Evlənməkdə böyük-kiçik növbəsi varmı?

Evlənməkdə böyük-kiçik növbəsi varmı?Ailədə evlənmək mövzusu gündəmə gələndə valideynlər təbii olaraq övladları böyükdən kiçiyə doğru sıralayırlar. Amma bəzən hər şey onların düşündükləri kimi olmur. Məsələn, böyük qardaş universitetdə oxuyur, kiçik qardaş isə evlənmək istəyir. Və yaxud da böyük qız dura-dura kiçik qıza elçi gəlir. Xüsusilə də ikinci məqamda valideynlər daha çox narahat olurlar. Hətta bəziləri düşünürlər ki, böyük qızın bəxti bağlanıb, ona görə də onun ərə getməsini gözləyir və kiçik qızın elçilərini əliboş geri qaytarırlar. Bu məsələyə müxtəlif prizmalardan yanaşmaq olar. Dini yöndən baxılsa, böyük dura-dura kiçiyin evlənməsində və ya ərə getməsində hər hansı problem yoxdur.

Xanim.az yeniavaz.az-a istinadən bildirir ki, bu işdə əsas məsələ qarşı tərəfi yaxşıca öyrənmək, övladın kiminlə ailə qurmasını bilməkdir. Ümumiyyətlə, bu mövzuda qərar verərkən çox incə davranmaq, gənclərin rəylərini öyrənmək, hansı cəhətlərinə görə bir-birinin xoşuna gəldiyini yaxşıca araşdırmaq lazımdır. Kiminsə hansısa qızın və yə oğulun bəxtini bağlamaq məsələsi cəfəngiyyatdan başqa bir şey deyil. Bəxti yazan da, onu bizim üçün xeyirə dəyişən də ancaq və ancaq Allahdır. İnsanın həddi nədir ki, başqasının taleyi ilə oynasın. Bu məsələdə insana hər hansı qabiliyyət, səlahiyyət verilməyib. Sadəcə qismət işi böyük və ya kiçik olmaqla deyil. Kimin qisməti nə zaman gələcək, bunu biz bilmərik, Allah bilər. Bu mövzuda sizə maraqlı bir söhbət danışmaq istəyirəm:

Bir alim tələbələrindən birinə tapşırır ki, kuzəni aparıb bulaqdan doldursun. Tələbə də kuzəni qapıb bulağa qaçır, amma bulaq başına çatanda görür ki, tay-tuşları dəstələrə bölünüb oynayırlar. Onların oyunundan o qədər xoşu gəlir ki, ustadının dəstəmaz suyu gözlədiyini unudur və onlara qoşulub oynamağa başlayır. Bir də o zaman ayılır ki, gün batmaq üzrədir, təz kuzəni doldurub qaçaraq geri qayıdır. Tələbə yoldaşları onu danlayır, hətta bu davranışına görə döymək istəyirlər. Bu zaman alim gəlir və tələbələrinə belə deyir:

-Onunla işiniz olmasın. Bu işdə onun qəbahəti yoxdur. Çünki bulaq başındakı uşaqlara qoşulub oynamaq onun qismətində imiş. Həm də o bulağa çatanda bizim qismətimizdə olan su hələ axıb gəlməmişdi, çox dərində idi. O isə başqasının qismətində olan suyu doldurub gətirə bilməzdi ki. Ona görə də oynaya-oynaya özündən xəbərsiz bizim qismətimizdəki suyun gəlməsini gözləməli imiş.

Bu alimin söylədiklərindən bizim üçün əsas olan qismətini gözləməkdir. Ona görə də kimin qisməti nə zaman gələcəksə, bizim vəzifəmiz öz boynumuza düşən işləri layiqincə yerinə yetirməkdir. Yoxsa böyük qız dura-dura kiçik qızı köçürmək və ya kiçik oğlu böyükdən əvvəl evləndirmək olmaz kimi bir yasaq, bir problem yoxdur. Əgər məsələ hansısa adət-ənənədən irəli gəlirsə, demək problem elə o ənənənin özündədir.

Qızıldan qiymətli bir söz

Başqasının əlindəkinə göz dikəni insanlar istəməz, bu dünyaya könül verəni də Allah sevməz.

Sənin 3 dostun var

Hər insan kimi sənin də üç dostun var. Dostlardan biri sən öləndə səni evindən yola salacaq; biri məzarının başına gələcək, qara torpağa tapşırandan sonra geri dönəcək; üçüncüsü isə məzarda da, ordan o tərəfə uzanan yolçuluqda səndən ayrılmayacaq, həmişə yanında olacaq, hər sorğu-sualına şahidlik edəcək.

İnsanı evindən yola salacaq olan dostun sənin sərvətin, mal-dövlətindir, ömür boyunca əlləşib-vuruşub, qazanacaq və bu dünyada qoyub gedəcəksən. Nə qədər çox sevsən də ölüm gəldiyi andan etibarən bu dost səni tərk edəcək.

İkinci dostun ailə üzvlərin, qohum-əqrəban, qonum-qonşulardır, onların da yoldaşlığı məzar başına qədərdir.

