Gənclərdə rast gəlinən bu xəstəliklər Alsgeymer və demensiyaya səbəb olacaq
Amerikalı kardioloqlar gənc insanlarda rast gəlinən bir sıra xroniki və müasir xəstəliklərin yaşlandıqda demensiyaya gətirib çıxaracağını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu səbəblər içində birinci yeri yüksək təzyiq tutur.
Elmi tədqiqat hələ 30 il əvvəl başlayıb.Təcrübədə 20-40 yaş arası 152 nəfər iştirak edib.
Alimlər onların beynini MRT vasitəsilə müayinə ediblər. Birinci MRT 25-30 yaşında, ikincisi 50-55 yaşlarında aparılıb.
Bu illər ərzində bəzi iştirakçıların beynində izlənilə bilən dəyişikliklər baş verib.
Patologiyaya səbəb kimi yüksək təzyiq, yüksək xolesterin, eləcə də siqaret, içki, piylənmə göstərilib.
Bu faktorları olan insanlarda orta yaşda beynin koqnitiv funksiyalarında geriləmə baş verib. Ən ciddi təsir yüksək təzyiq olub.
Belə ki, gəncliyindən təzyiqi yüksək olanlarda demensiya simptomları daha erkən görülüb. /medicina.az
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi