasınız. İnsanlar bu xəstəliyi müxtəlif cür keçirirlər. Buna görə həkim tərəfindən təyin edilmiş müalicəni dəqiqliklə edilməsi olduqca vacibdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1391   Tarix: 27 dekabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi