Gələcək analar üçün "Super Mama" məktəbi: "Xoşbəxt ana – sağlam uşaq!"

Gələcək analar üçün "Super Mama" məktəbi: "Xoşbəxt ana – sağlam uşaq!"Artıq 3 ilə yaxındır ki, Bakı şəhərində gələcək analar üçün "Super Mama" adlı məktəb uğurla fəaliyyət göstərir. Bu məktəbin əsas məqsədi gələcək analara zəruri biliklər və özünə əminlik aşılamaqdan ibarətdir.
"Xoşbəxt ana – sağlam uşaq!" - bu, təkcə "Super Mama" məktəbinin şüarı deyil, həmçinin hamilə qadınlar üçün nəzərdə tutulmuş həmin məktəbdə ana olmağa hazırlaşan qadınların keçdiyi bütün proqramın əsasıdır.
Uşaq gözləmə təcrübəsi qeyri-adi təcrübədir və hər bir qadının həyatında xüsusi bir dövrdür. Hamiləliyin planlaşdırılmış və ya planlaşdırılmamış olmasından asılı olmayaraq, möcüzənin gözlənildiyi an, şübhəsiz ki, çox gözəl, amma eyni zamanda, çox həyəcanlı andır. Bu, əsasən, uşağın dünyaya gələcəyi anın necə olacağı ilə bağlı qorxu və narahatlıqlarla əlaqədardır və "Mən yaxşı ana ola biləəyəmmi?", "Övladımı özüm dünyaya gətirə biləcəyəmmi?" "Onu tərbiyə edə biləcəyəmmi?" və s. bu kimi suallarla müşayiət olunur.
"Super Mama" məktəbinin komandası gələcək anaya hamiləliyə savadlı yanaşmağı və doğuşa hazırlaşmağı öyrədir.
"Super Mama" məktəbinin komandasının işi sağlam, xoşbəxt hamiləlik, uğurlu doğuş, ailənin və uşağın ahəngdar inkişafə kimi mükəmməl nəticələrə yönəlib.
"Super Mama" məktəbinin proqramında gələcək analar üçün təqdim olunan kursa pilates, yoqa, massaj, mama-ginekoloqların və neonaoloqların mühazirələri, eləcə də doğuşdansonrakı bərpa prosesi daxildir ki, bu barədə biz aşağıda ətraflı danışacağıq.
Gələcək analar üçün "Super Mama" məktəbi: "Xoşbəxt ana – sağlam uşaq!"Yoqa və pilates təbii doğuş planlaşdıran bütün gələcək analar üçün vacibdir, çünki məhz kiçik çanağın əzələləri üçün nəzərdə tutulmuş xüsusi kurs və tənəffüs texnikası doğuşda iştirak edən bütün əzələlərin doğuşa hazırlanmasına kömək edir.

Gələcək analar üçün "Super Mama" məktəbi: "Xoşbəxt ana – sağlam uşaq!"Hamiləlik zamanı yoqa ilə məşğul olmağın daha bir faydası şişkinlik, bel və kürək nahiyələrində ağrılar, oturaq sinirinin sıxılması, emosional gərginlik və s. bu kimi geniş yayılmış problemlərin aradan qaldırılmasından ibarətdir. Yoqa kursunda məşğul olmaqla öyrənəcəyiniz düzgün tənəffüs texnikası isə sancılar və bilavasitə doğuş zamanı ağrı hissini azaltmağa kömək edəcək.

Gələcək analar üçün "Super Mama" məktəbi: "Xoşbəxt ana – sağlam uşaq!"Yoqa məşğələsinin sonunda aparılacaq mediasiya isə hər bir gələcək anaya tam sərbəstləşməkdə və müsbət, işıqlı enerjiyə köklənməkdə kömək edəcək.
Pilates məşğələlərinə gəldikdə isə, bu məşğələlər hamiləlikdən qabaq fəal, idmançı həyat tərzi keçirən və hamiləlik dövründə də öz çəkisini nəzarətdə saxlamaq və gözəl fiziki formasını qoruyub saxlamaq stəyən qadınlar üçün tam yararlıdır.

Gələcək analar üçün "Super Mama" məktəbi: "Xoşbəxt ana – sağlam uşaq!""Super Mama", həmçinin, hər həftə peşəkar və yüksək ixtisaslı mama-ginekoloqların, neonatoloqların, psixoloqların iştirakı ilə ana südü ilə əmizdirmə, doğuş prosesi, doğuş zamanı qorxu və ağrılar, yeni doğulmuş körpəyə qayğı və s. bu kimi mövzularda maraqlı və mühüm mühazirələr keçirir. Mühazirə zamanı hər bir gələcək ana onu maraqlandıran suala ətraflı cavab ala biləcək.
Gələcək analar üçün "Super Mama" məktəbi: "Xoşbəxt ana – sağlam uşaq!"Xoşbəxt ana olmuş qadınlar isə "Super Mama" məktəbində doğuşdansonrakı bərpa kursu keçə bilərlər. Doğuşdansonrakı bərpa kursu kiçik çanağın əzələləri üçün məşğələləri, eləcə də doğuşdan sonra qadın orqanizminin tam bərpasına kömək edəcək xüsusi tənəffüs kursunu əhatə edir.
"Super Mama" ataları da unutmur və onlara sancı zamanı həyat yoldaşını necə dəstəkləməyi və yeni doğulmuş uşaqlara qayğı göstərməi öyrədir.

Gələcək analar üçün "Super Mama" məktəbi: "Xoşbəxt ana – sağlam uşaq!""Super Mama" "Asan doğuşa doğru uğurlu yol !" arzulayır. Fəaliyyətinin ilk 2 ili ərzində "Super Mama" 250-dən artıq xoşbəxt ananı yola salıb və müasir və savadlı anaların bu cür kursların faydası haqqında bilikləri sayəsində bu göstərici durmadan artır. Onların arasında Siz də ola bilərsiniz!
Məktəbin komandası ilə gələcək analar burada tanış ola bilərlər.
"Super Mama" məktəbi Bakı şəhərinin mərkəzindən – Nobel prospekti, 15, Azure Biznes Mərkəzi,10-cu mərtəbə ünvanında yerləşir.
Daha ətraflı məlumatı supermama.az rəsmi saytından, İNSTAGRAM və Facebook sosial şəbəkələrindən, [email protected] elektron poçtundan və aşağıdakı əlaqə nömrələrinə zəng vurmaqla əldə edə bilərsiniz: +994124886438; +994514334252.

Maraqlı     Baxılıb: 2903   Tarix: 01 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər. xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri arada

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

hamilelikde qidalanma hamiləlik toy makiyajlari prezervativ ariqlamaq ucun kofe psixoloji məsləhətlər parfümeriya kosmetika vətən haqqında atalar sözləri gulmeli hakista ağır itki vətən həsrətinə aid bayatılar gozde olar