Evdən işləyənlər üçün 10 qızıl qayda

Evdən işləyənlər üçün 10 qızıl qaydaİlk baxışda evdən işləmək çox cazibəli, rahat görünə bilər. Hətta bunun xəyalını qurmaq belə insanlara sevinc gətirə bilər. Lakin xırda və çox önəmli bir nüans var. Ev şəraitində çalışmaq ofis şəraitində çalışmaqdan asan olsa da, çox böyük diqqət tələb edən bir şeydir.
Çünki hər şeydən əvvəl siz öz evinizdəsiniz və sizin şəxsi problemləriniz də sizin yanınızdadır. Yüksək dərəcədə işə fokuslanmalısınız ki, diqqətiniz yayınmasın.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, sizlərə bu məqaləmizdə ev şəraitində işləyərkən nələrə fikir verməli olduğunuzu, necə işləməli olduğunuzu göstərməyə çalışacağıq.
Əgər bunlara riayət etsəniz, evdə işləmək kimi mükəmməl xəyalınızı layiqincə yerinə yetirə bilərsiniz.
1-ci Qayda: 52:17 qaydasını unutmayın!!!
52:17 qaydası haqqında eşitmisinizmi?
Uzun müddət aparılan araşdırmalar nəticəsində öyrənilmişdir ki, işə tez-tez fasilə vermək həmin işin həm motivasiyasını, həm də məhsuldarlığını artırır. Lakin yaxın günlərdə aparılan bir təcrübə işə nə vaxt fasilə verməyin lazım olduğunu və bu fasilənin müddəti barədə daha detallı bir məlumat verdi.
Məlum oldu ki, məhsuldar çalışan insanlar hər 52 dəqiqədən bir, 17 dəqiqə fasilə verir. Təbii ki, bu sizin şəxsi seçiminizdən və gördüyünüz işdən asılıdır. Məsləhət görərdik ki, əlinizdə etdiyiniz bir işi (çox böyük bir iş deyilsə) yarımçıq qoyub fasilə verməyin, İşinizi tamamlayın və daha sonra fasiləyə çıxın. Bu zaman özünüzü daha rahat hiss etmiş olacaqsınız.
Evdən işləyənlər üçün 10 qızıl qayda2-ci Qayda: Özünüzə rüşvət verin.
Rüşvət vermək düşündüyünüz qədər pis bir davranış deyil; təbii ki, rüşvət verdiyiniz adam sizsinizsə.
Bəs bu necə olacaq?
Bu əslində bir növ özünüzü gördüyünüz işin müqabilində mükfatlandırmaqdır. Özünüzə işinizi bitirdiyiniz halda, sevdiyiniz seriala baxma və ya gəzintiyə çıxma kimi sözlər verin. Lakin bunları hədəflədiyiniz işi bitirdikdən sonra etməli olduğunuzu unutmayın.
Mükafatınızı gözləyərək həm motivasiyanız artacaq, həm də daha surətli çalışacaqsınız.
Evdən işləyənlər üçün 10 qızıl qayda3-cü Qayda: Facebook-u bağlayın
Sosial şəbəkələr-bu əsl diqqət yayındırıcı faktordur. Ən yaxşısı iş əsnasında Facebook-u, WhatsApp-ı və hətta telefonunuzu da səssiz rejimə salın. Və ikinci qaydada olduğu kimi, özünüzə işiniz bitdiyi zaman yenidən onları aktiv edəcəyinizə dair söz verin.
Unutmayın evdə işləmək kimi rahatlığı yaşamaq istəyirsinizsə, diqqətinizi yayındıra biləcək hər şeydən uzaq dayanmalısınız.
Evdən işləyənlər üçün 10 qızıl qayda4-cü Qayda: İş günlərinizdə mütləq idman edin.
Ta uşaqlığımızda indiyə kimi idman və onun faydaları haqqında nə qədər çox söz eşitdiyimizi xatırlayırsınızmı?
Sizə isə bunu iş vaxtı da etməyinizi məsləhət görürük. Bu sizin enerjinizi yüksəldəcək və motivasiyanızı artıracaq.
Tədqiqatçılar, iş yerində həftədə 2,5 saat məşq edənlərin, etməyənlərə nisbətən daha məhsuldar olduğunu tədqiq ediblər.
