Gözdə qaşınma, sulanma, burun tutulması, asqırma: Allergiya və koronavirusu necə ayırd etmək olar?

Gözdə qaşınma, sulanma, burun tutulması, asqırma: Allergiya və koronavirusu necə ayırd etmək olar?Allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti kəskin respirator virus infeksiyalarına meyillidirlər. Viruslar hər zaman allergik xəstəliklərin, xüsusən də bronxial astmanın kəskinləşməsi üçün triger rolu oynayır. Ağır bronxial astma xəstələri COVID-19-un yayılması ilə əlaqədar yüksək risk qrupundadırlar. Virus xəstəlikləri və COVID-19-un inkişafı bronxial astmanın simptomlarını ağırlaşdıra və xəstələrin vəziyyətini xeyli pisləşdirə bilər.
Bu, Azərbaycan Tibb Universitetinin Kliniki Allerqologiya və immunollogiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın AZƏRTAC-da yayılan "Allergiya və koronavirus infeksiyası-bir medalın iki üzü" sərlövhəli məqaləsində yer alıb:
Molekulyar diaqnostik metodların tətbiqi koronavirus infeksiyasının bronxial astmanın kəskinləşməsinə səbəb olduğunu göstərmişdir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarına görə, SARS-CoV-2 koronavirus infeksiyası bronxial astmanı kəskinləşdirən bir trigerdir və astmatik xəstələrdə ağır pnevmoniya törədə bilər. İnfeksiyanın qoşulması astmatik pristupların tez-tez təkrarlanmasına və xəstənin astmatik statusa düşməsinə gətirib çıxardır. Astma xəstələri xüsusilə ehtiyatlı olmalıdırlar. Ona görə ki, bu tədqiqatlar məhdudd saydadır və araşdırmalar hələ başlanğıc mərhələdədirlər.
COVID-19 fonunda bronxial astma xəstələrində simptomlar adətən dəyişir və daha ciddi olur. Nəzarət olunmayan bronxial astma xəstələri COVID-19-a yoluxduqda nəticə daha ağır ola bilər.
Bronxial astmada infeksiyanın ağır gedişli olmasının səbəbləri ağciyərlərin ventilyasiyasının azalması, tənəffüs yollarında mikrobların sayının artması, immunitetin zəifləməsi, hormonal preparatların qəbuludur. Məlumdur ki, hormonal terapiyanın əlavə təsiri tənəffüs yollarının selikli qişalarının qoruyucu xüsusiyyətlərinin azalmasına və ikinci infeksiyaya meyilliyə səbəb olur.
Eyni zamanda, ABŞ-da aparılan son tədqiqatların nəticələri göstərdi ki, bronxial astma xəstələri koronavirus infeksiyası üçün yüksək risk qrupuna daxil deyillər. Onların düşüncələrinə görə, respirator allergiya və bronxial astma olan xəstələrdə COVID-19-un ciddi və həyati təhlükəli klinik təzahürləri müşahidə edilməyə bilər. Yalnız ağır nəzarətsiz bronxial astma xəstələri istisna olunur.
Həmçinin Çin tədqiqatçılarının nəticələri də bronxial astma və digər respirator allergik xəstəliklərin ağır COVID-19-un inkişafı üçün əhəmiyyətli bir risk faktoru olmadığını göstərdi. Bunun səbəbi belə xəstələrdə tənəffüs yollarının hüceyrələrində ACE2 geninin (angiotenzin çevirən ferment) ekspressiyasının azalmasıdır. ACE2 geninin ekspressiysı hipertoniya xəstəliyi, piylənmə, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet və siqaret çəkən xəstələrdə artır və bununla əlaqədar olaraq onlarda koronavirus infeksiyası ağır keçir.
COVID-19-un spesifik müalicəsi olmadığı müddətdə bronxial astma xəstələrini qorumaq məqsədi ilə bütün səylər koronavirus infeksiyasının profilaktikasına yönəldilməlidir. Eyni zamanda, bronxial astmanı nəzarətdə saxlamaq məqsədi ilə bazis terapiyanı mütləq davam etdirmək lazımdır (inhlyasiyon qlükokortikosteroidlər, inhlyasiyon qlükokortikosteroidlər / uzun təsirli β2 agonistlər, antileukotrienlər).
