Fransız diş həkimindən diş ağrıları haqqında bilmədiyiniz QƏRİBƏ FAKTLAR

Fransız diş həkimindən diş ağrıları haqqında bilmədiyiniz QƏRİBƏ FAKTLARDişlər qidanın çeynənməsinə xidmət edir, odur ki, onlar insanın yeni ideyaları və ya şərtləri necə qəbul etməsi və mənimsəməsi ilə sıx bağlıdır. Diş problemləri adətən baş verən situasiyaları düzgün təhlil edə bilməyən və qətiyyətsiz insanlarda özünü göstərir. Diş problemləri həm də insanın özünü çarəsiz hiss etməsi və real həyatda özünə dayaq tapa bilməməsini bildirə bilər.
Publika.az xarici mətbuata istinadən fransız diş həkimi, Mişel Kaf-fenin illərlə apardığı araşdırmaların nəticələrini təqdim edir.
Üst çənədəki səkkiz sağ diş bir insanın xarici aləmdə özünü göstərmək və ya ifadə etmək istəyi ilə əlaqələndirilir; bu dişlərdən birində problem yaranıbsa, bu, insanın xarici dünyada öz yerini tapa bilmədiyini göstərir.
Üst çənədə səkkiz sol diş insanın daxili dünyası, hissləri, duyğuları və istəklərini ifadə etmək istəyi ilə bağlıdır; bu dişlərdən birindəki problem onu göstərir ki, bu insan şəxsiyyətini ortaya qoymaqda, özünü ifadə etməkdə çətinlik çəkir.
Alt çənədəki səkkiz sağ diş dəqiqləşdirmə qabiliyyəti ilə əlaqələndirilir; bu dişlərdən birində yaranan problem insanın həyatını müəyyən bir istiqamətə yönəltməkdə və konkret qərar verməkdə çətinlik çəkdiyini göstərir.
Alt çənədə səkkiz sol diş həssaslığın təzahürü ilə əlaqələndirilir; bu dişlərdən biri ilə bağlı problem bir insanın ailəsi ilə emosional səviyyədə ziddiyyət təşkil etdiyini və problemlər yaşadığını göstərir. Yuxarıdakı əlamətlərə eyni zamanda dişlərin kələ-kötür yerləşməsi də daxildir.
Vücudunuzun sağ tərəfi atanızla münasibətinizi birbaşa əks etdirdiyindən, sağ dişlərdəki problemlər bu münasibətlərdə hələ də bir növ qarşıdurmanın olduğunu göstərir. Bu o deməkdir ki, atanıza münasibətinizi dəyişdirməlisiniz, daha böyük tolerantlıq göstərin. Sol tərəfdə yerləşən dişlər ağrayırsa, bu, onu bildirir ki, ananızla münasibətlərinizi qaydaya salmalısınız.
Bundan başqa, yuxarıdakı dörd kəsici diş valideynlərinizin yanında tutmaq istədiyiniz yeri göstərir, aşağıdakı dörd kəsici diş isə valideynlərinizin həyatınızdakı yerini göstərir. Dişlərlə istənilən problem ona işarə edir ki, artıq hərəkətlərə keçmək, öz arzularını konkretləşdirmək vaxtıdır. Hadisələri obyektiv qiymətləndirməyi öyrənin. Başqa insanların sizə kömək etməsinə icazə verin. Birinə qarşı kin saxlamaq əvəzinə istəklərinizi daha yaxşı yerinə yetirin. Gücünüzü bərpa edin və özünüzü qorumağa icazə verin.
Əgər dişlərin həssaslığından əziyyət çəkirsinizsə, diş minası tədricən silinirsə, bu onu bildirir ki, yaxınlarlarınızın sizdən istifadə etməsinə icazə verirsiniz. Bir qayda olaraq, əksər hallarda daxilən özünü tənqid edən, amma heç vaxt zahirən bunu göstərməyən insanlar ondan istifadə edilməsinə icazə verir. Belə insanlar həmişə istəyir ki, başqaları dəyişsin. Belə yanaşma sizə həmişə zərər verəcək. Odur ki, münasibətinizi dəyişdirməyə dəyər. Əgər yaxınlarlarınızın sizdən istifadə etməyə davam etməsini istəmirsənsə, onlara həqiqi, qeyd-şərtsiz sevgi hiss etdirməyə çalışın.
Dişləri qıcamaq bir qayda olaraq gecələr görünür. Bu əlamət gün ərzində özünüzə nə qədər qəzəbləndiyinizi və güclü emosional gərginlik yaşadığınızı bildirir. Ağıllı orqanizminiz sizə yuxu zamanı ayıqlıq vəziyyətində yaranmış gərginlikdən qurtulmağa kömək edir.
Ancaq bu, yalnız müvəqqəti xilas yoludur. Odur ki, sizi hər gün qəzəbləndirən və emosional stressə səbəb olan problemi həll etməyə başlamalısınız, əks halda səni dişlərini qıcamaqdan daha ciddi problemlər sizi gözləyir. Bunu etmək üçün bağışlanmağın bütün mərhələlərindən keçməlisiniz.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2471   Tarix: 11 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

toy makiyajlari geyim şəkilləri reseptler dil haqqinda atalar sözləri allergik xəstəliklər toy dəbi böyrək problemi kosmetika opusme həsən bəy zərdabi hamilelik lakonizm laylalar