Axirətə qədər sənə yol yoldaşı olan və heç zaman ayrılmayan vəfalı dost isə sənin əməllərindir. O əməllərin içində sənin xeyrinə olanlar da var, zərərinə olanlar da. Elə yeri gəlmişkən burada çoxumuzun tez-tez təkrarladığı bir yanlış deyimə də toxunmaq istəyirik. Deyirlər ki, kimsə bu dünyadan özü ilə bir şey aparmır. Bu söz dar anlamda, daha doğrusu, maddi mənadadır. Həqiqətdə isə hər kəs nəyi varsa, özü ilə aparır, hər kəsin savabları da, günahları da qiyamətə qədər özünün yoldaşıdır. Burada qazanıb-itirdikləri özü ilə apardıqlarının yanında əhəmiyyətsiz qədər kiçikdir, mənasızdır.

Xoş o səxsin halına ki, oradakı hesabda ziyana uğrayanlardan olmaya.

Polad Ələmdar yalan deyir

Bir zamanlar hər kəsin maraqla tamaşa elədiyi "Qurdlar vadisi" serialında Polad Ələmdarın belə bir məşhur sözü vardı: "Sonunu düşünən qəhrəman olmaz". Yəni vur öldür, sonra qisasımı olacaq, məhkəməmi olacaq, tutulacaqsan, öldürüləcəksən, daha orasını düşünmə. Bu söz ola bilsin ki, dar mənada qulaqlara xoş gəlsin, həqiqətdə isə sonunu düşünməyən deyil, sonunu düşünən qəhrəman olur. İndi də ortaya bir məsələ çıxır ki, "son" deyəndə sən nəyi fikirləşirsən, daha doğrusu, haraya qədər düşünürsən? Hər şey də elə bu sualın cavabında məlum olur. Elə yeri gəlmişkən soruşaq: "Son" deyəndə sən nəyi düşünürsən?

Bir udum hekayə

Elə sultana vəzir ol ki...

Sultan Dördüncü Murad dövründə Ərzurumda Həbib baba adında kasıb bir şəxs yaşayırmış. Bir dəfə o, Həccə getmək niyyətinə düşür və bunun üçün də durub İstanbula gəlir. Amma İstanbula çatanda öyrənir ki, Həccə gedənlər iki gün əvvəl yola çıxıblar və onun karvana yetişməsi mümkün deyil. Günlər uzunu yol gəlib yorğun düşən Həbib babanın kefi pozulur, özünü danlayır, bir kənara çəkilib ağlayır, amma əldən nə gəlir? Daha olan olub, qismətsə, gələn ilə qaldı. Nəhayət özünü ələ alan Həbib baba yolun həm toz-torpağından təmizlənmək, həm də bir qədər dincəlmək üçün hamama girib yaxşıca çimmək istəyir. Gəzə-gəzə gəlib bir hamamın qarşısına çıxır. Amma onu hamama buraxmırlar. Deyirlər ki, "Bu gün baş vəzir hamamı bağlatdırıb, öz adamları ilə gəlib çiməcək. Həbib baba hamamçıya yalvarıb-yaxarır və deyir: "Qoy o küncdəki balaca kəhrizin yanında oturub yuyunum, mənim vəzirin çimdiyi yerdə nə işim var ki?". Hamamçı da Həbib babaya baxır, onun nurlu bir insan olduğunu görür və icazə verir. Həbib baba küncdə oturub yuyunmağa başlayır.

İndi sizə kimdən xəbər verək, Sultan Muraddan. Sultan Muradın hərdən libasını dəyişib xalqın arasında gəzib-dolaşmaq kimi adəti varmış. Həmin anda o da köhnə libasda hamamın qarısına gəlir. O da çimmək üçün hamamçıdan icazə istəyir və xahiş edir ki, o qoca kişinin yanında yer versən, ölmüşlərinə dua edərəm. Hamamçı buna da icazə verir və Sultan Murad Həbib babanın yanında çimməyə başlayır. Həbib baba Sultan Murada deyir

- Etiraz eləmirsənsə, sənin kürəyini kisələyim.

Sultan razılaşır və Həbib baba onun kürəyini yaxşıca kisələyir. Bundan sonra kürək kisələmək növbəsi Sultan Murada keçir. Bu zaman vəzir öz adamları da başında hay-küylə hamama girib çimməyə başlayırlar. Həbib babanın belini kisələyən Sultan Murad vəziri göstərərək deyir:

-Eh, ay baba, görürsən də, biz burda gizlin çimirik ki, görüb qovmasınlar. Bunların havasına bax. Beləsinin qismətində Sultan Muradın baş vəziri olmaq varmış.

Kürəyi kisələnən Həbib baba Sultana belə cavab verir:

-Ay oğul, elə şeylərə əhəmiyyət vermə. O vəzir kimdir ki, ona qibtə eləyəsən. Sən elə sultana vəzir ol ki, bu vəzirin özü nədir ki, onun sultanına sənin qabarlı kürəyini kisələtsin".

Maraqlı     Baxılıb: 2388   Tarix: 15 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

turlar.az

sade makiyaj sekilleri aksessuarlar kosmetoloq maraqlı qısa saç düzümləri intim haqda yumurta ile uz maskalari kosmetika bayatılarımızda vətən həsrəti dolca vetene aid atalar sozleri novruza aid hakistalar toyuq salati