Evlilik və temperament

Evlilik və temperamentPsixoloqlar evlilik üçün təkcə sevginin olmasını kifayət saymırlar. Öncə bir-birinizə psixoloji baxımdan uyğun gəlib-gəlmədiyinizi müəyyənləşdirməlisiniz. Psixoloji uyğunluq bir neçə əsas parametrlə ölçülür. Uyğunluğun ilk göstəricisi biolojidir. Doğulduqdan hamımız fərqli temperamentə sahib oluruq. Bu keyfiyyət insana göz və ya saç rəngi kimi ömürlük verilir, yəni onu dəyişmək qeyri-mümkündür. Əlbəttə, müxtəlif növ temperamentin ahəngi nigahın birləşməsinə böyük təsir göstərir.
psixoloji uyğunluq və evlilik həyatı
Mərhəmətli və fədakar melanxoliklər

Həssas və emosional baxımdan tez təsirlənən insanlar, adətən daxili aləmlərinin hisslərinə qapılıb yaşayırlar. Buna görə onlar üçün psixoloji və fiziki yükü daşımaq çətin olur. Melanxoliklər mərhəmətli və fədakar altruistlərdir. Ailədə isə onlar vəfalı, qayğıkeş ər və ya arvad olurlar. Onlar üçün maddi imkansızlıq böyük önəm kəsb etmədiyindən bu temperamenti çoxları bəyənmir.
Sakit və astagəl fleqmatiklər

Bunlar sakit, ağılla hərəkət edən, hər işi yavaş, amma əsaslı görən insanlardır. Onların danışığı da astadır, sanki hər şeyi ölçüb-biçirlər. Əgər qarşınızdakı verdiyiniz suala uzun fasilədən sonra cavab verirsə, deməli o, fleqmatikdir. Bu insan ilk növbədə rahatlıq, sakitlik, səliqə-sahmana dəyər verir. Bəli, onlar astagəldirlər, amma etibarlıdırlar. Belə insandan heç zaman spontan, gözlənilməz hiddət görə bilməzsiniz. Əks tərəfdən bütün əngəllər fleqmatiklə daha sakit və asan keçəcək. Bu insanlarda hər zaman arxalanacağınız çiyin tapacaqsınız. Amma bəzilərinə bu həyat çox darıxdırıcı gəlir.
İnadkar və iradəli xoleriklər

Bu insanlar enerjili və iradəlidirlər. Onlar üçün həyat bir mübarizədir. Hər hansı məqsədlərinə çatmaq üçün güclərini toplayıb qarşılarındakı bütün əngəlləri aradan qaldırırlar. Onların inadkarlığı ətrafdakıları təəccübləndirir. Amma xoleriklər istəklərinə çatandan sonra uzun müddət sevinmir və dincəlmirlər, birbaşa enerjilərini başqa bir şeyə yönəldirlər. Bu zaman onunla sizin arzu və məqsədlərinizin uyğun gəlməsi önəmlidir.
Şən və mehriban sanqviniklər

Onlar şən və mehriban, səs-küylü qonaqlıqları sevən insanlardır. Özünə və hisslərə qapılma onlar üçün yad xüsusiyyətdir. Amma özlərini böyük məclisin gözü kimi hiss etmək məhz onlarlıqdır. Belə insanların həmişə çoxlu dostu və tanışı olur. İnsanları onların şən olması, istənilən pessimist insanı dəstəkləyən, ruhdan düşməyən yüksək xarakteri cəlb edir. Onlar da xoleriklər kimi, bütün güclərini məqsədlərinə çatmağa sərf edirlər, amma ilk uğursuzluğa qədər. Çətinliklə mübarizədə sanqvinik hərəkət istiqamətini dəyişməyə üstünlük verir.
Sevgidə psixoloji uyğunluq

"Sanqvinik-sanqvinik" və"xolerik-xolerik" uyğunluğu psixoloqlar tərəfindən pis proqnoz edilir. Bu halda hər iki tərəf evdə ağa olduğunu sübut etməyə çalışacaq. Birinci lik və istədiyi kimi davranma hüququ uğrunda mübarizə ailə münasibəti üçün dağıdıcı xarakter daşıyır. Həyati hadisələrə münasibət tezliyinin müxtəlifliyi "sanqvinik-fleqmatik" cütlüyünə çətinliklər yaradacaq. Amma əgər tərəflər dözümlü olub bir-birindən mümkünsüz şeylər tələb etməsələr, münasibətləri alınar. Temperament anadangəlmə xarakter olduğuna görə onu dəyişmək qeyri-mümkündür, boşuna vaxt itirməyin. Amma çoxları, xüsusilə cavan cütlüklər ilk günlərdən qarşılarına sevdiyi insanın xarakterini dəyişmək məqsədini qoyurlar. Bu halda melanxoliklər üçün daha rahatdır. Onlar istənilən temperamentə uyğunlaşa bilirlər. Amma xoleriklə bir az çətin olacaq. Bu halda anadangəlmə altruist (başqalarının qayğısına qalan) xüsusiyyət ona nigahı qoruyub-saxlamağa kömək edəcək. İki insanın uyğunlaşmasında "tamamlama prinsipi" də böyük önəm kəsb edir. Bu zaman ən önəmlisi - ailənin hər bir üzvünün digərinin psixoloji ehtiyacını nə dərəcədə ödəməsidir.
İstiqamət nöqtəsi

İki insanın uyğunlaşmasına təsir göstərən daha bir önəmli məsələ şəxsiyyətə ümumi meyldir. Bu üç tipdə olur: özünə, başqalarına və işə meyl. Özünə istiqamətlənən adam bütün enerjisini şəxsi istəklərinin həyata keçməsinə sərf edir. Ətrafdakı bütün insanlar isə bunun üçün bir vasitədir. Bu insanlar əsl manipulyatorlardır. Başqalarına istiqamətlənən insan onlar üçün nə isə etməkdən böyük məmnunluq duyur. Belə insanlar ünsiyyətdə olduqları adamın vəziyyətinə görə davranışlarını asanlıqla dəyişir, başqasının dərdinə, eləcə də sevincinə şərik ola bilirlər.
Həmçinin bax:

Ailə və Uşaq     Baxılıb: 3325   Tarix: 21 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 geyim dəbləri hicab yay donları uşağın cinsiyyəti 2026 un geyimleri kosmetika bir arzum var vətən haqqında bayatılar dostluq vətən həsrəti vətənə aid bayatı