Bronxial astma olan xəstə koronavirusa yoluxmamaq üçün əllərini tez-tez sabunla yumalı (ən azı 20 saniyə), COVID-19 epidemiyası zamanı insanlarla təmasdan çəkinməli, hamam otağı, dəsmal, qab-qacaq və digər məişət əşyalarını ortaq istifadə etməməlidir. Səthlərin təmizlənməsi və dezinfeksiya edilməsini ailə üzvləri xəstə evdə olmadıqda aparmalıdır ona görə ki, dezinfeksiyaedici maddələr astma tutmasına səbəb ola bilər.
Bronxial astma xəstələrinə aşağıdakı xüsusi tövsiyələr verilə bilər:
- özünü təcrid və karantin rejimini pozmamaq;
- həkim tərəfindən təyin olunan dərmanları təlimata uyğun qəbul etmək;
- astma tutmasına səbəb ola biləcək dezinfeksiyaedici maddələrdən uzaq durmaq;
- astma tutmasına səbəb ola biləcək stressdən uzaq durmaq.
Bronxial astma xəstəsi infeksiyaya yoluxmamaq üçün bütün bu tövsiyələrə əməl etməlidir:
Nebulayzer istifadəsindən çəkinmək lazımdır. Çünki, nebulayzer virusun digər xəstələrə və tibb işçilərinə yayılması riskini artırır. Bronxial astma tutmalarının müalicəsində spacer vasitəsilə dozalanmış aerosol inhlyatorlara üstünlük verilməlidir, zəruri hallarda müşdük və ya sıx maskalardan istifadə edilməlidir.
Spirometriya virus infeksiyasını yayaraq tibb işçiləri və pasiyentlərdə yoluxma riskini artıra bilər. Buna görə də təsdiqlənmiş və ya şübhəli koronavirus infeksiyası olan pasiyentlərdə spirometriya müayinəsi aparılmamalıdır. Koronavirus pandemiyası dövründə vacib olmadığı halda tibb müəssisələrində spirometriya və nəfəs vermənin zirvə sürətinin ölçülməsi (pikfloumetriya) müayinələrinin istifadəsini məhdudlaşdırmaq lazımdır.
Beləliklə, bronxial astma olan xəstə xəstəliyin gedişinə nəzarət etməli, sosial məsafəni saxlamalı və infeksiyanın profilaktikası üçün bütün tövsiyələrə əməl etməlidir. Ağır nəzarətsiz bronxial astmalı xəstə COVID-19 infeksiyasına yoluxarsa, onda ciddi ağırlaşma riski daha yüksəkdir. Bronxial astma xəstələrində tənəffüs yollarındakı iltihabı azaltmaq və kəskinləşmə riskini maksimum aşağı salmaq çox vacibdir. Xəstələr bilməlidirlər ki, astma əleyhinə dərmanların qəbulunun dayandırılması və ya terapiyanın dəyişdirilməsi SARS-CoV-2 infeksiyasına yoluxma riskindən daha təhlükəlidir.
Allergik rinitli xəstələr də yuxarıda göstərilən bütün tövsiyələrə əməl etməlidirlər. COVID-19 pandemiyası dövründə allergik rinit olan pasiyentlər həkim tərəfindən təyin olunan nazal kortikosteroidlər ilə müalicəni davam etdirməlidirlər.
Bu gün oxşar əlamətləri olan COVID-19, qrip və mövsümi allergiya (pollinoz) arasında differensial diaqnostika aparmaq çox vacibdir.
Pollinozdan əziyyət çəkən xəstələr COVID-19-a görə yüksək risk qrupuna daxildirlər. Belə xəstələrdə mukozal immunitet pozulur və qüsurlu dövran yaranır, bu zaman infeksiya allergiyanın gedişini, allergiya isə respirator infeksiyanın gedişini ağırlaşdırır.
COVID-19 və pollinoz əlamətlərini necə ayırd etmək olar?
Pollinozun əsas simptomları gözlərdə qaşınma, sulanma, yad cisim hissiyatı, konyunktivanın hiperemiyası, burunda qaşınma, burun tutulması, burun axıntısı və asqırmadır. Pollinoz və COVID-19 -un əsas fərqləri pollinozun mövsümi olması və simptomların antiallergik dərmanlar ilə aradan götürülməsidir. Koronavirus rinoreyaya səbəb ola bilər, lakin bu virusun fərqləndirici əlamətlərindən biri allergiyada müşahidə olunmayan yüksək temperaturdur. Yadda saxlamaq lazımdır ki, pollinozlar üçün temperaturun yüksəlməsi və həzm sisteminin pozulmaları xarakterik deyil. Yüksək temperatur, boğaz ağrısı, quru öskürək və çətinləşmiş tənəffüs müşahidə olunanda COVID-19 barədə düşünmək lazımdır.
