Frigidlik

FrigidlikGəlin ciddi və xoşbəxtlikdən xeyli nadir hadisə - cinsi soyuqluq (frigidlik) haqqında danışaq.
Mütəxəssislər cinsi soyuqluğun iki əsas səbəbini göstərirlər. Birinci səbəb ailədə qız uşağının tərbiyəsi ilə bağlıdır. Ərlə arvad arasında intim münasibətlər olmadığı ailələrdə adətən bir soyuqluq, gizli bir narazılıq hökm sürür.Bu davranışın modeli qızın yaddaşına çökür. Bir müddətdən sonra o, ərə getdikdən sonra özünü bu cür soyuq və quru aparır, əri ilə intim münasibətlərdən qaçır. Bu da ər tərəfindən narazılığın getdikcə artmasına səbəb olur. Buna misal.

"Mənim arvadım misilsiz ev sahibəsidir, evimizdə rahatlıq və firavanlıq hökm sürür. Bir-birimizi və uşaqlarımızı sevirik. İlk baxışda xoşbəxt ailəyik, lakin intim həyatin olmadığı ailədə hansı xoşbəxtlikdən söhbət gedə bi­ldi: Ata evində aldığı sərt tərbiyə arvadıma sekslə həvəs və şövqlə məşğul olmağa imkan vermir. Ondan heç vaxt nəvaziş və mehribanlıq (qadın mehribanlığı) görmürəm, xoş söz eşitmirəm. Pozalardan isə yalnız birini (arxası üstdə uzandığı vəziyyəti) qəbul edir və yataqda öz "vəzifəsini" elə ciddiliklə icra edir ki, adam hər cür həvəsdən düşür. 15 ildir bir yerdə yaşayırıq, lakin bu illər ərzində onun bircə dəfə də olsun şövqə gəldiyini görməmişəm, baxmayaraq ki, mən həmişə hər cür vasitə ilə onu "uyut­mağa", ehtirasa gətirməyə çalışmışam. Yataqda onunla özümü çox yöndəmsiz hiss edirəm, elə bil qanunsuz və rüsvayçı bir iş görürəm. Əvvəllər mən heç vaxt arvadıma xəyanət etməmişim. Ancaq indi edəcəyəm, daha yetər."

Cinsi soyuqluğun ikinci əsas səbəbi orqazm ilə bağlı­dır. Məlumdur ki, qadında orqazm qabiliyyəti bir qayda olaraq birgə yaşayış prosesində tədricən yaranır. Bu qabiliyyəti qadında tələsmədən, böyük səbr və həssaslıqla tərbiyə və inkişaf etdirmək lazımdır. Əgər siz yalnız özünüzü düşünərək tələssəniz, təzyiq göstərsəniz, Özünüz orqazm keçirməklə vəzifənizi bitmiş zənn etsəniz, qadında bu qabiliyyəti yerli-dibli öldürə, onda frigidliyin yaranmasına səbəb ola bilərsiniz.

