Gecəyarı öskürək tutmasının səbəbləri - Nədən yoxlanmalı?

Gecəyarı öskürək tutmasının səbəbləri - Nədən yoxlanmalı?Bir çox insanlar gündüz öskürmədiyi halda, gecələr, yatağa uzanan kimi aramsız öskürəkdən əziyyət çəkdiklərini bildrir. Gecə öskürəklərinin səbəbi müxtəlif ola bilər. Onlardan bəziləri qıcıqlandırıcı faktor səbəbindən başlayıb, 10-15 günə çəkilə bilər. Bəziləri isə aylarla və hətta ömür boyu davam edir.
Milli.Az medicina.az-a istinadən gecələr öskürəyin ən çox rast gəlinən səbəblərini və mübarizə yollarını təqdim edir.
Əsas səbəblər:
-Allergik reaksiyalar
-Bronxial astma
-Ağciyərlərin emfizeması
-Xroniki bronxit
-Mədədə reflüks xəstəliyi, mədə problemləri
-Zökəm, respirator infeksiyalar
-Burunda problem, burundan axıntının nəfəs yollarına düşməsi
- Stress, təşviş, nevroloji öskürək
Necə yüngülləşdirməli?
Əlbəttə ki, ilk olaraq həkimə gedib, diaqnozu dəqiqləşdirib, müalicə almaq lazımdır. Bununla yanaşı yatan zaman bəzi şeylərə əməl etməklə, gecə öskürək tutmalarını yaradan səbəbləri yüngülləşdirmək olar.
1.Otağı rütubətləndir
Yataq otağında çox quru hava, qışda radioator, istilik sistemi, yayda kondinsioner kimi səbəblər öskürəyi yaradır. Yaxşı olar ki, radiatorların yaxınlığına bir boşqabda su qoyasız. Ya da hazır hava nəmləndirici alıb otağa qoya bilərsiz. Eləcə də xüsusi spreylərlə quru havanı yumşaltmaq olar. Otaqda maksimal nəmlilik 50%-i keçməməlidir. Çünki rütubət, nəmişlik özü də allergendir və öskürək yaradır.
2.Allergiya yaradan səbəbləri axtar
Yatdığınız yerdə müxtəlif allergenlər ola bilər: kif, ev heyvanlarının tükü, toz, müxrəlif maddələr və s. Əgər sizdə astma, allergiya, bronxit varsa yataq otağında xalça, palaz, kağız, kitab, müxtəlif xırda toz yığan əşyalar olmamalıdır. Yataq vasitələri tükdən olmasa yaxşıdır. Yataq ağları həftədə 1 dəfə qaynar suda, xüsusi hiperallergik tozla yuyulmalıdır. Allergiyalı insan yatmazdan öncə duş alıb, üzərinə yapışmış allergendən, tozdan, kəpəkdən təmizlənməlidir. Eləcə də yatmazdan öncə burnunuzu dəniz suyu spreyi ilə yuyun.
3.Reflükslə mübarizə
Bu xəstəlik yəqin çoxunuza tanışdır. Çox insanda tapılır. Mədə şirəsinin geri qida borusu, hətta ağız boşluğuna sıçramasıdır. Gecə insan yatanda şaquli vəziyyətdə mədə şirəsi geri, boğaza daha çox sıçraya bilir. Bu da boğazı qıcıqlandıraraq, bəzən də nəfəs yoluna düşərək öskürək verir.
Xəstəliyi qastroenteroloq müalicə edir. Siz gərək gecə yatmazdan 5 saat əvvəldən qida qəbulun dayandırasız, bol maye qəbul edəsiz. Eləcə də mədə şirəsinin geri sıçramasını azaldan xüsusi dərman qəbul edəsiz. Və mütləq başınızı daha hündür yastığa qoymalısız.
Hətta bu insanlar üçün xüsusi ortopedik yastıqlar da satılır. Ondan alsanız yaxşı olar.
4.Yatarkən poza
Bədənin yataqda forması, başın qoyuluşu öskürəyi artıra bilər. Başın çox aşağıda olması, bükülməsi, yana doğru əyilməsi həm burundan, həm mədədən boğaza, nəfəs yoluna axıntı axıdaraq qıcıqlandırıcı təsir edib, öskürək yaradır. Ona görə yatanda düz, kürəyi üstə və baş bir qədər dik, yuxarı olmaqla yatmaq lazımdır.
Eləcə də zərərli vərdişləri, siqateti azaltmaq və yatmazdan öncə çəkməmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1142   Tarix: 21 may 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

hamiləlik qadin dunyasi kosmetika mehsullari payız xəstəlikləri valideyn ovlad munasibetleri toyluq donlar 2026 ət yeməkləri kosmetika bürcler azerb clpaq qadinlari novruz bayrami masturbasiya arıqla