COVID-19, qrip və allergiyanın
differensial diaqnostikası
Qrip, allergiya və COVID-19 simptomları oxşardır, lakin yüksək temperatur, quru öskürək və çətinləşmiş tənəffüs olanda COVID-19 barədə düşünmək lazımdır.
COVID-19, qrip və allergiyanın 
differensial diaqnostikası
Allergiya     Qrip      COVID-19
Şiddətli burun axıntısı                                          ■  
Asqırma                                                              ■  
Xoruldama                                                          ■  
Gözlərin qızarması                                              ■  
Burun qaşıntısı                                                    ■  
Baş və boğaz ağrısı                                                              ■              ■
Tənəffüsün çətinləşməsi                                                                       ■
Temperaturun birdən yüksəlməsi                                          ■              ■
Ümumi əzələ zəifliyi                                                             ■              ■
Quru öskürək                                                      ■               ■             ■
Ağır gedişli COVID-19 əlamətləri tənəffüs çatışmazlığının tez proqressivləşməsi, tənginəfəsliyin artması və pulsoksimetriyası ilə ölçülən oksigen saturasiyasının azalmasıdır (93 faizdən aşağı). Pulsoksimetriya tənəffüs dəstəyinə ehtiyacı olan hipoksemiyalı xəstələri müəyyənləşdirməyə və onun effektivliyini qiymətləndirməyə imkan verən skrininq metoddur. Hipoksemiya səviyyəsinin mütləq monitorinqi, xüsusən də gecə saatlarında bu simptomların olması əsas klinik göstəricilərdir.
Pollinozlu xəstələr spesifik allergen ilə mümkün qədər təmasda olmamalı və həkim allerqoloq ilə müalicə planını konsultasiya etməlidirlər. Bu günə qədər COVID-19 pandemiyası zamanı antiallergik dərmanların istifadəsini qadağan edəcək bir tədqiqat yoxdur.
Hazırda dünya allergoloqları və dermatoloqları yeni bir simptom müşahidə edirlər-bunlar COVID-19 olan xəstələrdə dəri təzahürləridir. Bir müddət əvvəl İtalyan həkimlər "Denqe qızdırmasına bənzər səpgi", "övrəyə bənzər səpgi" (hives like rash), "kapilyarlarda qan dövranının pozulması" (livedo reticularis), "qızılcaya bənzər səpgi" və "aşağı ətraf barmaqlarında donvurmaya bənzər səpgilər" (COVID ayaq barmaqları) kimi 5 növ dəri reaksiyası təsvir etdilər . "COVID ayaq barmaqları" uşaqlarda və gənclərdə daha çox rast gəlinir və ayaqlarda mavi və ya bənövşəyi səpgilər ilə xarakterizə olunur.
Qabarcığa bənzər vezikulyar səpgi ən çox gövdə nahiyəsində müşahidə olunurdu. Karonavirus infeksiyalı xəstələrin əksəriyyətində makulopapulyar səpgi müşahidə olunurdu, hansı ki, həkimlər çəhrayı dəmrovla müqayisə edirdilər. Belə səpgilər ən çox ağır xəstələrin bədənində qeydə alınıb. Əsasən ağır formalı koronaviruslu yaşlı xəstələrin bədənində qan damarlarının tor şəklində göyərməsi və nekroz, yəni dəri toxumalarının erkən ölümü müşahidə olunurdu.
