"Fəlakət" gəlir nə gəlir - FOTOLAR
İlin ən gözlənilən, absurd və sürpriz komediyasının çəkilişləri sona çatdı. Öz yaratdığı obrazı milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "FƏLAKƏT" kinokomediyası tamaşaçılara təqdim olunacaq.
BiG.AZ xəbər verir ki, solo olaraq, sırf Fəlakətin iştirakı olan kinokomediyanın çəkilişləri 2018-ci ilin mart-aprel aylarında həyata keçirilib. Bu dəfə Fəlakətin yanında ənənəvi dostlarını görməyəcəksiniz. Çünki FƏLAKƏT onları hələ tanımır. FƏLAKƏT gözəl, rənagarəng və maraqlı qonşularının ətrafında, sevimli məhəlləsində sakit həyat tərzi sürür. Lakin bir gün bu məhəlləni bir iş adamı sökmək istəyir, FƏLAKƏT isə bu məsələyə birmənalı olaraq razı deyil.
Fəlakətin sevimli məhəlləsində başına gələn gülməli hadisələrin gedişatını tamaşaçılar kinoteatrlarda yalnız 2018- ci ilin payızında görə biləcəklər.
Filmin Quruluşçu Rejissoru – Emil Quliyev, Quruluşçu Operatoru – Orxan Abbasov, Quruluşçu rəssamı Arif Niftiyev, İcraçı və Kreativ prodüseri Azər Aydəmir, İkinci rejissoru Çingiz Həsənov, Baş prodüsseri isə Məmməd Məmmədovdur.
Rollarda: Elşən Orucov, Azər Aydəmir, Orxan Ata, Solmaz Süleymanlı, Tural Əzizov, Nofəl Şahlaroğlu, Ülvi Həsənli, Taleh Yüzbəyov Ləman Mərrih, İqrar Salamov, Nahid Kərimli, Zaur Baliyev, Nəsibə Eldarova və başqaları çəkilib.
























İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin