Göyərti qutabı (kətə)

Göyərti qutabı (kətə)Ərzaqlar:

Xəmir üçün:Göyərti qutabı (kətə)

4-5 st un

1 yumurta

1 ç.q duz

Aparanadək  ilıq su

Zövqə görə sarıkök əlavə edə bilərsiniz.

Yuxaları yaymaq üçün: 4-5 x.q un

İç üçün:Göyərti qutabı (kətə)

10 dəstə göyərti  (keşniş, şüyüd, ispanaq, göy soğan, nanə,

sarımsaq, cəfəri, turşəng, kəvər, cincilim və s)

Zövqə görə duz

Qutabın aralarına sürtmək və qızartmaq üçün: quyruq,

kərə ya da bitki yağı

Üstü üçün:

Sumaq (zövqə görə)

Qatıq

Hazırlanması:

Unu bir qaba ələyib duzu səpib ortasına yumurtanı sındırırıq və suyu əlavə edib qaşıqla qarışdırırıq.

Göyərti qutabı (kətə)Sonra əlimiz ilə normal xəmir yoğururuq.

Göyərti qutabı (kətə)Xəmiri balaca hissələrə bölüb kündəliyirik. Üstünə salafan örtürük qurumasın.

Göyərti qutabı (kətə)İçliyi hazırlayırıq. Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq. Doğranmış göyərtiyə duz səpib yaxşı qarışdırırıq (ya da göyərtini yuxanın üstünə töküb duzu səpirik).

Göyərti qutabı (kətə)Kündənin birini götürüb un səpib nazik yuxa yayırıq.

Göyərti qutabı (kətə)Yuxanın yarı hissəsinə içlikdən qoyub yayırıq.

Göyərti qutabı (kətə)Yuxanı iki qatlayırıq və yanlarını bərkidirik.

Göyərti qutabı (kətə)Qazın ya da odun üstündə qızmış sacın üzərinə qoyub hər iki tərəfini qızardırıq.

Göyərti qutabı (kətə)Bu şəkildə bütün qutabları hazırlayırıq. Hər bir qutabı bişirib yığanda aralarına kərə yağı vurun, onda həm yumşaq, həm də dadlı olur.

Göyərti qutabı (kətə)Qutabları süfrəyə verərkən quyruq, kərə ya da bitki yağından az istifadə etməklə yenidən isidib veririk.

Göyərti qutabı (kətə)Zövqə görə üstünə sumaq səpib yanında qatıq verə bilərsiniz.

Göyərti qutabı (kətə)Nuş olsun!

Mətbəx     Baxılıb: 23889   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

turlar.az

geyim şəkilləri sac duzumleri qadın geyimi düşüncə dərsi xınayaxdı sözləri bilik haqqinda atalar sozleri nişan geyim modelləri kosmetika xocali azerbaycanli is adami amerikada gullelendi bayati qizlar lakonizim