Maraqlıdır ki, dəri təzahürləri olan xəstələrdə koronavirus infeksiyası üçün xarakterik olan digər respirator simptomlar olmurdu və xəstəliyin erkən mərhələlərində test nəticələri mənfi olurdu. Digər simptomlar olmadıqda dəri səpgiləri COVID-19-un ilk əlaməti ola bilər və ehtimal olunur ki, bu mikrosirkulyasiya pozğunluqları və mikrotrobların meydana gəlməsi və ya bədənin ümumi iltihab reaksiyasının nəticəsidir. Belə xəstələrdə ayaq barmağındakı səpgilər 7-10 gündən sonra iz qoymadan yox olur, bundan sonra xəstəliyin respirator siptomları başlayır və test nəticələri müsbət olur. Bu baxımdan lazımi diaqnostik addım, COVID-19 olan xəstələrdə dəri səpgilərinin vaxtında tanınması və koronavirus infeksiyasının adekvat müalicəsidir.
COVID-19-un klinik təzahürlərindən və ya ağırlaşmalarından biri də övrə ola bilər. Fransız həkimlərin verdiyi məlumata görə koronavirus ilə yoluxmuş xəstələrin müayinəsi zamanı onlardan bir neçəsində yeni simptom - övrəyə bənzəyən və şiddətli qaşınma verən dəri səpgiləri müşahidə olundu. Bəzi hallarda bu səpgilər ağrılı ola bilir. Lakin virusun dəriyə təsirinin dəqiq səbəblərini müəyyən etmək hələ mümkün olmayıb. Alimlər belə xəstələrlə təcili məşğul olmağı təklif edirlər. Ona görə ki, belə simptomları olan xəstələrdə xəstəliyin tənəffüs təzahürləri olmasa da, nəzəri cəhətdən virusun dəri vasitəsilə ötürülmə ehtimalı yüksək ola bilər. Bu baxımdan, tənəffüs simptomları fonunda və ya onsuz səpgi aşkar edilərsə, epidemiya dövründə xəstədə COVID-19 infeksiyası inkar edilməlidir.
Allergik xəstəliklərin müalicəsində özünəməxsus yer tutan spesifik immunoterapiya (SİT) tibbi personal ilə dövri və uzun müddətli təmas tələb edir. Koronavirus pandemiyası dövründə, allergoloji mərkəzlər və şöbələrdə SİT qəbul edən bütün xəstələr DST və Avropa Xəstəliyin Qarşısının Alınması və Nəzarəti Mərkəzi tərəfindən tövsiyə olunan profilaktik tədbirlərə riayət etməlidirlər. Yoluxa biləcək xəstələrin sayını azaltmaq məqsədi ilə SİT qəbul edən xəstələrin məsləhət və ya həkimlə əlaqə üçün telefon və ya onlayn olaraq allerqoloji mərkəzə müraciət etmələri tövsiyə olunur. Bu ilk növbədə spesifik immunoterapiyanı dərialtı metod ilə qəbul edən xəstələrə aiddir. Sublingual və ya peroral SİT qəbul edən xəstələr onu ev şəraitində davam edə bilərlər. Bununla yanaşı, hər hansı digər virus infeksiyası epidemiyasında olduğu kimi, COVID-19 pandemiyası zamanı SİT başlamaq tövsiyə edilmir. Qeyd etmək lazımdır ki, SİT tətbiq edən tibb personalı fərdi qoruyucu vasitələrlə təchiz olunmalıdırlar.
Yalnız respirator allergiyalarının deyil, digər allergik xəstəliklərin və COVID-19-un qarşılıqlı təsiri məsələsini həll etmək üçün əlavə araşdırmalara ehtiyac var. Bu əlaqələrin öyrənməsi yeni terapevtik strategiyaları daha effektiv şəkildə müəyyənləşdirə və pandemiyaya nəzarət edə bilər.
Ətraf mühitin dəyişməsi, iqlimin istiləşməsi, əhali sıxlığının artması, biotexnologiyanın inkişafı, iqtisadiyyatın qloballaşması, miqrasiya axınının artması və digər amillər yeni infeksiyaların yaranmasına və yayılmasına rəvac verir. İnfeksion xəstəliklərin epidemiyaları ilə əlaqəli bioloji təhlükələr qlobal xarakter daşıyır. COVID-19 epidemiyası XXI əsrin son təhlükəsi deyil. Dünyanın bütün ölkələri infeksiyaların meydana gəlməsinin və yayılmasının qarşısını almaq, vaxtında diaqnoz qoymaq, müalicə və profilaktika metodlarını inkişaf etdirmək və vaksinlər yaratmaq üçün koordinasiya olunmuş tədbirlərə hazır olmalıdırlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1830   Tarix: 23 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri

