Fırıldaqçılara inanmayın və ucuz toyuq əti almayın - VİRUS TƏHLÜKƏSİ, NECƏ QORUNMALI?

Fırıldaqçılara inanmayın və ucuz toyuq əti almayın - VİRUS TƏHLÜKƏSİ, NECƏ QORUNMALI?Yanvarın 18-də Ukraynanın Vinnitsa bölgəsinin Nemirovski rayonundakı "Xutor" sənaye müəssisəsində qeydə alınan toyuq ölümü bütün Avropa və MDB ölkələrini narahat etdi.
Laboratoriya müayinələrinin köməyi ilə xəstəliyə son 3 ildə eşidilməyən quş qripi (tip A, tip H5) diaqnozu qoyuldu. Xutordan əlavə, Kolosok JLLC və Nemirov-Podolia MMC şirkətlərinin təsərrüfatları da karantinə alındı. Nemirovski rayonunda 3 km radiusda 9 yaşayış məntəqəsində mühafizə zonası, və eyni bölgənin 23 yaşayış məntəqəsində nəzarət zonası yaradıldı.
Vinnitsa bölgəsinin Dövlət Qida və İstehlak Xidmətinin məlumatına görə, epizootik ərazidə 116 min quş var. Yanvarın 21-ə olan məlumata görə, 22 min quş məhv edilib və sonrakı günlərdə bu rəqəm 108 minə-ə çatıb.
Qeyd olunur ki, 2020-ci ilin əvvəlinə olan məlumata görə, Ukraynadakı müəssisə və ev təsərrüfatlarında təxminən 220 milyon quş saxlanılır.
Heyvanların Sağlamlığının Qorunması Ümumdünya Təşkilatının hesabatına görə, Ukraynada quş qripinin işartıları zamanı 4 min 856 toyuq tələf olub. Avropa Birliyi Ukraynadan quş əti, quş əti məhsulları və termal işlənməmiş quş məhsulları idxalını dayandıracağını bildirib. Qeyd edək ki, yumurta və yumurta məhsullarına isə məhdudiyyətlər qoyulmayıb.
Vacib məqamı nəzərinizə çatdıraq ki, dünyada quş qripinin başlaması ilə yanaşı, ilk dəfə Çində aşkar olunan naməlum koronavirus qurbanlarının sayı artır və bu cür təhlükələrdən qorunmağın yolları məsələsi aktuallaşır.
Əsas problem odur ki, hazırda Ukrayna tədarükçüləri çox sayda toyuq əti toplayıblar ki, bu da digər ölkələr üçün təhlükəli ola bilər. Vicdanlı şirkətlər heç kimə zərər verməmək üçün mallarını məhv edirlər, lakin bununla yanaşı fırıldaqçıları, vicdansız iş adamlarını unutmaq olmaz. Onlar zərərləri azaltmaq və qripə yoluxmuş quş və quş əti məhsullarını digər ölkələrə ucuz sataraq, bundan qazanc əldə etməyə hazırdırlar. "Qurban ölkələr" arasında Azərbaycan da ola bilər.
Bəzi mağazalarımızın rəflərində tez-tez cəlbedici qiymətə toyuq və toyuq əti görə bilərsiniz. Adətən insanlar belə ucuz məhsulların üzərində müvafiq təhlükəsizlik sertifikatlarının olub-olmamasına baxmırlar.
Buna görə də, quş əti alarkən riskləri azaltmaq üçün sadə qaydaları bilmək çox əhəmiyyətlidir:
- Quş ətini yalnız rəsmi bazarlardan, supermarketlərdən almaq lazımdır. Ticarət üçün nəzərdə tutulmamış və pərakəndə satış yerlərindən almaq olmaz.
- Normal toyuq əti solğun sarı rəngli piyə və açıq çəhrayı rəngə malik olur.
-  İlkin termik emalsız quş ətindən istifadə etməyin. Virus yalnız 70+ dərəcədə məhv olur.
- Yalnız sizə yaxşı tanış olan və etibar etdiyiniz şirkətlərin məhsullarını alın. 
- İstifadədən əvvəl yumurtaları qaynayan suda mümkün qədər çox saxlamaq lazımdır. Qaynar suya qoymazdan əvvəl isə yumurtaları sabunla yuyun. 
- Çiy yumurtalar əsasında xəmirin hazırlamasından çəkinin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1630   Tarix: 27 yanvar 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

yemek reseptleri yay geyimləri 2026 hamiləlik vətən haqqında bayatılar atalar sözləri asan ariqlamagin yollari hamiləlikdə axıntı kosmetika novruza aid hakışda pizza tut ağacı tutdudu oğlan evine aid hakisda sekis