Son illərin təcrübəsi göstərir ki, ginekoloji medativ automassajın xüsusi növü qadının ehtirasını və şövqünü xeyli artırmağa imkan verir. О həm də qadın cinsiyyət sisteminin bütün xəstəliklərınin müalicəsində kəsərli vasitə sayıla bilər (miomalar, kistalar sorulur, menstrual sikl normallaşır və s.).
Automassaj zamanı yalnız uşaqlığa deyil, bütün orqa­nizmə, xüsusilə kiçik çanaq orqanlarına - sidik kisəsinə, yoğun bağırsaq və ələlxüsus düz bağırsağa və damarlara təsir edilir.
Adi metodlarla (masaj, qızdırıcı fızioprosedurlar) müalicə olunan qadınlar bu metodları müqayisə edərkən, göstərirlər ki, automasaj zamanı istilik duyumu uzun müddət (40-60 dəqiqəyə qarşı 5-6, hətta 7-8 saat) qalmaqda davam edir. Qarnın bütün alt nahiyəsinin, eləcə də bel nahiyyəsini qızdıran bu xoş duyğu həm də qadında cinsi əlaqədə olmaq istəyi oyadır.
Meditativ ginekoloji masaj uşaqlıq nahiyəsində istinin arabir də sancma və soyuğun yaranmasına əsaslanır. Bu zaman bütün kənar fikirlər beyindən çıxarılmalı, yalnız bir fikir sənə hakim kəsilməlidir, "Mən gözələm, cavanam, cazibədar və təkrarsızam... mən özümə, öz qadınlıq cazibəmə inanıram, məni xoş bir məşq gözləyir və mən əminəm ki, ondan sonra özümü daha cazibədar duyacaq, sevdiyim insanı daha çox məftun edəcəyəm". Bu zaman özünüz üçün erotik ovqat yaratmağa, sizi şövqə gətirə biləcək hər bir şeyi yada salmağa, cürbəcür erotik səhnələri xəyalınızda canlandırmağa çalışın.
Bir sözlə siz özünüz üçün elə bir seksual əhval yarat­malısınız ki, bunun sayəsində uşaqlığın yığılıb açılması prosesi başlaya bilsin. Uşaqlıq həmişə öz-özünə yığılır. Qadın orqazm halını keçirəndə, onun uşaqlığı 8-12 dəfə yığılıb açılır. Ginekoloji medidativ masaj zamanı da uşaqlıq yığılır, lakin bu, yüz dəfələrlə baş verir.
Beləliklə rahat pozada uzanıb sidik kisəsi nahiyəsində (uşaqlıq sidik kisəsinin arxasında yerləşir), habelə, bel nahiyəsində (orada, uşaqlığın və kiçik çanağın digər orqanlarının vəziyyətinə görə "cavabdehlik daşıyan"külli miqdarda sinir mərkəzləri yerləşir) xoş bir istiliyin olduğu­nu təsəvvür etməyə çalışaq. Bu, təxminən 30 saniyə çəkir,bundan sonra həmin istini daha kəskin duymağa çalışır və bu duyğunu 30-60 saniyə özümüzdə saxlamağa cəhd edirik, uşaqlıqdakı istini xəyalən bir az da artırır və ona "ara­bir sancma" əlavə edirik (sanki uşaqlıq nahiyyəsinə yüngülcə iynə batırırlar), istilik və "iynə sancmasını" daha kəskin və aydın, daha xoş duyğu kimi hiss etməyə çalışırıq,buna müvafiq emosiyalar-erotik xatirə və fantaziyalar əlavə edir və bu hissi daha 30-60 saniyə özümüzdə saxlamağa çalışırıq... Sonra elə bir məqam gəlib çatır ki, siz sidik kisəsi nahiyəsindəxoş bir keyimə, elə bil güclə duyulan titrəmə hiss edə bilirsiz. Bax. bu məqamdan uşaqlığın yığılması Prosesi başlaya bilər. Həmin anda siz özünüzə bir qədər kömək etməlisiz: qarın presinin və ya aralıq əzələlərinin bir neçə dəfə yığılıb açılması (ən çoxu 8 dəfə) sayəsində bir növ uşaqlığın "işə düşməsinə" təkan verməlisiz.
Bu təmrini birinci iki həftə ərzində gündə yalnız bir dəfə, yüngül və xoş yorğunluq duyana qədər yetirməlisiniz (500-600 yığılma). Sonrakı dövrdə, sağalana qədər bu təm­rin həftədə ən çox 3-5 dəfə, bundan sonra isə yalnız ehtiyac olanda icra edilməlidir. Bütün ballarda uşaqlığın öz-özünə yığılması 500-600 həddini aşmamalıdır.
Qadının daha bir cinsi problemi frigidliyin, yeri cinsi soyuqluğun tam əksi olan superseksuallıqla bağlıdır. Xalq arasında buna "uşaqlığın quduzluğu" ("beşenstvo matki") deyirlər. Bu cür halı (daha doğrusu, xəstəliyi) yaşayan qadını aramsız olaraq seksual istək təqib edir və o bu istəyi heç cür ödəyə, təmin edə bilmir. 45 yaşlı qadının etirafı:
"Mən nə edirəmsə edim, nəylə məşğul oluramsa olum, məni daim təqib edən seksual istəkdən yaxa qurtara bilmirəm. Xüsusilə sürtünmə səslərinə reaksiya verirəm. Küçə ilə gedirəm, birdən külək əsir ağac yarpaqla xışıldayır, budaqlar bir-birinə sürtünür və dərhal qarnımın aşağısında oyanma başlayır. Kimsə adi kağızı əzib xışıldadanda isə bütün bətnim od tutub yanır".
Lakin bilmək lazımdır ki, "uşaqlığın quduzluğu" dedikdə bir çox hallar (adi pozğunluqdan tutmuş ciddi ruhi xəstəliyə qədər) nəzərdə tutulur.
Bizim qeyd etdiyimiz hadisədə söhbət nimfomaniyadan başqa sözlə desək, hiperseksuallıq sindromundan ge­din Bu halın üç əsas səbəbi var: ruhi xəstəlik, yumurtalı­larda şişin olması və baş beyində şişin olması. Buna görə qarşısıalınmaz seksual istək peyda olub davam etdikdə, mütləq müvafiq tibbi müayinədən keçmək lazımdır. Siz bu hala çox ciddi yanaşmalı və məsələni uzatmamalısız! Müalicə isə qoyulan diaqnozdan asılıdır.
Qeyd.Mioma - Əzələ toxumasında xoşxassəli şış. Çox vaxt hamar əzələləri olan qanlarda, əsasən qadın uşaqlığında əməla gəlir.

Ailə və Uşaq     Baxılıb: 3029   Tarix: 04 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

qis geyimləri 2026 donlar 2026 geyim necə seçməli xiyar turşusunun hazırlanması sepkilere qarsi aybasi ucun derman necə tez arıqlayım kosmetika badambura tərəzi bürcü novruza aid hakista birlik haqqinda 8 mart