Gövhər Baxşəliyeva: "2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək"

Gövhər Baxşəliyeva: "2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək""Müzakirəyə təqdim olunan "2020-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsi yetərincə təkmil, bütün parametrlər üzrə büdcə sistemi haqqında qanuna müvafiq şəkildə hazırlanmış ciddi sənəddir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili, akademik Gövhər Baxşəliyeva Milli Məclisin (MM) iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib: "İlk dəfə olaraq icmal büdcənin gəlirləri 27 milyard 533 milyon manat, xərcləri 29 milyard 488 milyon təşkil edəcək ki, bu da cari illə müqayisədə 7,7 % çoxdur. Önəmlidir ki, neft gəlirlərinin xüsusi çəkisi azaldılaraq, qeyri-neft gəlirləri artıb. Digər önəmli məsələ - ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və s. addımlardır. Büdcə sosialyönümlüdür. Bu isə o deməkdir ki, əhaliyə ödənişlərin məbləği artacaq, müxtəlif proqramlar həyata keçiriləcək, o cümlədən özünüməşğulluq daha da genişlənəcək. Təqdirəlayiqdir ki, ölkədə manatın dayanıqlığı diqqət mərkəzindədir, son üç ildə manatın xarici valyutaya nisbəti sabitdir. Elmə ayrılan vəsait. 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 57,4 milyon manat yaxud 42,1 faiz çoxdur. Prezidentimizin akademik Akif Əlizadə ilə görüşündə dediyi sözlər elmi ictimaiyyət arasında böyük ruh yüksəkliyi yaratmışdır. Konkret olaraq 2020-2023-cü illər üzrə sosial-iqtisadi inkişafın ortamüddətli prioritetləri haqda danışmaq istərdim. Humanitar və ictimai elmlər sahəsində nəzərdə tutulan üç müddəa aşağıdakı kimi ifadə edilib: Azərbaycan dövlətinin aparıcı ideologiyası olan, əsası ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş azərbaycançılığın strateji istıqamət kimi multidıssıplinar səviyyədə tədqiqinin təşkili; Mədəni, iqtisadi və arxeoloji elmi irsin qorunması və tədqiqi: aşkarlanması, sistemləşdirilməsi, elmi təsviri, bərpası və konservasiyası; Azərbaycan əhalisinin müxtəlif qruplarının etnogenezinin, etnomədəni simasının, müasir etnik proseslərin, Qafqazda qarşılıqlı tarixi-mədəni əlaqələrin kompleks tədqiqatları. İkinci müddəa ilə bağlı demək istədiklərim aşağıdakılardır:
Azərbaycan xalqı çox qədim və zəngin mədəniyyətə malikdir. Və əgər anadilli şifahi ədəbiyyatımız qədim əfsanə, dastan, bayatı, epos və sairədən ibarətdirsə, yazılı şeirimiz İzzəddin Həsənoğludan, yəni XIII əsrdən etibarən zəmanəmizə gəlib çatıb. Amma anadilli yazılı abidələrindən qat-qat əvvəl, hələ VIII əsrdən başlayaraq azərbaycan türkləri xilafətin aparıcı dili-ərəb dilində əsərlər yazmağa başladılar. Bu əsərlər nəsr, şeir, habelə o vaxtkı elmin bir çox sahələrini əhatə etmişdir. Beləliklə, əslən azərbaycanlı olan ədib, şair və alimlər öncə ərəb dilində, daha sonra fars dilində minlərlə çox dəyərli əsərlər yaratmışlar və bununla da günümüzdə islam sivilizasiyası adlanan müştərək müsəlman mədəniyyətinə minlərlə əvəzsiz töhfələr vermişlər. Təəssüf ki, əsrlərlə xalqımızın milli müstəqilliyi olmadığı üçün bu əvəzsiz mədəni sərvət yadelli işğalçılar tərəfindən talan edilmiş, dağıdılmış, yandırılmış, salamat qalan nüsxələr isə işğalçı dövlətlərə daşınmışdır. Bu gün xalqımızın əvəzolunmaz sərvəti olan o əlyazmalar bir çox Qərb və Şərq ölkələrinin kitabxana, arxiv, əlyazmalar fondu və muzeylərinin bəzəyidir. Düşünürəm ki, xalqımızın müstəsna sərvəti olan həmin əlyazmaları ölkəmizə qaytarmalıyıq. Aydındır ki, bu əsərlərin əslini əldə etmək müşkül məsələdir. Belə olan halda, onların surətləri Azərbaycana gətirilərək, vahid mərkəzdə toplanmalıdır. Bunu etdikdə biz xalqımızın çoxəsrlik mədəni irsini bundan sonra da dağıdılmasının qarşısını alarıq və onların hərtərəfli tədqiqi üçün şərait yaradırıq...".
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 2001   Tarix: 13 noyabr 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq

Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür. xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdək

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonr

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

turlar.az

geymler 2026 qadin sayti aksessuarlar yemək bişirmək cinsi elaqe gecəliklər noxud sorbasi kosmetika statuslar toy gecesı aysel terezi tərəzi bürcü