Əzələ qıcolması. Səbəblər və yardım

Əzələ qıcolması. Səbəblər və yardımOrqanizmdə təxminən 640 əzələ var və onlar gün ərzində dəfələrlə yığılıb açılır.
Əzələ qıcolması güclü ağrı ilə müşayiət olunan əzələ və ya əzələ qrupunun qeyri-iradi yığılmasıdır. Qıcolmalar, adətən, hərəkətinə iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-endokrinoloq Gülay Məmmədova bu barədə deyib: "Əl və ayaq pəncəsi, qarın, döş qəfəsi əzələləri də qıcolmaya məruz qalır. Əzələlərdə qıcolmalar qaçış, tennis, üzgüçülük və ya digər fiziki məşqlər zamanı daha çox yaranır. Qıcolma kompüter arxasında oturanda, gəzinti zamanı və ya yuxulayanda da meydana çıxa bilər.
Risk qrupuna kiçik yaşlı uşaqlar, 65 yaşından yuxarı yaşlılar, hamilə qadınlar, artıq çəkidən əziyyət çəkənlər, fiziki məşqlər və ya iş zamanı gərginlik yaşayanlar, həmçinin bəzi dərman preparatlarını qəbul edənlər daxildir.
Əzələ qıcolmasının səbəbləri məlum olmasa da, yaranması haqqında iki nəzəriyyə var. Bir qrup tədqiqatçılar hesab edirlər ki, əzələlər gün ərzində yetəri qədər dartılma hərəkəti etmədikdə əzələ yorğunluğu və qıcolmalara aparıb çıxarır, qan dövranı pozulur və əzələlərin normal işləməsi üçün lazım olan oksigen və qlükozanın çatdırılması ləngiyir. Özünümüdafiə səbəbi ilə əzələlərdə ani olaraq yığılmalar baş verir.
Digər nəzəriyyəyə görə isə qıcolma isti havada fiziki işlə məşğul olanda və ya uzun müddət susuz qalanda orqanizmin itirdiyi duzlar, xüsusilə də kalsium, maqnezium, kalium və natrium ionlarının çatışmazlığı nəticəsində yaranır. Bundan başqa uzun müddət eyni vəziyyətdə hərəkətsiz qalmaq da əzələlərdə qeyri-iradi yığılmalara səbəb ola bilər".
Həkim-endokrinoloqun dediyinə görə, adətən, qıcolmalar özbaşına keçib gedir: "Onu tez aradan qaldırmaq üçün isə bir sıra üsullardan istifadə etmək olar. Məsələn, qıcolma yaranan kimi dərhal hərəkəti dayandırmaq, əzələni ehmalca dartmaq və masaj etmək, ayaq pəncəsini əllə ehtiyatla özünə tərəf qaldırmaq lazımdır. Həmin hərəkət zamanı diz oynağı tam açılmalıdır. Əgər budun arxa əzələsi qıc olubsa, diz oynağı bükülü vəziyyətdə olmalıdır.
Qıc olmuş əzələyə bir neçə dəqiqə istirahət vermək olar. Əzələni yığmaq istəyi ikinci qıcolma ilə nəticələnə bilər. Qıcolma keçdikdən sonra əzələ hələ də gərgin vəziyyətdədirsə, onu masaj etmək, isitmək və sarğı ilə sıx bağlamaq lazımdır.
Əzələ qıcolmalarının qarşısını almaq üçün daim yüngül fiziki məşqlər və əzələlərin dartılma hərəkətləri etmək lazımdır. Balanslaşmış qidalanmanı da unutmaq olmaz. Rasionda kifayət qədər kalsium, maqnezium, natrium və kalium tərkibli qidalar olmalıdır. Əzələlərdə qan dövranını zəiflədən siqaret, alkoqol, qəhvə, tünd qara çay, qazlı və turşulu içkilərin qəbulu azaldılmalıdır.
Qıcolmalar bir qrup əzələlərin insanın iradəsindən asılı olmadan şiddətli və ağrılı yığılmasıdır. Bu problemlə üzləşməyən çox az adam ola bilər. Hər kəs ömründə bir dəfə də olsa əzələ qıcolması ilə qarşılaşır və bu, bir neçə saniyədən 15 dəqiqəyə qədər davam edir".
Qıcolmanın səbəbləri barədə isə həkim bunları deyib: "Uzun müddət oturmaq, həddən artıq gəzmək, idmanla çox məşğul olduğuna görə əzələ yorğunluğu olsa da, bəzi xəstəliklərin əlaməti də ola bilər. Parkinson, yastı pəncəlilik, şəkərli diabet, hipotireoz (qalxanvarı vəzinin funksiyasının azalması), su və elektrolit itkisi ilə gedən bəzi xəstəliklər, kalsium, maqnezium, D və B12 vitaminlərinin çatışmazlığı, əzələnin qan dövranı pozuntusu, alkoqolizm, bəzi dərmanların qəbulu (bəzi təzyiqsalıcı, sidikqovucu və antidepressant dərmanlar) əzələ qıcolmalarına səbəb ola bilər. Hamiləlik zamanı ayaqlarda əzələ qıcolmaları daha çox rast gəlinir. Bunun səbəbi uşaqlıq daxilində böyüyən dölün bəzi sinirlərə və damarlara təzyiq göstərməklə, ayaqlarda qan dövranının qismən pozuntusu ola bilər. İdman hərəkətləri edəndən sonra əzələ qıcolmaları varsa, əvvəldən isinmə hərəkətləri edilməlidir. Gecə yatanda əzələ qıcolmaları olduqda, yatmazdan əvvəl ayaq əzələləri üçün xüsusi idman hərəkətlərinə ehtiyac var. Soyuq ayaqlarda əzələ qıcolmalarına təkan verir. Bu səbəbdən ayağı isti saxlamaq və ya xüsusi isidici yastıqlardan istifadə etmək lazımdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1173   Tarix: 21 may 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Düzgün qidalanmada bitki yağları vacib rol oynayır. .   -a istinadən xəbər verir ki, lakin bəziləri qiyməti yüksək olan yağların daha sağlam olduğunu düşünür. Hansı yağları ən bahalı və faydalı adlandırmaq olar?. Arqan. Dəriy

