Göbələyin müalicəsi üçün bunları mütləq edin - ASAN HAZIRLANAN RESEPTLƏR

Göbələyin müalicəsi üçün bunları mütləq edin - ASAN HAZIRLANAN RESEPTLƏRHazırda dövrümüzdə göbələklərin insan orqanizmində yayılması həddindən çox artıb. Mütəxəssislərin fikrincə, illərlə müalicə olunmasına baxmayaraq sağalmayan xəstəliklərin səbəbləri göbələklər də ola bilər.
Orqanizmdə göbələk patologiyaları 2 formada rast gəlinir. Xarici, yəni əllərdə, ayaqlarda, saçların dibində və s. yerlərdə parazitlik edən göbələklər və daxili, yəni mədə-bağırsaq, ağciyər, bronxlar, sidik yolları və s. orqanları zədələyən göbələklər aid edilir.
Müalicə üçün:
Əvvəlcə göbələklərin sevdiyi qidadan uzaq durmaq lazımdır. Müxtəlif şirniyyatları, ağ çörəyi, şirin qazlı içkiləri, üzərində kif əmələ gəlmiş yeməkləri qida rasionundan çıxarmaq lazımdır. Göbələklərin daxili orqanlara yayılmasının qarşısını alan ən yaxşı vasitə idmandır, yəni qaçış, sürətli yeriş və s. Bəzi qarışımlar da göbələyə qarşı faydalıdır. Bunlara sarımsaqlı qatığı aid etmək olar. Daxili göbələklərin müalicəsində 10 gün müddətində fasiləsiz sarımsaqlı qatıq yeyilməlidir. 10 gündən sonra 10 gün fasilə verib yenə 10 gün sarımsaqlı qatığı yemək lazımdır.
Bundan başqa, yeməkdən əvvəl sürtgəcdən keçirilmiş kələm və kökdən hazırlanmış salat yemək məsləhətdir. Salatın üzərinə rafinə olunmamış zeytun yağı və təbii alma sirkəsi tökməyi unutmayın.
Göbələyin müalicəsi üçün tövsiyə edilən resept:
Boymadərən – 100 qram
Çobanyastığı – 100 qram
Dazıotu – 100 qram
Qaraqınıq – 100 qram
Zəncəfil – 100 qram
Bitkiləri bir-birinə qarışdırın, qarışıqdan 2 xörək qaşığı 3 stəkan su tutan termosda dəmləyin, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan için.
 2 ay boyunca gündə 2 dəfə (səhər, axşam) 1 xörək qaşığı təbii alma sirkəsini 1 stəkan çiy suya qarışdırıb yeməkdən 2 saat sonra için.
Daxili göbələklər üçün daha bir təsirli resept: 2 litrlik şüşə bankaya 200 qram yulaf tökün, üstünə 1 litr su, yarım litr kefir əlavə edin, ağzını tənziflə bağlayın, isti bir yerdə 3 gün saxlayın, sonra süzün, ağ bir qarışım əmələ gələcək. Onu soyuducuya qoyun, hər gün səhər tezdən məhluldan 2-3 xörək qaşığı götürüb 400 qram suya qarışdırıb gün ərzində için.
Uşaqlıq yolunda göbələk varsa, gigiyenik tamponu qara zirə yağında yarım saat saxlayın, sonra uşaqlıq yoluna qoyun, gündə 1 dəfə 2 saat saxlayın.
Sevinc Hüseynova 
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 3237   Tarix: 02 mart 2023
f Paylaş

Oxşar xəbərlər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

yay geyimləri 2026 yay kolleksiyasi aksessuarlar döşləri necə böyütmək olar sarmisaqin faydasi pehriz saxlamaq qaydalari balıq yeməkləri kosmetika oglan evi xanim az birlik baldiz hakisdalar