Gecə klubunda sevgilisini döyən dünya çempionumuz ilə bağlı QƏRAR VERİLDİ
Daxili İşlər Nazirliyi boks üzrə dünya çempionu Elvin Məmişzadənin gecə klublarından birində bir xanımı döyməsi barədə məlumatlara dair açıqlama yayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, belə bir fakt qeydə alınıb.
Z.Orucova soyadlı gənc qadın Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 16-da, saat 4:00 radələrində gecə klublarından birində olarkən tanışı Elvin Məmişzadənin onu başından vurması nəticəsində burun nahiyəsindən xəsarət aldığını bildirib.
Mənbə əlavə edib ki, vətəndaşın rəsmi müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi qaldırılaraq icraata verilib. Əlavə olunur ki, hazırda zəruri istintaq tədbirləri aparılır.
O ki qaldı Elvin Məmişzadənin həbs edilib-edilməməsinə dair məsələyə, Mətbuat Xidmətindən verilən məlumata görə, bu, işin hallarından asılıdır. Yəni istintaqın gedişində zərurət yaranacağı halda bu məsələ üzrə də qanuni qərar qəbul ediləcək.
///virtualaz.org
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin