Əvvəl arvadı pis yola düşən kişi gizlənərdi, indi efirə çıxır' - Nigar TV-ləri tənqid etdi

Əvvəl arvadı pis yola düşən kişi gizlənərdi, indi efirə çıxır' - Nigar TV-ləri tənqid etdiƏməkdar artist Nigar Şabanova Azərbaycan televiziyalarını kəskin tənqid edib. 
azxeber.com xəbər verir ki, o "instagram" hesabının hekayə bölməsində paylaşdığı yazı ilə gündəmə gəlib.
İfaçı televiziyalardakı verilişlər haqda deyib: 
"Efirlərimiz niyə bu günə qaldı? Kanallar hamısı bir-birinin bəhsinə girərək reytinq xatirinə nə tərbiyəsizliklər etmirlər daha? Küçədə sanki axmaq insanlar dava edir, küçədə qışqırıq olanda polis əməkdaşları nəzarət edir, lazımlı ölçü götürür. Efirlərdəki tərbiyəsizliyə heç kim nəzarət etmir. 
O deyib ki, efirlərə layiq olmayan şəxslər dəvət olunur: 
"Namusunu itirən, analığını unudan, kişiliyini bilməyən hamı efirdə qışqırır, bir- birinin üstünə hücum çəkir, pis sözlər deyir. Televiziya mədəniyyət ocağıdır. Budur Azərbaycan mədəniyyəti?! Bu biabırçılığa nə zaman son qoyulacaq?"
Bütün bunların reytinq yığmaq üçün bir vasitə olduğunu deyən Şabanova xalq artistlərinə də səslənib:
"Reytinqə görə artıq sizdən hər axmaq hərəkət gözlənilir. Xalq artistləri, başınız qarışıb pul qazanmağa, sevgiliyə, biriniz ayağa qalxıb danışmırsınız ki, axı o efirlərə biz də çıxırıq. Düz söz danışanda da olursan pis adam. Budur Azərbaycan qeyrəti, namusu, əxlaqı? Əvvəl arvadı pis yola düşən kişi gizlənərdi, indikilər efirə çıxıb deyir söyün papağıma. Azərbaycanın kişiləri bunlar deyil, bizim kişilərin qeyrəti, namusu şərəfi var. 44 günlük müharibədə Azərbaycan kişisi özünü göstərdi. Pisləri niyə çıxardırsınız ora? Bazardır elə bil. İndi görün ki, namus, qeyrət peşəylə deyil, qanla bağlıdır. Müğənnilərə şükür!"
Aysel

Şou Biznes     Baxılıb: 1022   Tarix: 13 noyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

.

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

turlar.az

geyim və ayaqqabılar aksessuarlar sac duzumleri klyos donlar 2026 vətən haqqında inşa ariqlamaq ucun kofe qış xəstəlikləri kosmetika vətən haqqında bayatı damla bayati babasil novruz hakışdaları