Evdən işləyənlər üçün 10 qızıl qayda5-ci Qayda: Özünüzə təzyiq göstərin
Bəli! Ev şəraitində işləyərkən heç kim sizə deadline kimi iş stressini xatırlatmayacaq. Bu qulağa xoş gəlsə də, əslində əsl təhlükə məhz budur. Əgər sizdə öz-özünü məcbur etmə bacarığı yoxdursa, yaxşısı budur ofis şəraitində işləməyə davam edin. Ev şəraitində işləyən bir kimsə öz-özünü işin görülməsi üçün məcbur etməlidir.
Gördüyünüz hər iş üçün mütləq bir deadline təyin edin. İşinizə bu zaman daha məsuliyyətli yanaşacaqsınız.
Evdən işləyənlər üçün 10 qızıl qayda6-cı Qayda: Evdən çıxın və fərqli yerlərdə çalışın.
İşləmək üçün müxtəlif məkanlara müraciət edə bilərsiniz. Daima ev şəraitində işləmək bəzən yorucu ola bilər. Məsələn hər hansı sakit bir kafeyə gedə bilərsiniz. Bir az səs-küy sizə çox mane olmayacaqdır, insanlarla eyni məkanda olmaq hətta bəlkə yeni ideyaların formalaşmasına səbəb ola bilər.
Evdən işləyənlər üçün 10 qızıl qayda7-ci Qayda: Pijamalarınızdan xilas olun
Pijamaları kim sevmir ki?
Lakin unutmayın evdə olmağınız sizin çalışmalı olduğunuz reallığını yox etmir. Geyiminiz sizin motivasiyanıza, məhsuldarlığınıza təsir edir. Əgər iş əsnasında pijama və ya çox rahat ev geyimində olsanız özünüzü işinizə verə bilməzsiniz.
Hertfordshire Universitetində psixologiya professoru olan Dr. Karen Payna görə seçdiyiniz paltarlar düşündüyünüzdən də əhəmiyyətlidir: "Bir geyim forması seçdikdə, geyimi geyən adam, geyimin xarakteristik xüsusiyyətlərini sahiblənər. İstər "professional bir iş paltarı" olsun istər "rahat bir həftəsonu paltarı" olsun, bir çox geyimin bizlər üçün simvolik mənası vardır. Yəni bir paltarı geydikdə, beynimizə o geyimə uyğun olaraq davranmasını söyləyərik. "
Evdə çalışarkən hər gün ofisə gedirmişsiniz kimi geyinməyinizi tövsiyə edirik.
Evdən işləyənlər üçün 10 qızıl qayda8-ci Qayda: Gün ərzində nə qədər çalışacağınıza qərar verin.
Məhsuldar iş üçün əsas məsələlərdən biri də budur. İş yoldaşlarınız və iş saatı olmadan motivasiyanızı itirə bilərsiniz. Bu səbəbdən özünüzə iş saatları təyin edin.
Evdən işləyənlər üçün 10 qızıl qayda9-cu Qayda: Özünüzə xüsusi yer ayırın
Evinizdə iş otağınız yoxdursa, o demək deyil ki, siz ev şəraitində işləyə bilməzsiniz. Evinizin kiçik bir hissəsini işləyəcəyiniz yer olaraq təyin edin. Bir künc sizin ofisiniz olacaqdır.
O sahəni sadəcə iş üçün istifadə edin. Divanda işləməyinizi məsləhət görməzdik. Özünü rahat dost kimi göstərən divan, sizin diqqətinizin bölünməsinə səbəb olacaqdır və həm də bədəniniz üçün zərərlidir.
İşləmək üçün ən unikal variant masa arxasıdır.
Evdən işləyənlər üçün 10 qızıl qayda10. Özünüzə vaxt ayırın
Evdən çalışmaq sizi çox şeydən təcrid edə bilər. Artıq bir müddət sonra özünüzə vaxt ayırmaya bilərsiniz və hətta ev xaricində bir yerə çıxmağa ərinə bilərsiniz. Bunları yaşamamaq üçün mütləq özünüzə vaxt ayırın. 8-ci qaydanı unutmayın!
İş saatlarını təyin edin və iş sonrası sosial həyata atılın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1687   Tarix: 18 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

reseptler geyim necə seçməli geyim və ayaqqabılar balamı sevirəm xina haqqinda melumat maraqli hind filmleri meyveli tort kosmetika hamilelik anabaci novruz bayrami hakisda rus dilin nece orenek cekc pornuxa