Əvvəlki koronaviruslar yenidən meydana çıxa bilər - Təhlükəli vəziyyət yaranır

Əvvəlki koronaviruslar yenidən meydana çıxa bilər - Təhlükəli vəziyyət yaranır"COVİD-in yayıldığı təsdiq olunan yeni variantı əslində yeni ştam deyil, "Delta" ştamının yeni bir növüdür. Yəni hər mutasiyanı biz yeni ştam adlandıra bilmərik və nəzərə alsaq ki, "Delta" ştamının özü də çox yoluxdurucu idi, ondan əmələ gələn yeni variantların da ən azı o qədər yoluxdurucu olmasını gözləyirdik".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.
İnfeksionist bildirib ki, yoluxma sayının artmasından daha çox xəstəliyin ağır gedişli formalarının artmasına görə narahat olmalıyıq:
"Həmçinin bu yeni variantın yoluxdurucu olmasında əsas rol oynayan amil hazırda təhsil müəssisələrinin, pandemiya müddətində qapalı olan bütün məkanların, müəssəsisələrin yenidən fəaliyyətlərini bərpa etməsi, yenidən ictimai yerlərdən sıx istifadə olunması, istənilən meydana çıxan yeni ştam olsun hər hansısa bir ştamın yeni variantı olsun, daha sürətlə yayılmasına gətirib çıxaracaq və təbii ki, bu da kənardan baxdıqda elə görünəcək ki, meydana çıxan bu yeni variant özü daha yoluxdurucudur. Yəni bu variantın yoluxdurucu olub-olmamasına əslində hələ zamanla tam dəqiq əmin ola biləcəyik. Hazırda bu növ virusun sürətlə yayılmasının səbəbi onun özünün yoluxdurucu olmasından çox insanların ictimai nəqliyyatdan, qapalı məkanlardan çox istifadə etməsidir.
Əvvəlki koronaviruslar yenidən meydana çıxa bilər - Təhlükəli vəziyyət yaranırBizi yoluxma sayının artmasından daha çox xəstəliyin ağır gedişli formalarının artması narahat etməlidir. Əgər müşahidələr göstərsə ki, xəstəliyə yoluxanlarda ağır gedişli hallar çox müşahidə olunur, təbii ki, epidemioloji vəziyyət təhlükə altında ola bilər. 
Ümumiyyətlə qarşıdan gələn qış ayları soyuq hava şəraitini və pandemiyadan əvvəlki koronavirusların da yenidən meydana çıxmaq ehtimalının yüksək olduğunu nəzərə alsaq, yoluxmanı göstərən rəqəmlərdə artım müşahidə olunması qaçılmazdır. Belə ki, pandemiyadan əvvəl də koronaviruslar noyabr ayından başlayaraq mart ayına kimi insanlar arasında ən çox yuxarı tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslardan ibarət idi və ən çox pnevmaniya törədən viruslar idi. Hazırda da normal koronaviruslar yayılsa əgər, bu, PSR testlərinin də təbii ki, pozitiv olmasına gətirib çıxaracaq və bu rəqəmlərin yüksəlməsinə yeni mutasiyanın səbəb olduğunu, yoxsa normada pandemiyaya səbəb olmayan koronavirusların səbəb olduğunu aydınlaşdırmaq bir az çətin olur. Belə ki, rəqəmlər o qədər yüksək olur ki, hər test götürülən, nümunə alınan xəstənin koronavirusun hansı ştamına yoluxmasını müəyyənləşdirmək böyük bir maliyyə tələb edir. Bu baxımdan da qəti bir dəqiq rəqəm demək mümkün deyil ki, yoluxma sayını artıran normal pandemiyaya səbəb olmayan koronaviruslardırmı, yoxsa meydana çıxan yeni ştamlar?! 
Hər bir halda insanları qoruyan əsas amil dəyişməz olaraq qalacaq. Bu virus hava-damcı virusudur, hava-damcı infeksiyasıdır. Bütün hava-damcı infeksiyalarına xas qorunma qaydaları necədirsə, burada da elədir. Yoluxmadan, xəstəliyin ağır formalarından qorunmaq üçün isə vaksinlənmənin çox böyük rolu olacaq".
Təhməz Əsədov
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 982   Tarix: 25 oktyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

Ən faydalı MEYVƏ

"Kivi ən faydalı meyvədir. O, qida dəyəri baxımından alma, qaragilə, avokado və bananı geridə qoyur". qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kardioloq Aurelio Rojas deyib. Onun sözlərinə görə, kivi mədə-bağırsa

.

Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri

Rəqəmsal texnologiyaların geniş yayılması ilə mavi işığa məruz qalma müddəti xeyli artıb. Telefon, kompüter, planşet və LED işıqlar həyatın ayrılmaz hissəsinə çevrilib. xəbər verir ki, bu vəziyyət sağlamlığa təsir göstərir

.

Şirniyyatdan əvvəl sirkə içmək arıqladır? - Həkim danışdı

"Şirniyyatdan əvvəl sirkəli su içmək artıq çəkidən qoruyur" mövzu sosial şəbəkələrdə populyardır, amma elmi dəlil gücü şişirdildiyi qədər yüksək deyil". . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyini

.

Ən yaxşı çay hansı dəmlikdə hazırlanır?

Alimlər çay dəmləməyin ən ideal yolunu tapmaq üçün genişmiqyaslı bir araşdırma həyata keçiriblər. Tədqiqat zamanı saxsı, şüşə, paslanmaz polad, silika gel və farfor materiallarından hazırlanmış beş fərqli dəmlikdən istifad

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Qadın həyatını məhv edən hormonal pozğunluq

Müasir dövrdə ən çox yayılan xəstəliklərdən biri də hormonal pozğunluqdur. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox problemlərin də əsasını qoyur. xəbər verir ki, hormonla

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

turlar.az

həkim məsləhəti toy makiyaji sekilleri makiyaj etmek qaydalari yuxusuzluq geyimlər onkoloji xəstəliklər sonsuzluq kosmetika sağlamlığa aid atalar sözləri arıqla laylalar haxista webnem tovuzlu