Gecələr də yeyə bilərsiniz - Kökəltmir
İnsanlar gecələr tez həzm olunan yüngül proteinli qidalar, qoz-fındıq yeyə, həmçinin sakitləşdirici çaylar içə bilərlər.
Publika.az xəbər verir ki, bu barədə diyetoloq və qidalanma mütəxəssisi İrina Pisareva danışıb. O, bildirib ki, bu məhsullar köklüyə səbəb olmur.
"Gecələr tez həzm olunan qidalar, məsələn, yüngül zülalları yemək daha yaxşıdır. Bu, şəkərsiz yulaflı kəsmik ola bilər. Təbii qatıq, proteinli omlet və ya bərk qaynadılmış yumurta, qaynadılmış və ya bişmiş balıq növü axşam üçün zərərli deyil", - mütəxəssis Ura.ru-ya müsahibəsində bildirib.
Pisarevanın sözlərinə görə, bəzi məhsullar hətta yuxunu yaxşılaşdırmağa kömək edə bilər. Gecələr bir qədər badam və ya qoz-fındıq yemək artıq olmayacaq. Ekspert qeyd edib ki, tərkibində maqnezium var, bu, sakitləşməyə və yaxşı yatmağa kömək edəcək. Bundan əlavə, ekspert sinir sistemini normallaşdıran və insan orqanizmini yuxuya hazırlayan nanə və ya çobanyastığı ilə bitki çayları içməyi məsləhət görüb.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey