Evliliyinizin uzun ömürlü olması üçün – Bunlardan qaçın

Evliliyinizin uzun ömürlü olması üçün – Bunlardan qaçınEvliliyi yavaş-yavaş öldürən bir çox səbəb ola bilər. Bunlar arasında uşaq sahibi ola bilməmə, maddi məsələlər, müxtəlif mövzulardan bir-birlərinə yalan danışma və haqqında az və ya çox danışılan məsələlər var. Psixoloqlar isə, daha çox sonuncu mövzu üzərində dayanırlar. Aile.lent.az xarici KİV-ə istinadən evliliyin bitməsinə səbəb olan məqamları bu cür sıralayır:

Dostlarınız olsun

Cütlüklərin digər fərdlərlə möhkəm dost olmaları və dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir. Psixoloq Ryan Houves cütlüklərin birlikdə zaman keçirmələrinin əhəmiyyətli olduğunu deyir: "Ancaq müstəqil olaraq da dostluqlar quraraq bu münasibət sayəsində əlaqələrini inkişaf etdirərlər, başqa təcrübələr əldə edə bilərlər və yeni dünyagörüşləri qazanma fürsəti əldə edərlər. Cütlüklərin münasibətləri onların dostluq əlaqələri qura biləcəkləri mövzusunda özlərinə güvənmələri baxımından əhəmiyyətlidir".

Dostlara diqqət

Dostlarınızdan başqa sosial mediada dostluq münasibətlərinə də diqqət etmək lazımdır. çünki bəzi tanışlıqların mənfi nəticəsi ola bilər: " Səhv dostluqlar və yanlış münasibətlər sizin ümumi münasibətlərinizə zərbə vura bilər. dost və tanışlarınızın bəzi davranışları sizin həyat yoldaşınızla münasibətinizə təsir edər. Onların öz həyat yoldaşları ilə yaşadığı gərginlikləri sizə də yoluxa bilər. Yanlış münasibət və davranışlar yolxucudur. Ətrafınızı sağlam evliliyi olan insanlarla təmin edin. Bu sizin də həyat yoldaşınızla münasibətinizdə əks olunar".

Cinsi həyat əhəmiyyətlidir

Terapist Debra Campell isə cütlüklərin münasibətində seks həyatının əhəmiyyətli olduğuna diqqəti çəkir. Cütlüklər yalnız "xüsusi günlərdə" (ad günləri, bayram günləri və ildönümləri) sekslə məşğul olurlarsa, demək, artıq həyəcan təbili çalınmalıdır: " Sekssiz və həyəcansız evlilik uçuruma gedir. Hər gün sekslə məşğul olmaq məcburiyyətində deyilsiniz. Ancaq bir-birinizi istədiyinizi və əhəmiyyət verdiyinizi göstərən kiçik toxunuşlar çox əhəmiyyətlidir. Seks tamamilə atəşli cinsi əlaqə və ya orgazm deyil. Əhəmiyyətli olan cütlüklərin hələ istənildiyini bilmələri və bir-birləri üçün xüsusi olduqları, bir-birinə ehtiyac hiss etmələridir".

Ev işlərinə biganə yanaşmayın

Terapistlər cütlüklərin ev işlərini aralarında bölüşməyin münasibətlərə müsbət təsiri olduğunu deyirlər. 2015-ci ildə aparılan araşdırmalardan birinin nəticəsinə görə, ev işləri və ailə məsuliyyətlərini paylaşmayan cütlüklər münasibətlərindən kifayət qədər zövq almırlar. Üstəlik, onların seks həyatları da yaxşı olmur: " Bu evliliyin ilk illərində əhəmiyyətli məsələ kimi qəbul edilmir. Lakin irəliləyən zamanlarda böyük problemlərə yol aça bilər. tərəf müqabillərindən kimin təmizkar və ya səliqəsiz olması əhəmiyyətli deyil. Əsl əhəmiyyətli olan təmizkar olanın deyingən olmaması, dağınıq olan tərəfin da vaxtaşırı məsuliyyəti paylaşmaq mövzusunda istəkli və səmimi olmasıdır".

Sonuncu dəfə nə vaxt sevildiyini hiss etmisən?" –deyə soruşun

Terapevt Liz Higgins isə düşüncəli və səmimi ünsiyyətin əhəmiyyətli olduğunu vurğulayır. Cütlükülərin yalnız "günün necə keçdi, əzizim?" və ya "bu həftəsonu nə edəcəyik?" kimi qısa suallarla monotonlaşmış bir ünsiyyət içində deyil, dərin və səmimi ünsiyyətdə olmalarının əhəmiyyətinə diqqəti çəkir: "Bu gün bir cütlük olaraq nəyi yaxşı etdik? Bu gün münasibətimizə qatqısı olacaq nə etdik? Sənin üçün nə edə bilərəm? Bu gün nə zaman mənimlə rahatlıq tapdığını və mənim tərəfindən sevildiyini hiss etdin? Suallar verin. Başlanğıcda bu kimi suallar mənasız kimi görünə bilər. Lakin zamanla bu cür ünsiyyətin böyük faydasını görəcəklər. Cütlüklər həftədə bir dəfə bir araya gələrək yalnız münasibətləri haqqında danışmalıdırlar. Bu formada gələcəkdə meydana gələ biləcək inciklik və ünsiyyət qopuqluğunu asanlıqla aradan qaldıra bilərlər".

Yalnız evi və bank hesabını paylaşırsınız?

Terapevt Laura Heck bildirir ki, cütlüklərin ev yoldaşı, evi paylaşan insanlar kimi davranmağa başlaması təhlükədən xəbər verir: "Yalnız evi, bank hesabını və uşaqları paylaşmaq üzərinə qurulan evliliklər yaşamağa başlayan cütlüklər, təcili olaraq özlərini yeniləməli, münasibətlərinə həyəcan qatmağın yollarını axtarmalıdırlar".

Bununla yanaşı, mütəxəssis bildiri ki, cütlüklərin ortaq maraq sahələri ilə əlaqədar yemək və ya idman fəaliyyətləri kimi kurslarda iştirak etmələri də böyük əhəmiyyət daşıyır.

Ailə və Uşaq     Baxılıb: 3973   Tarix: 22 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

turlar.az

makiyaj instagram həkim məsləhəti geyim dəbləri salatlarin hazirlanmasi qadin saytlari sonsuzluq maraqli pecenyeler kosmetika qadin.az mekteb naz mila gulmeli hakista oğlaq