.

Öskürək və köpün dərmanı - Razyana

bildirir ki,  "Şəfalı bitkilər" silsiləsindən növbəti bitki haqqında məlumatı təqdim edir. Bu dəfə razyana barədə məlumat verəcəyik. Razyana bitkisinə bəzi rayonlarımızda boyana deyilir. Bir növ şüyüdə bənzəyir

.

Qan durulducu dərmanlardan istifadə edənlərə XƏBƏRDARLIQ – Ölüm riski yaradır

Bu gün çoxları həkim məsləhəti və resept olmadan apteklərdən müxtəlif dərmanlar alıb istifadə edirlər. Həkim rəyi olmayan dərmanların qəbulu də çox zaman ciddi fəsadlara səbəb olur. Vətəndaşların reseptsiz aldıqları dərmanla

.

Niyə hər gün darçın istehlak edilməlidir?

Darçının tərkibində sümük toxumasının saxlanmasında mühüm rol oynayan kalium, kalsium, vitamin A və K kimi faydalı elementlər var. Darçın təkcə əhvalınızı yüksəltmir, həm də sağlamlığınıza faydalı təsir göstərir.   -a istinadən xəbə

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Pendirdən imtina etməyin 4 əsas səbəbi

Həkimlər bərk pendirdən imtina etməyin 4 səbəbini açıqlayıblar.   -a istinadən bildirir ki, bərk pendir sağlamlığa zərər verə bilər. . Qanda şəkəri salan meyvə. Səhər sıyıq yeməyin ZƏRƏRİ AÇIQLANDI. Depressiyadan əziyyə

.

Qida əlavələri və vitaminlərin ziyanları haqda bilmədiklərimiz

Təbii qida əlavələrindən sui-istifadə və onlara qarşı qərəzli münasibət böyrək daşlarının əmələ gəlməsinə, həzm problemlərinin yaranmasına və dərmanların yanlış hərəkətinə səbəb ola bilər. Bu barədə Corc Vaşinqton Universitetini

.

Qanda şəkəri salan meyvə

Bu meyvədə olan rezisdent nişasta və pektin qanda qlükozanı tənzimləyir və uzun müddət toxluq verir. -a istinadən xəbər verir ki, avstraliyalı diyetoloq Syuzi Barrell yetişməmiş yaşıl bananın faydasını açıqlayıb. "Yetişmi

.

Mixəyin faydaları nələrdir?

Mixəyin bir çox faydası olduğu məlumdur. Daha çox ağız qoxusunu aradan qaldırmaq üçün istifadə olunsa da, mixək həzmi asanlaşdırmaqdan mədə ağrılarını aradan qaldırmağa qədər bir çox işdə təsirlidir. Həm bütöv, həm də to

turlar.az

sonxeber.az hamilelikde qidalanma geyim və ayaqqabılar geymler 2024 serebral iflic usaqlar evin bəzədilməsi gelinlikler dondurmalar kosmetika əqrəb lakonizim badambura maraqli hakistalar nizami gencevi