Fəsil dəyişikliyi orqanizmdə fəsadlar verə bilər
Alimlər mövsümi dəyişikliklərin insan sağlamlığına təsirini araşdırır. Tədqiqatçılar qışda ürək xəstəliyi və insult hallarının, həmçinin 1-ci tip diabet, dağınıq skleroz, psixiatrik pozğunluqların daha çox olduğunu qeyd ediblər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, araşdırma zamanı bir il ərzində dünyanın müxtəlif yerlərində 16 000-dən çox insanın gen aktivliyini sınaqdan keçirərək, insan orqanizminin mövsümi xəstəliklərə necə reaksiya verdiyi öyrənilib.
Test edilən genlərin təxminən dörddə biri qışda daha aktiv olub.
Qış genləri qrip və soyuqdəymə kimi mövsümi infeksiyalarla mübarizə aparmaq üçün immunitet sistemini gücləndirməklə əlaqələndirilir. Ancaq yan təsir olaraq, zərərli iltihab riski artır, daha çox infarkt, iltihablı revmatizmə və digər xəstəliklərə səbəb olur.
Məsələn, İngiltərə və Uelsdə ürək-damar xəstəlikləri qışda pik həddə çatır, 1-ci tip diabet diaqnozu ən çox noyabr-fevral aylarında qoyulur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi