Göz qapaqları üçün maskalar
1. Göz qapaqlarının elastikliyinin yüksəlməsi üçün küngüt yağından istifadə edə bilərsiniz. O, kirpiklər möhkəmləndirir, göz qapaqlarını tonuslaşdırır və dartır, xırda qırışları aradan qaldırır. Bu yağdan kosmetikanı dəridən təmizləmək üçün də istifadə etmək olar.
2. Üzüm tumlarının yağı da göz qapaqlarının dərisinə yaxşı təsir göstərir. Onu göz qapaqları dərisi quru və həsas olduqda krem kimi istifadə etmək olar. Hər iki halda onu yaxşı təmizlənmiş göz qapağı dərisinə çəkin.
3. Göz qapaqları dərisinin elastikliyinin artması üçün cəfəri şirəsi ilə kartof şirəsindən hazırlanmış maskadan istifadə etmək olar. Hər iki şirəni bərabər həcmdə qarışdırın, tənzifi alınmış məhlula batırıb gözlərininzin ətrafındakı dərinin üzərinə qoyun. Maskanı 15 dəqiqə saxlamaq lazımdır. Sonra üzü yumadan salfetlə silin. Bu maskanı yuxudan əvvəl etmək lazımdır. Maska dərini əla tonuslaşdırır, dartır, göz altındakı tünd dairələri aradan qaldırır.
4. Göz qapaqlarının dərisinin dartılması və hamarlaşması üçün vaxtaşırı yumurta sarısından hazırlanmış maskalardan da istifadə edə bilərsiniz. Yumurta sarısına 1 xörək qaşığı zeytun yağı, gənəgərçək və küngüt yağı əlavə edin. Gözətrafı dəriyə çəkin, 10-15 dəqiqə saxlayın, sonra ehtiyyatla isti su ilə yuyun.
5. Göz qapaqlarının dərisinin elastikliyinin yüksəlməsi üçün banan maskası da etmək olar. Banan püresinə onun həcmi qədər təbii kərə yağı əlavə edin. Göz qapaqlarına çəkib, 15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun.
6. Yulaf yarmasından maska. Yulaf yarmasını süddə bişirin. 1 xörək qaşığı sıyığa 1 xörək qaşığı zeytun yağı, gənəgərçək və ya küngüt yağı əlavə edib qarışdırın və göz qapaqlarına çəkin. 10 dəqiqə saxladıqdan sonra, isti su ilə yuyun.
7. Ərik maskası göz qapaqlarına elastiklik verir, göz qapağı dərisinin rəngini yaxşılaşdırır. Əriyi əzin. 1 xörək qaşığı ərik püresinə 1 çay qaşığı yağlı xama əlavə edin. Göz qapaqlarına çəkib, 15 dəqiqə gözləyin, isti su ilə yuyun.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq