Fatma Girikin son müsahibəsi: "Anamdan əvvəl ölmək istəmirəm
Məşhur aktrisa Fatma Girikin vəfatından sonra onun bir müddət əvvəl verdiyi müsahibə yenidən gündəmə gəlib.
Azxeber.com oxu.az-a istinadən xəbər verir ki, sözügedən müsahibədə aktrisanın dediyi sözlər pərəstişkarlarını kədərləndirib.
"Öləcəyəm deyə qorxuram. Çünki arxamda mənə ehtiyacı olan insanlar buraxmış olacam. Məsələn, anamdan əvvəl ölmək istəmərəm. Nə edəcək mənsiz? Yaşı da olduqca çoxdur. Qızım var, Ahu, məndən başqa heç kimi yoxdur. Ancaq öləcəyəm nə zamansa, Allah ölüm versin", - deyə o bildirib.
Aktrisa həmçinin son müsahibəsində vəsiyyəti ilə bağlı da sualı cavablandırıb:
"Öldükdən sonra arxamca danışmasınlar bəs edər. Heç kimi incitməmişəm, heç kimə pislik etməmişəm, qul haqqı yeməmişəm, kimsəyə xor baxmamışam, kimsəyə güc nümayişi etməmişəm. Ən önəm verdiyim budur. Yaxşı insan olmaq dünyada hər şeydən çətindir".
Qeyd edək ki, Fatma Girik bu gün İstanbulda müalicə aldığı xəstəxanada 79 yaşında vəfat edib.
Aktrisanın anası Münevver Girik Dukav 99 yaşındadır.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?