Gecə yuxusunun vacibliyi və smartfon işığının yuxuya göstərdiyi mənfi təsirlər

Gecə yuxusunun vacibliyi və smartfon işığının yuxuya göstərdiyi mənfi təsirlərPandemiya ilə əlaqədar karantin və özünütəcrid dövründə smartfondan daha intensiv, demək olar ki, gecə-gündüz istifadə edənlər var. Bəzi hallarda bilərəkdən özlərini yuxudan məhrum edənlər olur.
Milli.Az bildirir ki, nevropatoloq Lalə İbrahimova AZƏRTAC-a müsahibəsində həmin hallın təhlükəsi və fəsadları barədə danışıb: "Təəssüf ki, gecə vaxtı yuxu saatlarını belə məşğuliyyətlərə sərf edənlər həmin halın yuxunun keyfiyyəti və beynin sağlamlığına necə təsir etdiyindən xəbərsizdirlər. Zahirən sadə görünən həmin vərdişlər insan sağlamlığına çox mənfi təsir göstərir. Özünü yuxudan məhrum edənlər əslində bununla qətiyyən vaxt qazanmırlar, əksinə, ömrü qısaltmış olurlar. Alimlərin 6 il ərzində 400 min nəfər üzərində yuxu ilə əlaqədar apardıqları tədqiqat zamanı aşkar edilib ki, az yuxu yatanlarda ürək-damar sistemi pozuntusu, depressiya, həyəcan, diabet, piylənmə xəstəlikləri və hətta ölüm riski 10 faiz daha çox olub. Bunun səbəbi isə yuxu və gümrahlıq göstəricisi olan sirkad ritmlərinin pozulmasındadır".
Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur və həmin dövr sirkad ritmi adlandırılır. Həkim-nevropatoloqun dediyinə görə, sirkad ritmləri melatonin hormonu vasitəsilə tənzimlənir: "Melatonin baş beyində yerləşən epifiz vəzisində sintez edilir. Melatonin hormonu orqanizmdə şiş əleyhinə və antioksidant təsir edir, endokrin sistemi ilə əlaqədar insulinə qarşı həssaslığı artırır, çəkinin tənzimlənməsinə kömək edir, yaşla əlaqədar testosteron səviyyəsinin aşağı düşməsinin qarşısını alır, ürək-damar və immun sisteminin davamlılığının təmin olunmasında iştirak edir. Araşdırmalar sübut edib ki, melatonin hormonunun normal səviyyədə sintez edilməsi insan ömrünü 20 faiz artırır.
Gur işıq melatonin sintezini iki dəfə aşağı salır. Bu barədə heç də hamı bilmir və ya bu barədə düşünmək istəmir. Smartfonun verdiyi işıq spektrində adi gözlə görülməyən göy işıq melatonin sintezini kəskin sürətdə aşağı salır. Belə ki, gecələr planşet və ya telefonla informasiya mübadiləsi edəndə yuxu hissi gec yaranır, melatonin pik həddinə çox gec çatır və nəticədə dərin yuxu fazası azalır. Beləliklə, iş həftəsi ərzində lazımi qədər yuxu yatmayanlar olur, yuxu keyfiyyətsiz olur, istirahət günlərində isə çox yatmaqla yorğunluqlarını aradan qaldırmağa çalışırlar. Əslində bu, həftə ərzində toplanmış stres və yuxusuzluğun birdən-birə yox olmasına səbəb olmur. Bu, daha çox ağrıkəsici dərman preparatının qəbul edilməsinə bənzəyir, əsl səbəb isə həll olunmamış qalır".
Bundan başqa insanlar üzərində yuxu ilə əlaqədar 3 həftə ərzində digər tədqiqat da aparılıb. Tədqiqatda iştirak edənlərə gec və 6 saat müddətində yatmaq, yəni sirkad ritminə laqeyd yanaşmaq tapşırılıb. Araşdırma nəticəsində iştirakçıların prediabet vəziyyətinə gəldiyi məlum olub.
Problemin həlli çox sadədir. Alimlərın digər bir araşdırmasında iştirakçılar yuxu gigiyenası qaydalarını gözlədiklərindən özlərini gümrah hiss edib, onların əzələ gücü artıb, reaksiyaları sürətlənib, stress və depressiya səviyyəsi aşağı düşüb. Həkim-nevropatoloqun dediyinə görə, həmin araşdırma iştirakçılarının nail olduğu uğurları qazanmaq üçün bir sıra sadə qaydalara əməl etmək lazımdır: "Hər kəs özünə uyğun olan yatmaq və oyanmaq vaxtını müəyyən etməlidir, həmin qrafiki əldə edənə qədər isə hər dəfə yuxuya getmə və oyanma vaxtından bir saat əvvəl yatmaq və oyanmaq lazımdır. Yatmazdan 1 və ya 2 saat əvvəl smartfonlar söndürülməli, bu mümkün olmadıqda, monitoru göz üçün təhlükəsiz edən f.lux proqramını yükləyərək kompüterdə və telefonda işıq spektrinin göy işığının şüalanması azaldılmalı və ya kompüter üçün nəzərdə tutulmuş qəhvəyi və sarı rəngli eynəklərdən istifadə edilməlidir. Yatarkən yan otaqlardan və ya pəncərədən işıq düşməsinin qarşısını almaq lazımdır, çünki bu, yuxunun keyfiyyətinə təsir edir və melatonin sintezini azaldır. Bunun üçün yuxu maskalarından da istifadə etmək olar. Yaşlılar yatan zaman kənar işıqlar yeniyetmələrdən fərqli olaraq onların yuxusunun keyfiyyətini daha çox pozur. Bu, göz büllurunda baş verən dəyişikliklər səbəbindən yaşlılarda işıq spektrinin göy şüalarının daha çox qəbul edilməsi ilə əlaqədardir. Səhər yuxudan oyanan zaman otağı gur işıqlandırmaq lazımdır. Əgər yuxu gigiyenasına düzgün riayət edilməsinə baxmayaraq, bir ay ərzində yuxusuzluqla bağlı şikayətlər davam edərsə, həkimə müraciət etmək məsləhətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1781   Tarix: 19 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

qis geyimləri 2026 hamiləlik qaşların formalari saglamlig 2026 qonaq otagi cinsi zəiflik toyuqlar haqqinda kosmetika vetene aid atalar sozu aslan oglaq vətən haqqında bayatılar tanisliq