Rusiyalı kardioloq Valeriya Bonadıkova yeriyərkən siqaret çəkməyin sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyini bildirib. xəbər verir ki, həkimin sözlərinə görə, sürətli addımlarla yeriyərkən orqanizm artıq yüklənmə rejimind

.

Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski

Qrip və ya soyuqdəymədən sonra yaranan və həftələrlə davam edən öskürək ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. xəbər verir ki, xüsusilə gecə və gündüz tutmalar şəklində gələn, şərbətlər və ya bitki üsulları il

.

Vərəm xəstələri necə qidalanmalıdır? - Tövsiyələr

"Vərəm xəstəliyi zamanı düzgün qidalanma müalicənin vacib hissəsidir". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib. Onun sözlərin

.

Duşda bu 7 səhvi etməyin: Dermatoloq xəbərdarlığı

Gündəlik şəxsi baxımın ən sadə addımı olan duş zamanı edilən bəzi xətalar dəri quruluğu, qıcıqlanma və infeksiya riskini artırır. Mütəxəssislər "az məhsulla sadə rutin" izləməyin ən doğru üsul olduğunu vurğulayırlar

.

Hər kəsin sevdiyi həmin meyvə təhlükəli imiş

ABŞ-dan olan bir həkim milyonlarla insanın tez-tez istehlak etdiyi bir meyvənin sağlamlıq üçün zərərli ola biləcəyini iddia edib. xarici mediaya istinadən xəbər verir ki, hüceyrə sağlamlığı üzrə mütəxəssis Daniel Pompa b

.

Qadınlarda "Alzheimer" riski daha yüksəkdir

Alzheimer və demensiya qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. xəbər verir ki, alimlər yeni tədqiqatlarda bu fərqə diqqət yetiriblər. Boston Universitetinin tədqiqatçıları 10-dən çox qadının genetik quruluşun

.

Ən zərərli ət məhsulu bu İMİŞ: Hər gün istifadə edirik

Sağlam qidalanmaya diqqət artdıqca, hansı ət növlərinin daha zərərli olduğu məsələsi də tez-tez araşdırılır. Bir çox insan toyuq və ya hinduşka ətinin sağlamlıq riskləri haqqında məlumat axtarsa ​​da, mütəxəssislər əsl riski

.

Gündə üç dəfə qəbul etmək bağırsaqda möcüzələr yaradır

Bağırsaqlarınızın düzgün işləməsini təmin etmək üçün müəyyən qidaları istehlak etməlisiniz. Xüsusilə müxtəlif meyvələr bağırsaq hərəkətini stimullaşdırmağa kömək edir və qəbizlik kimi sağlamlıq problemlərini aradan qaldırır

.

Ölkəmizdə vərəmlə bağlı statistika AÇIQLANDI

Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100.00 əhaliyə): 2015 ildə bu göstərici 41.1 olan halda, 2025 ildə - 21,5 qeyd olunub. . xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəliklər

turlar.az

qis geyimləri 2026 makiyaj etmek qaydalari geymler 2026 yuxuyozma ev dizaynlari yataq otagi ariqlamagin asan yollari xatire islamin sekilleri kosmetika oxatan seksler əqrəb sevgi maraqlı